Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hadrut (əvvəlki adları: 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək Dizaq) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəs

Hadrut

  • Ana Səhifə
  • Vikipediya
  • Hadrut

Hadrut (əvvəlki adları: 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək Dizaq) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Hadrut
39°31′00″ şm. e. 47°01′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Xocavənd rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adı Ağoöğlan (1923-cü ilə qədər)
Mərkəzin hündürlüyü 720 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 4.100 nəf. (2015)
Rəsmi dili
  • Azərbaycan dili
Hadrut xəritədə
Hadrut
Hadrut
Hadrut xəritədə
Hadrut
Hadrut
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Mündəricat

Toponimikası

Oykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır.

Tarixi

Hadrut 1903-cü ilin Cəbrayıl qəzası xəritəsində.

Qəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir.

Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini – Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu – təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər. 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi. Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.

Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi. 1863-cü ildə burada 438 nəfər adam yaşayırdı, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artmışdı. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. 1979-cu ildə burada 2173 insan yaşayırdı (onlardan 1955 nəfəri erməni, 188 nəfəri azərbaycanlı idi). Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.

1930-cu ildə burada vəba epidemiyası baş vermişdir, onun qarşısını almaq üçün Bakıdan Lev Zilber başçılıq etdiyi həkimlər briqadası göndərilmişdir.

1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmışdir. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdir.

2020-cu ilin oktyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu Hadrutu azad etmişdir. Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirilmişdir.

Tarixi abidələri

Hadrut qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
224 Alban məbədi 1170-ci il Hadrut qəsəbəsi Memarlıq Ölkə
4319 Məbəd XVIII əsr Hadrut qəsəbəsi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Qəsəbə Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Şimalçay və Cənubçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 XXXX XXXX XXXX
2009 ↗XXXX ↗XXXX ↗XXXX

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.

Xocavənd rayonunun Hadrut qəsəbəsi əhalisinin milli tərkibi 1970-ci il
Etnik qrup Sayı, 1970 sa. Nisbəti, 1970 sa.
toplam2 082100 %
erməni1 84588.6 %
azərbaycanlı1376.6 %
rus683.3 %
ukraynalı180.9 %
digər140.7 %

İqtisadiyyatı

15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut–Cəbrayıl–Şükürbəyli və uzunluğu 13 km olan Füzuli–Hadrut iki avtomobil yolunun təməlini qoymuşdur.

9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni 35-kilovoltluq elektrik yarımstasiyasının təməlini qoymuşdur.

Mədəniyyəti

26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

Rabitə

1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başlamışdır.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni məscidin təməlini qoymuşdur.

Səhiyyə

Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.

Hərbi

2021-ci ilin dekabrında Hadrutda Azərbaycan SQ Komando briqadasının hərbi hissəsi açılıb.

Şəkilləri

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hadrut haqqında məlumat. Hadrut nədir? Hadrut nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tariq surəsi

  • Fevral 27, 2026

    Aşağı Cibikli

  • Fevral 27, 2026

    MiQ-31

  • Fevral 27, 2026

    Yulafca

  • Fevral 27, 2026

    Harun islamda

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst