Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri d

Cəfər Xəndan

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Xəndan

Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1948), professor (1949).

Cəfər Xəndan
Azərbaycan Dövlət Universitetinin rektoru
1950 – 1954
ƏvvəlkiAbdulla Qarayev
SonrakıYusif Məmmədəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel (8 may) 1911(1911-05-08)
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 10 avqust 1961(1961-08-10) (50 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı, şair, ədəbiyyatşünas, ədəbiyyat nəzəriyyəçisi
Uşağı
  • Rəfiq Zəka Xəndan
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı

Cəfər Xəndan 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).

Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925–1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932–1941).

Fəaliyyəti

M. F. Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, "Allahsız" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).

Müharibə illərində

1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur. O, Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində ("Vo slavu Rodinı", "Vpered k pobede", "Boets RKKA", "Vətən yolunda") məsul redaktorun müavini olmuşdur (1944–1946).

Nailiyyət və mükafatları

Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetində Mədəniyyət və məişət şöbəsinin müdiri (1946–1947) işləmişdir. Universitetin Filologiya fakültəsinin dekanı (1947–1950), sonra isə dörd il Azərbaycan Dövlət Universitetinin rektoru (1950–1954) olmuşdur. 1954–1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. "1906–1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası" mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.

"Qırmızı ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır. 1961-ci il avqustun 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən biri onun adını daşıyır.

Əsərləri

  1. Bəyaz gecələr. Bakı: Azərnəşr, 1936, 47 səh.
  2. Azərbaycan ədəbiyyatı (sovet dövrü). Bakı: Azərnəşr, 1939, 94 səh.
  3. Sabir (həyat və yaradıcılığı). Bakı: SSRİ EA Azərbaycan filialının nəşri, 1940, 168 səh.
  4. Cəbhə şerləri. Bakı: Azərnəşr, 1942, 110 səh.
  5. Qafqaz. Bakı: Uşaqgəncnəşr, 1942, 30 səh.
  6. İlk ayrılıq. Bakı: Azərnəşr, 1944, 80 səh.
  7. Mübarizə yollarında. Bakı: Uşaqgəncnəşr, 1946, 29 səh.
  8. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Azərnəşr, 1948, 189 səh.
  9. Təşviqatçı və bədii ədəbiyyat. Bakı: Azərnəşr, 1950, 65 səh.
  10. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: ADU nəşriyyatı, 1951, 616 səh.
  11. Sovet ədəbiyyatı (I hissə). Bakı: Azərnəşr, 1952, 396 səh.
  12. Sovet ədəbiyyatı (II hissə). Bakı: Azərnəşr, 1952, 127 səh.
  13. C. Cabbarlının həyat və yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1954, 62 səh.
  14. XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri. Bakı: ADU nəşriyyatı, 1955, 436 səh.
  15. Mikayıl Müşfiq. Bakı: ADU nəşriyyatı, 1956, 68 səh.
  16. Molla Nəsrəddin. Bakı: Bilik cəmiyyəti, 1956, 42 səh.
  17. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Azərnəşr, 1958, 287 səh.
  18. Mir Cəlal. Bakı: Bilik cəmiyyəti, 1958, 48 səh.
  19. Şairin həyatı. Bakı: Uşaqgəncnəşr, 1961, 100 səh.
  20. Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri. Bakı: Azərnəşr, 1962, 438 səh.
  21. Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1966, 194 səh.
  22. Sovet ədəbiyyatı (dərslik 17-ci nəşri). Bakı: Maarif, 1971, 285 səh (müştərək).
  23. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1972, 260 səh.
  24. Şairin həyatı. Bakı: Gənclik, 1977, 90 səh.
  25. Ədəbiyyatımızın dünəni və bu günü. Bakı: Yazıçı, 1980, 246 səh.
  26. Şerlər. Bakı: Gənclik, 1983, 124 səh.
  27. Uğurlu yol. Bakı: Azərnəşr, 1987, 283 səh.

Tərcümələri

  1. Nizami Gəncəvi. Lirika. Bakı: Azərnəşr, 1940, 80 səh.
  2. Heyran xanım. Qəzəllər. Bakı: Gənclik, 1975, 60 səh.
  3. M. F. Axundov. Şərq poeması. Azərb. SSR EA nəşri, 1962, 12 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Xəndan haqqında məlumat. Cəfər Xəndan nədir? Cəfər Xəndan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lisandr

  • Fevral 27, 2026

    Homo erectus

  • Fevral 26, 2026

    Fernan Magellan

  • Fevral 27, 2026

    Xuluf

  • Fevral 27, 2026

    Şahrux Mirzə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst