Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elçin Qəzənfər oğlu Həmidov (29 iyun 1958, Bakı – 4 mart 2011, Bakı) — Azərbaycan aktyoru və müğənnisi idi. Azərbaycanın əməkdar artisti (2007). Parni iz Baku,

Elçin Həmidov

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Həmidov

Elçin Qəzənfər oğlu Həmidov (29 iyun 1958, Bakı – 4 mart 2011, Bakı) — Azərbaycan aktyoru və müğənnisi idi. Azərbaycanın əməkdar artisti (2007). Parni iz Baku, Planet Parni iz Baku KVN klublarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə populyarlıq qazanmış və yaddaşlarda qalmışdır.

Elçin Həmidov
Doğum tarixi 29 iyun 1958(1958-06-29)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 mart 2011(2011-03-04) (52 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Fəaliyyəti aktyor, müğənni
Fəaliyyət illəri 1983–2011
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı və fəaliyyəti

1958-ci ildə 29 iyun-da Bakıda doğulub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Daha sonra o, əvvəlcə bacısı, sonra isə qardaşlarını itirir. 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni bitirmişdir.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində müxtəlif rolları canlandırmışdır.

Süleyman Ələsgərov və Şıxəli Qurbanovun Olmadı elə, oldu belə əsərində Gülüstan, Vasif Adıgözəlov və Əliağa Kürçaylının Boşanaq, evlənərik əsərində İkram, H. Qurbanov və Cahangir Aslanoğlunun Qarğa məndə qoz var əsərində Zərzibonskaya, Soltan Hacıbəyovun Qızıl gül əsərində Azay, Səid Rüstəmov və Məmməd Səid Ordubadinin Beş manatlıq gəlin əsərində Nadir, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun Özümüz bilərik əsərində Miriş, Süleyman Ələsgərov və İsi Məlikzadənin Subaylarınızdan görəsiniz əsərində Mayıl, Süleyman Ələsgərov və İsi Məlikzadənin Hərənin öz ulduzu əsərində Nəzir, Emin Sabitoğlu və Xalidə Hasilovanın Nəğməli Könül əsərində Mustafa, Sərdar Fərəcov və Əli Əmirlinin Səhnədə məhəbbət əsərində ofisiant, Oqtay Rəcəbov və Aqşin Babayevin Əlin cibində olsun əsərində Şəkərli, Vasif Adıgözəlov və Anarın Aldın payını, çağır dayını əsərində Əli Əyrizadə, Faiq Sücəddinov və Tamara Vəliyevanın Mən dəyərəm min cavana əsərində dilənçi, İmre Kalmanın İdialı qaraçı əsərində Estraqon, Üzeyir Hacıbəyovun O olmasın, bu olsun əsərində Rza bəy, Rauf Hacıyevin Talelər qovuşanda əsərində Totuş, Üzeyir Hacıbəylinin Ər və arvad əsərində Kəblə Qubad rollarını canlandırmışdır.

Elçin Həmidov bariton və soprano səsə malik idi. Tamaşalardakı çox musiqiləri ifa edirdi. O, epizodik rollarda da çıxış edir, məşhur simaları parodiya edirdi. Sənətçi Parni iz Baku və Planet Parni iz Baku KVN teatrlarının da simalarından biri idi. Bu teatr tamaşalarında və Məhəllə film seriyasında canlandırdığı Məzi personajı ilə geniş populyarlıq qazanmışdır. Bundan başqa o, televiziya verilişlərində də aparıcılıq etmişdir. Onun Tez bazar, eləcə də mətbəx verilişləri tamaşaçıların diqqətini çəkmişdir. 1997-ci ildə ekranlaşdırılan Bakı oğrusu filmində də mahnı ifa etmişdir.

Onun 23 fevral 2011-ci ildə son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun Evlənmə komediyasında Yaiçnitsa obrazı oldu. 2011-ci ilin 4 martında sənətçi ürək tutmasından öldü. Həmin vaxt teatrda Hərənin öz ulduzu tamaşasının orkestrlə məşqi idi. O, bu tamaşada iştirak edə bilmədi. Sənətçinin işə gəlmədiyini görən dostları ondan narahat olub evinə getdilər və Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə evinin qapısı açıldı və o, evində ölü halda tapıldı. Sənətçi 5 mart 2011-ci ildə Xırdalan qəbiristanlığında dəfn edildi.

Filmoqrafiya

  1. Bakı oğrusu — ifaçı kimi
  2. Canavar balası — rol: Xoren
  3. Məhəllə — rol: Məzi
  4. Məhəllə 2 Moskvada — rol: Məzi
  5. Tam məxfi — rol: Mübariz bəy
  6. Məşədi İbad 94 — rol: Rüstəm bəy
  7. PPB 10 il — müxtəlif rollarda

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elçin Həmidov haqqında məlumat. Elçin Həmidov nədir? Elçin Həmidov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ƏBOB

  • Fevral 23, 2026

    Zoologiya

  • Mart 01, 2026

    Arrietty

  • Fevral 27, 2026

    Frenk Lempard

  • Fevral 27, 2026

    Fransalı Mariya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst