Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi

Hadrut döyüşləri

  • Ana Səhifə
  • Vikipediya
  • Hadrut döyüşləri

Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir.

Hadrut döyüşü
2020-ci ilin Qarabağ döyüşləri
Tarix 7 oktyabr 2020—15 oktyabr 2020
Yeri Hadrut, Azərbaycan
Səbəbi Hadrut qəsəbəsinin işğaldan azad edilməsi
Nəticəsi

Azərbaycanın qələbəsi.

Azərbaycan ordusu Hadrut qəsəbəsini və ətraf kəndlərini işğaldan azad etdi.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Qondarma Dağlıq Qarabağ Respublikası Qondarma Dağlıq Qarabağ Respublikası

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov
Azərbaycan Mais Bərxudarov

Ermənistan Nikol Paşinyan
Ermənistan David Tonoyan
Qondarma Dağlıq Qarabağ Respublikası Arayik Harutyunyan
Qondarma Dağlıq Qarabağ Respublikası Cəlal Harutyunyan

Tərəflərin qüvvəsi

Azərbaycan Ordusu ~1,500

Ermənistan Ordusu ~10,000

İtkilər

Azərbaycan mənbələrinə əsasən:

  • Bilinmir

Ermənistan mənbələrinə əsasən:

  • Bilinmir

Ermənistan mənbələrinə əsasən:

  • 10 hərbçi həlak olub

Azərbaycan mənbələrinə əsasən:

  • ~800 hərbçi öldürülüb
  • 10 komanda-müşahidə məntəqəsi məhv edilib
  • 15 top vurulub
  • 70 tank məhv edilib
  • 90 avtomobil məhv edilib
  • 100 sursatla dolu avtomobil vurulub
  • 13 PUA endirilib
  • 31 PDM məhv edilib
  • 10 lokator vurulub

    Mündəricat

    Erkən hadisələr

    Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi.

    27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.

    Döyüşlər

    Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.

    Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü.

    Oktyabrın 10-da səhər saatlarında erməni hərbçiləri "Azərbaycan qüvvələrinin cənubi Qarabağda Hadruta quru hücumu və Ermənistanın cənubunda Qafan bölgəsinə PUA hücumları həyata keçirdiyini" xəbər verdi. Həmin gün Cəbrayıl istiqamətindən hərəkət edən Azərbaycan qoşunları Hadruta şimal istiqamətindən daxil olmağa başladı. Daha sonra həmin gün erməni tərəfi şəhərdəki Azərbaycan qüvvələrini "mühasirəyə aldığını" elan etdi. Ancaq döyüşlərin davam etməsi ilə bir neçə gün sonra Hadrutdakı erməni qoşunları özləri mərmi alovunun əhatəsinə düşdü. Ermənistandan çağırılmış ehtiyatda olan əsgərlərin oktyabrın 10-u səhər çağı Hadrutun şimalından təşviş içində qaçmağa başladılar. "Qondarma Dağlıq Qarabağ" prezidenti Araik Arutyunyan onları geri qaytarmağa çalışsa da, bu mümkün olmamışdı. Həmin gün Hadrutda cəmi 50–70 Azərbaycan XTQ əsgəri olsa da, 500-dən artıq erməni əsgər və ehtiyatda olan əsgər onlara qarşı müqavimət göstərə bilmədi. Müharibədən sonra verdiyi müsahibədə Araik Arutyunyan Hadrutda 1500 erməni əsgərinin olduğunu, lakin buna baxmayaraq 50 azərbaycanlı diversantın Hadruta daxil olması anında onların hamısının Hadrutdan qaçdığını demişdi. Erməni bölmələri panikada olduğundan bəzi hallarda müntəzəm ordu əsgərləri qorxudan qaçan ehtiyatda olan əsgərləri azərbaycanlılar hesab edərək özününkülərə atəş açmışdı. Həmin gün Hadrutda olan erməni hərbçilərin əksəriyyəti Cəbrayıldakı bazasından yenicə geri çəkilmiş 9-cu alayın tədris batalyonuna aid təcrübəsiz və yeni əsgərlərdən ibarət idi. Ermənistandan gəlmiş xüsusi təyinatlı dəstə də Hadrutda idi; onun komandirlərindən biri mayor Arutyun Manuçaryan Hadrutun cənubundakı döyüşdə öldürüldü. Hadrutda yerləşən diviziya komandirinin müavini, polkovnik Hrayr Davtyan və təcrübəli kəşfiyyat zabiti Hrant Firəngiyan da öldürülənlər arasında idi. Davtyan diviziya qərargahına rəhbərlik edirdi və onun ölümü qərargahın həmin gün Azərbaycan XTQ tərəfindən ələ keçirildiyini göstərir. Digər ölümcül insident isə əksəriyyəti Kotaykdan olan təxminən 20 Yerkrapa könüllüsünün içində olduğu yük maşının PUA tərəfindən vurularaq dağ yolundan yuvarlanması oldu. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2–3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Bitərəf mənbələr bildiriblər ki, Azərbaycan qüvvələri 14 və ya 15 oktyabrda Hadrutu tam ələ keçiriblər. Sonrakı günlərdə qəsəbənin şimalında və qərbində oktyabrın 30-dək digər kəndlər və yüksəkliklər uğrunda yeni döyüşlər baş verib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hadrut döyüşləri haqqında məlumat. Hadrut döyüşləri nədir? Hadrut döyüşləri nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Rokfeller Fondu

    • Mart 01, 2026

      Əlifba qülləsi

    • Mart 01, 2026

      Fort Veyn

    • Mart 01, 2026

      Ansionlar Şurası

    • Fevral 24, 2026

      Patristika

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst