Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976)
| Lütfəli Nuriyev | |
|---|---|
| |
| Doğum tarixi | 15 may 1916 |
| Doğum yeri | |
| Vəfat tarixi | 9 dekabr 1984 (68 yaşında) |
| Atası | Cahangir Nuriyev |
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | direktor[d] |
| Mükafatları | |
Həyatı
Fəaliyyəti
Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.
1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lütfəli Nuriyev haqqında məlumat. Lütfəli Nuriyev nədir? Lütfəli Nuriyev nə deməkdir?
