Zakir Əsgər oğlu Həsənov (6 iyun 1959, Astara rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki. Azərbaycan Respublikasının müdafiə naziri (2013-cü ildən).
| Zakir Həsənov | |
|---|---|
| |
Vəzifədədir | |
| 22 oktyabr 2013-cü ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Səfər Əbiyev |
| 17 yanvar 2003 – 22 oktyabr 2013 | |
| Nazir | Ramil Usubov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1959 (66 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
| Hərbi xidmət | |
| Xidmət illəri | 1980-ci ildən |
| Mənsubiyyəti | |
| Döyüşlər | Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
| Rütbəsi | General-polkovnik |
| | |
| Təltifləri | |
Həyatı
Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur.
- 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib.
- 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
- 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.
- 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir.
- 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır.
- 1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
- 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır.
- 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib.
Ailəlidir, 3 övladı var.
Ali hərbi rütbələri
- General-mayor (Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə).
- General-leytenant (Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə).
- General-polkovnik (22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir).
Təltifləri
- "Zəfər" ordeni (9 dekabr 2020)
- "Azərbaycan Bayrağı" ordeni (19 aprel 2016)
- "Azərbaycan Bayrağı" ordeni (30 iyun 2004)
- 1-ci dərəcəli "Rəşadət" ordeni (25 iyun 2018)
- "Şöhrət" ordeni (Azərbaycan) (5 iyun 2019)
- "Vətən uğrunda" medalı (11 mart 2008)
- "Hərbi xidmətlərə görə" medalı (16 avqust 2002)
- "Sərhəddə fərqlənməyə görə" medalı (15 dekabr 1998)
- "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı
- "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
- "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı
- "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı
- "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı
- "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı
- "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)" yubiley medalı
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
- "Qarabağ" ordeni (7 noyabr 2023)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zakir Həsənov haqqında məlumat. Zakir Həsənov nədir? Zakir Həsənov nə deməkdir?
