Film rejissoru, film direktoru, direktor və ya kinorejisor — hər hansı bir kinoya və ya seriala rəhbərlik edərək onun çəkilişləri üzrə işləri öz üzərinə götürən şəxs. Ümumi qəbul edilmiş tərifə görə, teatr və ya kino rejissoru “aktyorların rollarını bölüşdürən və tamaşanı təşkil edən, ərsəyə gətirilmiş əsərdə bütün müvafiq rolların ahənginə və düzülüşünə cavabdeh olan şəxsdir”. Kinorejisoru bəzən rejissor da adlandırırlar. Kinorejissor filmin bədii və dramatik strukturunu ssenari əsasında tərtib edir.
Vəzifələri
- Həmçinin kinorejisor; teletamaşa, serial və kino kimi çəkilişlərin olduğu audiovizualları idarə edir;
- Filmin ümumi bədii mahiyyətini müəyyənləşdirir;
- Ssenaridə müəyyən olunduğu kimi, filmin məzmun və süjet axınına nəzarət edir və onu təşkil edir.
- Aktyorların ifalarını həm mexaniki, həm də dramatik şəkildə idarə edir;
- Filmin çəkiləcəyi yerlərin müəyyənləşdirilməsi və təşkili işlərini həyata keçirir;
- Texniki detalların təşkili və idarə edilməsi;
- Rejissorun film üçün nəzərdə tutduğu bədii baxışı müəyyən edən hər hansısa digər bir fəaliyyət;
- Rejissorlar zaman-zaman rejissorluq etdikləri filmlərin ssenarilərini də yazırlar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Film rejissoru haqqında məlumat. Film rejissoru nədir? Film rejissoru nə deməkdir?