Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mədinə Gülgün və ya Mədinə Ələkbərzadə (17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkd

Mədinə Gülgün

  • Ana Səhifə
  • Vikipediya
  • Mədinə Gülgün

Mədinə Gülgün və ya Mədinə Ələkbərzadə (17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Mədinə Gülgün
Doğum tarixi 17 yanvar 1926(1926-01-17)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 17 fevral 1991(1991-02-17) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan Respublikası, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Həyat yoldaşı
  • Balaş Azəroğlu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti yazıçı, şair
Mükafatları "Şərəf nişanı" ordeni — 1980 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı "21 Azər" medalı
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ziddi-faşist" təşkilatının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatında iştirak edib. İlk şeirləri "Xavəre-nou", "Vətən Yolunda" və "Azərbaycan" qəzetlərində yayımlanıb. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycan SSR-yə mühacirət edib. Müxtəlif illərdə Bakıda, Təbrizdə və Moskvada onlarla şeir kitabı işıq üzü görüb. "Sən gəlməz oldun", "Məhəbbət olmayanda", "Apar məni" kimi lirik şeirlərinə mahnılar bəstələnib. Göstərdiyi fəaliyyətə görə "21 Azər" medalı, "Əmək veteranı" medalı "Şərəf nişanı" ordeni və "Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.

Azərbaycan SSR xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi (1981–1991) Balaş Azəroğlunun həyat yoldaşıdır.

Mündəricat

Həyatı

İlk illəri

Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. Əslən Ərdəbildəndir. İbtidai təhsilini Bakıda alıb. 1938-ci ildə ailəsi ilə birlikdə SSRİ vətəndaşı olmadıqları üçün deportasiya olunublar və Ərdəbil şəhərinə köçüblər. Bir müddət Ərdəbil şəhərində yaşadıqdan sonra Təbriz şəhərinə köçüblər. Atası həbs olunduqdan sonra Mədinə Ələkbərzadə toxuculuq karxanasında fəaliyyət göstərib.

1941-ci ildə "Ziddi-faşist" təşkilatına üzv olub. 1944-cü ildən ədəbi fəaliyyətə başlayıb. "Biz kimik?" şeiri 1944-cü ildə "Xavəre-nou" qəzetində çap olunub. Daha sonra şeirlərini əsasən "Ələkbərzadə" soyadı ilə "Vətən yolunda" qəzetində çap etdirib. Cəfər Xəndanın məsləhəti ilə özünə Cəfər Cabbarlının "Od gəlini" pyesindəki "Gülgün" personajından "Gülgün" təxəllüsü götürüb. 1945-ci ilin yanvar ayında Təbrizdə yaradılmış "Şairlər məclisi"nin üzvü olub.

Qızılbaş Xalq Qoşunları və Mədinə Gülgün, 1946-cı il.

"21 Azər" hərəkatında iştirak edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin və partiyanın Qadınlar Təşkilatının üzvü olub. Şeirləri Təbrizdə çap olunan "Vətən Yolunda", "Azərbaycan" kimi qəzetlərdə yayımlanıb. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Mədinə Gülgün də bu konqresdə müxbir kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Yazdığı "Sənə gülmək yaraşır", "Açıldı səhər", "Təbriz", "Sədadət bayrağı" şeirləri Azərbaycan Milli Hökumətinin qərarı ilə nəşr olunan VI sinif məktəb dərsliyinə salınıb. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

Mədinə Gülgün 1950-ci il.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Sonrakı həyatı

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Mədinə Gülgün Azərbaycan SSR-yə mühacirət edib. Əvvəlcə Culfa şəhərində yaşayıb. Orda olduğu müddətdə demokratlar tərəfindən bərpa olunmuş Təbriz radiosunda fəaliyyət göstərib. Azərbaycan türkcəsində və farsca fəaliyyət göstərən radionun hədəf kütləsi Cənubi Azərbaycan əhalisi idi. Bir neçə müddətdən sonra Mədinə Gülgün Bakıya köçürülüb. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Mədinə Gülgün də bu cəmiyyətin üzvü olub. 1948–1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Həkimə Bülluri, Mədinə Gülgün, Abbas Pənahi və Balaş Azəroğlu.

"Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə Bakıda işıq üzü görüb. Bu kitabda 1945–1949-cu illər ərzində yazdığı şeirlər toplanıb. Azərbaycan Milli Hökumətinin baş prokuroru olan və hökumət dağıldıqdan sonra dar ağacından asılmış Firudin İbrahimi haqqında yazdığı poema 1963-cü ildə Azərnəşr tərəfindən nəşr olunub. Ümumilikdə Bakıda və Moskvada "Təbrizin baharı" (1950), "Savalanın ətəklərində" (1950), "Sülhün səsi" (1951), "Yadigar üzük" (1953), "Təbriz qızı" (1956), "Firudin" (poema) (1963), "Çinar olaydı" (1968), "Dünyamızın sabahı" (1974), "Arzu da bir ömürdür" (1976), "Yora bilməz yollar məni" (1978), "Durnalar qayıdanda" (1983), "Könlümü ümidlər yaşadır" (1984) "Dünya şirin dünyadır" (1989) və onlarla digər şeir kitabları nərşr olunub. 1958-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv olub.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970), "Şərəf nişanı" ordeni (1980), "Əmək veteranı" medalı və başqa medallarla təltif olunub. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Mədinə Gülgün Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, "Azərbaycan" jurnalı redaksiya heyətinin və Yazıçılar İttifaqına qəbul komissiyasının üzvü olub. Sonrakı illərdə isə SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsinin plenum üzvü və Asiya və Afrika ölkələri həmrəyliyi Azərbaycan Respublika Komitəsinin üzvü olub.

Bir çox lirik şeirlərinə Azərbaycanda mahnılar bəstələnib. "Sən gəlməz oldun" şeirinə Ələkbər Tağıyev, "Məhəbbət olmayanda", "Apar məni", şeirlərinə Cavanşir Quliyev mahnı bəstələyib. 1949-cu ildə Cahangir Cahangirovun bəstələdiyi "Arazın o tayında" vokal-simfonik poeması Əli Tudə və Mədinə Gülgünün sözlərinə yazılıb.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

2012-ci ildə Mədinə Gülgünün və Balaş Azəroğlunun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib.

Ailəsi

Mədinə Gülgünün ailəsi əslən Ərdəbildəndir. Ailədə 7 uşaq olublar. Atası Nurulla Ələkbərzadə işləmək üçün Bakıya köçüb və dəmiryol işçisi olub. 1938-ci ildə SSRİ vətəndaşı olmadıqları üçün Ərdəbilə sürgün olunublar. Nurulla Ələkbərzadə siyasi fikirlərinə görə İran hökuməti tərəfindən təqib olunub və 1939-cu ildə həbs olunub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Mədinə Gülgünün ailəsi Xürrəmabada sürgün olunub.

Mədinə Ələkbərzadə 1950-ci ildə Azərbaycan SSR xalq şairi, dramaturq Balaş Azəroğlu ilə ailə həyatı qurub. Bu evlilikdən Araz və Etibar adlı oğulları dünyaya gəlib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mədinə Gülgün haqqında məlumat. Mədinə Gülgün nədir? Mədinə Gülgün nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Joze Saramaqo

  • Mart 01, 2026

    MiQ-23

  • Fevral 26, 2026

    Peyk

  • Fevral 28, 2026

    Dövlətməhəmməd Azadi

  • Fevral 27, 2026

    Həzrət Peyğəmbər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst