Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının b

Arayik Harutyunyan

  • Ana Səhifə
  • Vikipediya
  • Arayik Harutyunyan

Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023).

Arayik Harutyunyan
erm. Արայիկ Հարությոնյան
Qondarma Dağlıq Qarabağ Respublikasının 4-cü Prezidenti
21 may 2020 – 31 avqust 2023
ƏvvəlkiBako Saakyan
SonrakıSamvel Şahramanyan
Qondarma Dağlıq Qarabağ Respublikasının Dövlət Naziri
2017 – 2018
Qondarma Dağlıq Qarabağ Respublikasının Baş Naziri
14 sentyabr 2007 – 25 sentyabr 2017
Şəxsi məlumatlar
Doğum tarixi 14 dekabr 1973(1973-12-14) (52 yaş)
Doğum yeri
  • Stepanakert, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azad Vətən
Təhsili
  • Ermənistan Dövlət İqtisad Universiteti (–1990)
Fəaliyyəti siyasətçi
Uşağı 3
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Elmi dərəcəsi
  • texnika elmləri namizədi (2013)

Təltifləri 2-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır.

31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib.

Təhsili

  • 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur.
  • 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
  • 1996–1998 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadçiyyat sahəsi üzrə aspiranturasında təhsil almışdır.
  • 2013-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi adını almışdır.

Əmək fəaliyyəti

  • 1992 — qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ müharibəsində separatçı kimi döyüşlərdə iştirak edib.
  • 1995–1997 — qondarma respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi kimi fəaliyyət göstərib.
  • 1997–1999 — "Armaqrobank"ın Əsgəran filialının rəhbəri vəzifəsində çalışıb.
  • 1999–2004 — "Armaqrobank"ın Xankəndi filialının rəhbəri vəzifəsində çalışıb.
  • 2005–2007 — qondarma respublikanın parlamentinin deputatı, "Azat Ayenik" ("Azad Vətən") partiyasının sədri, "Vətən" fraksiyasının rəhbəri olub.
  • 2009 — yenidən "Azat Ayenik" partiyasının sədri seçilib.
  • 14 sentyabr 2007 — qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə parlament tərəfindən baş nazir seçilib.
  • 2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib.
  • 2012-ci ilin sentyabrında qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə baş nazir seçilib.
  • 25 sentyabr 2017 – 6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olub.
  • 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub.

Həbsi

Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub.

2026-cı ilin fevralın 5-də Bakı Hərbi Məhkəməsində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arayik Harutyunyan haqqında məlumat. Arayik Harutyunyan nədir? Arayik Harutyunyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dərəbas

  • Fevral 27, 2026

    II Urban

  • Fevral 27, 2026

    Qodfri Hardi

  • Fevral 27, 2026

    Qara Afrika

  • Fevral 27, 2026

    Müşfiqabad

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst