Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balaş Azəroğlu və ya Balaş Abızadə (11 noyabr 1921, Bakı – 24 aprel 2011, Bakı) — Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas və tərcüməçi. Azərbaycan SSR xalq

Balaş Azəroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Balaş Azəroğlu

Balaş Azəroğlu və ya Balaş Abızadə (11 noyabr 1921, Bakı – 24 aprel 2011, Bakı) — Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas və tərcüməçi. Azərbaycan SSR xalq şairi və 21 Azər hərəkatının iştirakçısı.

Balaş Azəroğlu
Balaş Allahbaxış oğlu Abizadə
Doğum tarixi 11 noyabr 1921(1921-11-11)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 24 aprel 2011(2011-04-24) (89 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Mədinə Gülgün
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair, redaktor, tərcüməçi, ədəbiyyatşünas, dramaturq
İlk əsəri "Dnepr" (şeir)
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Şöhrət" ordeni
Azərbaycan SSR xalq şairi — 1981
Vikimənbənin loqosu Balaş Azəroğlu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinin deputatı, "Cövdət" qəzetinin redaktoru, Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini və "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü olub. AMH dağıldıqdan sonra Bakıya köçüb.

Müxtəlif illərdə "Azərbaycan Yazıçılar Cəmiyyəti"nin sədri, "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir olub. Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, ukrayn və latış dillərinə tərcümə olunub. Fəaliyyətinə görə iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət"ordenləri ilə, "21 Azər", "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.

Azərbaycan şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Mədinə Gülgünün həyat yoldaşıdır.

Mündəricat

Həyatı

Balaş Allahbaxış oğlu Abızadə 1921-ci il noyabrın 11-də Bakıda anadan olub. Əslən ərdəbillidir. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alıb. Məktəbli ikən Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olub. "Dnepr" adlı ilk şeiri 1936-cı ildə "Pioner" jurnalında dərc olunub.

Stalin repressiyaları dövründə 1938-ci ilin fevral ayında əvvəlcə atası daha sonra isə özü həbs olunub. 2 ay həbsdə qaldıqdan sonra Ərdəbilə sürgün olunub. Bura ondan əvvəl sürgün olunan ailə üzvləri ilə birlikdə Səlim Qışlağı kəndinə köçüb. Burada fars dilini öyrənmək üçün gecə kurslarına getməyə başlayıb.

21 Azər hərəkatında

1942-ci ildə Tudə Partiyasına üzv olub. 1943-cü ildə "Ziddifaşist" cəmiyyətinin Ərdəbil vilayət şöbəsinin sədri seçilib. Cəmiyyətin mətbuat orqanı olan "Yumruq" qəzetinin və cəmiyyətin "Ziddifaşist" adlı ədəbiyyat səhifəsinin redaktoru olub. İlk şeirlər kitabı "İlk şeirlər" adı altında 1943-cü ildə Ərdəbildə Azərbaycan "Ziddifaşist" cəmiyyəti tərəfindən çap olunub. Özünə "Azəroğlu" təxəllüsü götürüb. 1945-ci ildə Vətən yolunda qəzetinin redaksiyasında "Şairlər məclisi" cəmiyyəti yaradıldıqdan sonra Balaş Azəroğlu da eyni cəmiyyəti Ərdəbildə yaradıb.

1945-ci ildə Azərbaycan Demokrat Partiyası yaradıldıqdan sonra partiyaya üzv olub və Ərdəbil vilayət komitəsində fəaliyyət göstərib. Partiyanın Ərdəbildə rəsmi mətbuat orqanı "Cövdət" qəzeti seçildikdən sonra Balaş Azəroğlu qəzetin redaktoru təyin olunub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Keçirilən seçkilər nəticəsində Balaş Azəroğlu səs toplayaraq Azərbaycan Milli Məclisinə Germidən nümayəndə seçilib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub. İkinci kitabı 1946-cı ildə "Şeirlər" adı ilə Təbrizdə "Vətən yolunda" nəşriyyatında çap olunub. 1946-cı ildə "Şairlər məclisi" cəmiyyətinin əsasında təşkil olunmuş "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü seçilib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr yaratmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi də cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai dəstələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında əmr verdi. Elə həmin gündən etibarən, İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Balaş Azəroğlu bir müddət Təbrizdə gizlənib. 1947-ci il aprelin 15-də Cənubi Azərbaycanda gizlənən demokratları xilas etmək üçün yaradılmış "Nicat cəmiyyəti" tərəfindən gizli yollarla Təbrizdən çıxarılaraq Bakıya aparılıb. 17 apreldə Bakıya çatıb və Mərdəkanda yerləşən Yaşıl bağda yerləşdirilib. AMH dövründə Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Balaş Azəroğlu isə bu cəmiyyətin sədri seçilib.

1947–1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1948–1953-cü illərdə ADF MK-nın mətbuat orqanı olan "Azərbaycan" qəzetinin ədəbi-bədii şöbəsinin müdiri, 1953–1956-cı illərdə isə məsul redaktoru olub. 1956–1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958–1959-cu illərdə Bakı Ali Partiya məktəbində xüsusi fakültənin dekanı, 1959–1963-cü illərdə isə ADF MK-nın sədr müavini olub. 1966-cı ildə "Məhəmməd Əmaninin yaradıcılığı" mövzusunda elmi işi müdafiə edərək filologiya elmləri namizədi adını alıb.

1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə, həmin ilin dekabr ayında isə idarə heyətinin üzvlüyünə seçilib. 1981-ci ildə 60 illik yubileyi münasibətilə "Xalq şairi" adını alıb. 1981–1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsində işləyib. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib. 1991-ci ildən 2011-ci ilədək Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir olub. Nizaminin "Yeddi gözəl" poemasını, Füzulinin qəzəllərini, Məhəmmədhüseyn Şəhriyarın şeirlərini farscadan Azərbaycan dilinə tərcümə edib. Müxtəlif illərdə "Şeirlər", "Savalan", "Mübarizə yollarında", "Gənclik dostlarım", "Mənim nəğmələrim", "Səhər şəfəqləri", "Sənətin qüdrəti", "Hafizin qəbri üstündə", "Elə oğul istəyir Vətən", "Dünənim, bu günüm, sabahım", "Gəl, ay bahar", "Sinəm Savalan dağıdır", "Bir kürsü istəyirəm" adlı kitabları nəşr olunub. Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, ukrayn və latış dillərinə tərcümə olunub. Fəaliyyətinə görə iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət"ordenləri ilə, "21 Azər", "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.

Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi

Balaş Azəroğlunun valideynləri əslən Ərdəbilin Səlim Qışlağı kəndindəndirlər. Atası Allahbaxış Abızadə işləmək üçün Bakıya köçüb. 1938-ci ildə ailəsi ilə birlikdə Bakıdan sürgün olunub.

1950-ci ildə Mədinə Gülgünlə ilə ailə həyatı qurub. Bu evlilikdən Araz və Etibar adlı oğulları dünyaya gəlib.

Əsərləri

  1. Şeirlər. Bakı: Azərnəşr, 1948, 110 səh.
  2. Savalan. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
  3. Mübarizə yollarında. Bakı: Azərnəşr, 1950, 32 səh.
  4. Gənclik dostlarım. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh.
  5. Mənim nəğmələrim. Bakı: Azərnəşr, 1952, 160 səh.
  6. Səhər şəfəqləri. Bakı: Azərnəşr, 1953, 167 səh.
  7. Sənətin qüdrəti. Bakı: Azərnəşr, 1955, 78 səh.
  8. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1956, 192 səh.
  9. Çiçəklən tarlalar. Bakı: Uşaqgəncnəşr, 1954, 64 səh.
  10. İtmiş qız haqqında dastan. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
  11. Hafizin qəbri üstündə. Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  12. Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1959, 203 səh.
  13. Əsərləri. Bakı: Azərnəşr, 1961, 284 səh.
  14. Elə oğul istəyir vətən. Bakı: Azərnəşr, 1961, 190 səh. (ərəb əlifbası ilə).
  15. Şerlər. Bakı: Azərnəşr, 1963, 86 səh.
  16. Elə oğul istəyir vətən. Bakı: Azərnəşr, 1964, 190 səh.
  17. İki dost. Bakı: Azərnəşr, 1965, 32 səh.
  18. Məcnun söyüd. Bakı: Azərnəşr, 1966, 277 səh.
  19. Savalan əfsanəsi. Bakı: Gənclik, 1967, 51 səh.
  20. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı, Azərnəşr, 1970, 308 səh.
  21. Dünənim, bu günüm, sabahım. Bakı: Gənclik, 1970, 240 səh.
  22. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1970, 303 səh.
  23. İllərdən illərə. Bakı: Gənclik, 1971, 283 səh.
  24. Yarpaqlar töküləndə. Bakı: Azərnəşr, 1976, 274 səh.
  25. Məhəmməd Əmani. Bakı: Elm, 1977, 129 səh.
  26. Dünənim, bu günüm, sabahım. Bakı: Gənclik, 1978, 240 səh.
  27. Saib Təbrizinin sənət dünyası. Bakı: Yazıçı, 1981, 175 səh.
  28. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1982, 261 səh.
  29. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1983, 236 səh.
  30. Gəl, ay bahar. Bakı: Gənclik, 1983, 116 səh.
  31. Sinəm Savalan dağıdır. Bakı: Yazıçı, 1984, 267 səh.
  32. Bir kürsü istəyirəm. Bakı: Yazıçı, 1989, 245 səh.
  33. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1991, 395 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balaş Azəroğlu haqqında məlumat. Balaş Azəroğlu nədir? Balaş Azəroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biryoçiy adası

  • Fevral 27, 2026

    Xəlil

  • Fevral 28, 2026

    Satyacit Ray

  • Mart 01, 2026

    Lələkyeyənlər

  • Fevral 27, 2026

    Gürgan şəhristanı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst