David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri.
| David Tonoyan | |
|---|---|
| erm. Դավիթ Էդգարի Տոնոյան | |
| |
| 10 may 2018 – 20 noyabr 2020 | |
| Əvvəlki | Vigen Sarqsyan[d] |
| Sonrakı | Vağarşak Harutyunyan[d] |
| 6 fevral 2017 – 10 may 2018 | |
| Əvvəlki | Armen Yeritsyan[d] |
| Sonrakı | Hraçya Rostomyan[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 27 dekabr 1967 (58 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 2 |
| Dini | Erməni Həvari kilsəsi |
| Təltifləri | |
Həyatı
David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi. Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi. Ailəlidir, iki övladı var.
O, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi verib. O, vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib.
Həbsi
Tonoyan 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, David Tonoyan haqqında məlumat. David Tonoyan nədir? David Tonoyan nə deməkdir?
