Yerkrapa Könüllülər İttifaqı (erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ «Yerkrapa» kamavorakan miutyun, YeKM) və ya Yerkrapa Müharibə İştirakçıarı İttifaqı (Yerkrapa – Yurd müdafiəçiləri) — Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatı. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk növbədə 6 min erməni müharibə iştirakçısından ibarət idi. Yerkrapa böyük və nüfuzlu müharibə iştirakçıları qrupudur. Yerkrapa ittifaqı Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdi. Buna baxmayaraq, Sarkisyanın ölümündən sonra Yerkrapanın Ermənistan siyasətində təsiri azalmağa başlamışdır. Yerkrapa 5–30 min müharibə iştirakçısını öz təşkilatı altında cəmləşdirmişdi. Tomas de Vaala görə, 1994-cü ildən sonra Yerkrapa ölkənin ən güclü təşkilatına çevrilmişdir. Təşkilat Azərbaycan mətbuatında "terror təşkilatı" kimi də qiymətləndirilir.
| Yerkrapa Könüllülər İttifaqı | |
|---|---|
| erm. «Երկրապահ» կամավորական միություն, ԵԿՄ | |
| |
| Növü | Yarımhərbi qeyri-hökumət təşkilatı |
| Yaranma tarixi | 1993—h.h. |
| Ölkə | |
| Tabedir | Ermənistan Silahlı Qüvvələri |
| Sayı | 5,000–30,000 |
| Şüarı | "Yurdun qoruyucuları" |
| Müharibələr | Birinci Qarabağ müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
| Komandanlıq | |
| Komandir | Sasun Mikayılyan |
| Məşhur komandirləri | Vazgen Sarkisyan Manvel Qriqoryan |
| ekm.am | |
Hərbi əməliyyatlar
Yerkrapa Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdir.
Siyasi fəaliyyət
Vazgen Sarkisyanın başçılıq etdiyi Yerkrapa parlament fraksiyası artıq 1998-ci ildə Ermənistan Milli Məclisinin ən böyük fraksiyasına çevrilmişdi (69 üzvdən ibarət idi). Fraksiya ittifaq üzvlərindən ibarət idi. 1998-ci ilin yayında fraksiya Ermənistan Respublikaçı Partiyası ilə birləşmişdir. Yerkrapa bir siyasi hərəkat olaraq artıq 2001-ci ildə nominal siyasi təsirini itirmişdir.
2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin o vaxtkı Baş Qərargah rəisi Seyran Ohanyanın rəhbərlik etdiyi bir qrup yüksək rütbəli hərbi xadim təşkilatın siyasətə qarışmasına etiraz etmişdir. Onlar 25 fevral 2008-ci ildə Yerkrapadan ayrılmışdır. Bu addım mübahisəli keçən 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında sədr müavini Myasnik Malxasyan və bir neçə üzvün keçmiş prezident Levon Ter-Petrosyanı dəstəkləməsindən sonra atılmışdı. Yerkrapaın o vaxtkı sədri və müdafiə nazirinin müavini Manvel Qriqoryanın Ter-Petrosyanla da görüşdüyü, o cümlədən ona siyasi dəstək vəd etdiyi iddia edilmişdir.
2019-cu ildə Sasun Mikayelyan təşkilatın hakim partiyanın qanadı olaraq xidmət etməyəcəyini barədə israr etmişdir.
Sədrlər
- Vazgen Sarkisyan (1994–1999)
- Manvel Qriqoryan (1999–2019)
- Sasun Mikayılyan (2019–h.h.)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yerkrapa haqqında məlumat. Yerkrapa nədir? Yerkrapa nə deməkdir?
