Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Tudə (tam adı: Əli Tudə Cavadzadə; 31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Y

Əli Tudə

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Tudə

Əli Tudə (tam adı: Əli Tudə Cavadzadə; 31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü.

Əli Tudə
Əli Tudə Cavadzadə
Doğum adı Əli Qulu oğlu Cavadzadə
Doğum tarixi 31 yanvar 1924(1924-01-31)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 fevral 1996(1996-02-26) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı Siyasi mühacir
Milliyyəti azərbaycanlı
Atası Qulu Cavadzadə
Anası Şahbəyim Cavadzadə
Təhsili BDU Filologiya fakültəsi
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19591959 "Əmək veteranı" medalı — 19861986 "21 Azər" medalı — 19461946
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə, Maarif Nazirliyində tədris şöbəsinin müdiri, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olub.

"21 Azər" medalı, Əmək veteranı medalı ilə təltif olunub, Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Mündəricat

Həyatı

Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.

Əli Tudə tərəfindən yaradılmış Təbriz filarmoniyası, 1946-cı il.

1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib. O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır. Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub. Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub. Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub. 1944–1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945–1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib. Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb. Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.

Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb. Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib. Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazır. Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.

Əli Tudənin yaşadığı bina

Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayır. 1947-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub. Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib. Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib. Bu kitabda o, 1945–1949-cu illərdə yazdığı şeirləri toplayıb. Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb. 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub. 1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb. 50 poemanın 60-dan çox kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb. Bir çox yüksək titul və mükafatlardan məhrum olub. 1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Kitablarının siyahısı

  1. Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950 (Kiril əlifbası ilə), 99 səh.
  2. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950 (Kiril əlifbası ilə), 40 səh.
  3. Vətən sevgisi. Bakı: Azərnəşr, 1951 (Kiril əlifbası ilə), 64 səh.
  4. Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952 (Kiril əlifbası ilə), 28 səh.
  5. Şimal həsrəti. Bakı: Azərnəşr, 1953 (Kiril əlifbası ilə), 164 səh.
  6. Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954 (Kiril əlifbası ilə), 48 səh.
  7. Şerlər. Bakı: Azərnəşr, 1955 (Kiril əlifbası ilə), 76 səh.
  8. Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956 (Kiril əlifbası ilə), 131 səh.
  9. Qartal. Bakı: Azərnəşr, 1959 (Kiril əlifbası ilə), 170 səh.
  10. Qəzəb. Bakı: Azərnəşr, 1960 (Kiril əlifbası ilə), 98 səh.
  11. Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962 (Kiril əlifbası ilə), 227 səh.
  12. Buludlar. Bakı: Azərnəşr, 1964 (Kiril əlifbası ilə), 132 səh.
  13. Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966 (Kiril əlifbası ilə), 187 səh.
  14. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968 (Kiril əlifbası ilə), 321 səh.
  15. Кеманча и знамя. Москва: Советский писатель, 1969 (rus dilində), 78 стр.
  16. Şerlər. Bakı: Gənclik, 1970 (Kiril əlifbası ilə), 68 səh.
  17. Город в горах. Москва: Советский писатель, 1972 (rus dilində), 71 стр.
  18. Sevinc. Bakı: Gənclik, 1973 (Kiril əlifbası ilə), 112 səh.
  19. Şəlalə. Bakı: Azərnəşr, 1974 (Kiril əlifbası ilə), 183 səh.
  20. Ömrün illəri. Bakı: Gənclik, 1976 (Kiril əlifbası ilə), 164 səh.
  21. Həyat sınağı. Bakı: Yazıçı, 1978 (Kiril əlifbası ilə), 232 səh.
  22. İran Xalq Partiyası. Təbriz: 1358 (ərəb əlifbası ilə).
  23. Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
  24. Nəğməli gecələr. Bakı: Yazıçı, 1981 (Kiril əlifbası ilə), 210 səh.
  25. Если скажет жизнь сама. Москва: Советский писатель, 1982 (rus dilində), 78 стр.
  26. Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983 (ərəb əlifbası ilə), 87 səh.
  27. Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983 (Kiril əlifbası ilə), 145 səh.
  28. Araz üstə palıd. Bakı: Yazıçı, 1984 (Kiril əlifbası ilə), 303 səh.
  29. Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986 (Kiril əlifbası ilə), 161 səh.
  30. Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988 (Kiril əlifbası ilə), 255 səh.
  31. Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990 (Kiril əlifbası ilə), 276 səh.
  32. Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı, 1996 (Kiril əlifbası ilə), 240 səh.
  33. Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997 (Kiril əlifbası ilə), 328 səh.
  34. Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998 (Kiril əlifbası ilə), 386 səh.
  35. Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
  36. Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.
  37. Mən nə gətirdim. Təbriz: Azər Turan nəşriyyatı 2023 (ərəb əlifbası ilə)
  38. Təbriz yolu. Təbriz: Azər Turan nəşriyyatı 2023 (ərəb əlifbası ilə)
  39. Cənub nəğmələri. Qoşaçay: Şahmat nəşriyyatı 2023 (ərəb əlifbası ilə)
  40. Araz üstə palıd (seçilmiş şeirləri). Qoşaçay: Şahmat nəşriyyatı 2023 (ərəb əlifbası ilə)

Latın əlifbası ilə çap olunmuş kitabları (20 cilddə)

  1. Cənub nəğmələri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 336 səh.
  2. Bakının işıqları. Bakı. "Azərbaycan" nəşriyyatı – 2014, 328 səh.
  3. Tarixin bir səhifəsi. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 352 səh.
  4. Yanıqlı tütək. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 344 səh.
  5. Həyat sınağı. Bakı. "Azərbaycan" nəşriyyatı – 2015, 360 səh.
  6. Ömrün illəri. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 336 səh.
  7. Nəğməli gecələr. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 408 səh.
  8. Araz üstə palıd. Bakı. "Azərbaycan" nəşriyyatı – 2016, 368 səh.
  9. Gecikmiş vüsal. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 360 səh.
  10. Təbriz yolu. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 336 səh.
  11. Söz ömrü. Bakı. "Azərbaycan" nəşriyyatı – 2017, 352 səh.
  12. Mühacir qeyrəti. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 352 səh.
  13. Mənim səsim. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 344 səh.
  14. Yarımçıq dastan. Bakı. "Azərbaycan" nəşriyyatı – 2018, 440 səh.
  15. Mənə elə baxma. Bakı. "Azərbaycan" nəşriyyatı – 2019, 576 səh.
  16. Həyatım, xatirələrim… I hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 408 səh.
  17. Həyatım, xatirələrim… II hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2020, 384 səh.
  18. Həyatım, xatirələrim… III hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 416 səh.
  19. Həyatım, xatirələrim… IV hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2021, 320 səh
  20. Həyatım, xatirələrim… V hissə Bakı. "Azərbaycan" nəşriyyatı – 2022, 336 səh

Seçilmiş əsərləri

  1. I cild Bakı: "Tuna" QSC, 2023, 400 s.
  2. II cild Bakı: "Tuna" QSC, 2023, 400 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Tudə haqqında məlumat. Əli Tudə nədir? Əli Tudə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Kamerun bayrağı

  • Fevral 25, 2026

    Katalizator

  • Fevral 27, 2026

    Reynland

  • Fevral 27, 2026

    Elephantidae

  • Mart 01, 2026

    Manowar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst