Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edi

Ailə (film)

  • Ana Səhifə
  • Vikipediya
  • Ailə (film)

Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər.

Ailə
Janr dram
Rejissorlar Rüstəm İbrahimbəyov
Ramiz Həsənoğlu
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Həsənağa Turabov
Səyavuş Kərimi
Svetlana Metkina
Rafiq Əliyev
Təhminə Məmmədova
Nataliya Tağıyeva
Mehriban Zəki
Operatorlar Valeri Kərimov
Fikrət Əsgərov
Bəstəkar Cəfər Əliyev
Rəssam Şamil Nəcəfzadə
İstehsalçılar "Azərbaycanfilm" kinostudiyası
"İbrus" Ltd
"Mir-Telefilm" İYB
İlk baxış tarixi 1998
Filmin növü tammetrajlı bədii film
Müddət 103 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1998
Texniki məlumatlar 10 hissə
2609 metr
Rəng rəngli
IMDb ID1198119

Mündəricat

Məzmun

XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Özünün bölünməzliyinə, kollektivçiliyə inam, böyüklərin kiçiklər üzərində hökmranlığı bu ailəyə xas olan xüsusiyyətlər idi.

Müəlliflər göstərirlər ki, vaxtilə böyük və mehriban olan bu ailə necə dağılır, onun üzvlərindən hər biri, istər yaşlı olsun, ya da cavan, özünə kənarda necə yer axtarır. Hətta xasiyyətcə sərt və tərs adam olan ailə başçısı, qoca İsmayıl (Həsənağa Turabov) yenidənqurma başlayanda nə qədər çalışsa da ailə üzvlərini əvvəlki kimi bir dam altında saxlaya bilmir…

Festivallar və mükafatlar

  • 1999-cu ildə Berlin Film Festivalında "Panorama" proqramı çərçivəsində nümayiş etdirilmişdir.
  • 2000-ci ildə Moskvada III Avrasiya teleforumu film televiziya filmləri və proqramları yaradıcılıq müsabiqəsində diplom almışdır.
  • 2003-cü ildə Bakıda "Ən yaxşı səs rejissoru" nominasiyasında Əsəd Əsədova "Qızıl Çıraq" mükafatı verilmişdir.
  • Film "Karlovı Varı", "Edinburq", "Monreal", "Hayfa", "Stokholm" və "Los-Anceles" festivallarında iştirak edib.
  • Film 17 yanvar 2010-cu ildə "İbrus" teatrında yenidən nümayiş etdirilib.

Filmin üzərində işləyənlər

Rejissor: Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu Ssenarist: Rüstəm İbrahimbəyov Operator: Valeri Kərimov, Fikrət Əsgərov Rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Cəfər Əliyev

Rollarda

Həsənağa Turabov — İsmayıl
Səyavuş Kərimi — Teymur
Svetlana Metkina — Alya
Rafiq Əliyev — Qarik
Təhminə Məmmədova — Rəna
Nataliya Tağıyeva — Sofiya Mixaylovna
Mehriban Zəki — Elmira
Fuad Poladov — mafiya başçısı
Cahangir Mehdiyev — Rüfət
Aqil M. Quliyev — İqor

Abbas Qəhrəmanov — Alyanın əri

Məbud Məhərrəmov — qaçqın

Filmi səsləndirənlər:

İlham Əsgərov — İsmayıl (Həsən Turabov) (titrlərdə yoxdur)

Sabir Məmmədov — qaçqın (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ailə (film) haqqında məlumat. Ailə (film) nədir? Ailə (film) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xaldan

  • Fevral 27, 2026

    Xəyyam (pyes)

  • Fevral 23, 2026

    17 noyabr

  • Fevral 27, 2026

    Azərbaycantelefilm

  • Fevral 27, 2026

    Siciliya dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst