Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həkimə Billuri (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının

Hökumə Billuri

  • Ana Səhifə
  • Vikipediya
  • Hökumə Billuri

Həkimə Billuri (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur.

Hökümə Billuri
Doğum tarixi 3 mart 1926(1926-03-03)
Doğum yeri Zəncan, Cənubi Azərbaycan
Vəfat tarixi 22 noyabr 2000(2000-11-22) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti Filologiya fakültəsi;
Moskvada İctimai Elmlər Akademiyası
Fəaliyyəti şair, ədəbiyyatşünas
Mükafatları "Əmək veteranı" medalı "21 Azər" medalı — 19461946
"Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984

Mündəricat

Həyatı

İlk illəri

Həkimə İbrahim qızı Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə Zəncanda "Azəri" qızlar məktəbində orta təhsil alıb, məktəbi bitirdikdən sonra isə elə orada dərs deməyə başlayıb. Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatına qoşulub. Zəncan şəhərində çap olunan "Azər" qəzetində şeirləri çap olunub.

1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.

Sonrakı həyatı

AMH dağıldıqdan sonra əvvəlcə Culfaya keçib. Daha sonra isə Bakıya gedib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Hökumə Billuri də bu cəmiyyətin üzvü olub. 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.

1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal! Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal, Gəl öpüm mübarək, odlu sətrini, Səndən Təbrizimin alım ətrini…

Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri "Azərnəşr"in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. "Şairin yadigarı", "Məndən uzaqlarda" şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi.

Hökumə Billuri 1963-cü ildə "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. "Ürək dustaq oldu dərdə, fərağa" desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır.Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biridə "Təbriz" şeridir. Səksəninci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən həmçinin bu şer əsasında "Təbriz" müsiqisi bəstələnmişdir.

1984-cü ildə Əməkdar incəsənət xadimi, 1998-ci ildə isə Xalq şairi fəxri adına layiq görülüb.

Hökumə Billuri 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.

Fəaliyyəti

Azərbaycan Dövlət Universitetinin filolologiya fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941–45) fəal iştirakçısı olmuşdur. Əsərləri: "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni" (1975), "Şerlər" (1980), "Bir də bahar gəlsə" (1984) və s. kitabları, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" poemaları. Məhəmmədhüseyn Şəhriyarın farsca şerlərini Azərbaycan dilinə, Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, Cəfər Cabbarlı, Mirvarid Dilbazi, Nəbi Xəzri və b.-nın şeirlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərbaycan ədəbiyyatına, o cümlədən M. Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı "Azərbaycan" qəzetinin baş redaktoru (1956–60), Azərbaycan EA Şərqşünaslıq İnstitunun baş elmi işçisi (1964-cü ildən) olmuşdur.

1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.

2023-cü ildə "Xalq əmanəti" layihəsi çərçivəsində "Seçilmiş əsərləri" kitabı işıq üzü görmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hökumə Billuri haqqında məlumat. Hökumə Billuri nədir? Hökumə Billuri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    İƏT

  • Fevral 27, 2026

    Brassica

  • Fevral 27, 2026

    Şvabiya (dairə)

  • Fevral 27, 2026

    Qayğının əsasları

  • Mart 01, 2026

    Vetslar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst