Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi (2019), pedaqoji elmlər doktoru, professor (

Oqtay Rəcəbov

  • Ana Səhifə
  • Vikipediya
  • Oqtay Rəcəbov

Oqtay Məmmədağa oğlu Rəcəbov (5 aprel 1941, Bakı – 15 dekabr 2022) — Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi (2019), pedaqoji elmlər doktoru, professor (1995), Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar müəllimi (1987).

Oqtay Rəcəbov
Doğum tarixi 5 aprel 1941(1941-04-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 dekabr 2022(2022-12-15) (81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi
  • pedaqoji elmlər doktoru
Elmi adları
  • professor,
  • akademik
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20192019 "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1987 Azərbaycan LKGİ mükafatı — 19821982
"Tərəqqi" medalı — 20062006

Mündəricat

Həyatı

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963). Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü. Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.

O. Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub. Onun uşaq mahnıları, əsasən vətənpərvərlik, Flora və fauna, rəqəmlər və vurma cədvəli kimi mövzuları əhatə edib.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i vəfat edib.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 17 sentyabr 2019
  • "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 21 may 1987
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1982
  • "Tərəqqi" medalı — 26 dekabr 2006

Əsərləri

Operalar
  • "Göyçək Fatma"-cizgi film-opera (1992)- Azərbaycan xalq nağılı əsasında
  • "Xeyir və Şər" uşaq operası (1994) — N. Gəncəvinin əsəri əsasında
  • "Sərçəcik" uşaq operası (2012) — Libretto müəllifi Sevinc Nuruqızı
  • "Atatürk" operası (2016) — Libretto müəllifləri Akif Abbasov, Babək Abbaszadə
Musiqili komediyalar, tamaşalar
  • "Əlin cibində olsun" (2001) — libretto müəllifi Aqşin Babayev
  • "Şeytanın yubileyi" — libretto müəllifi Aqşin Babayev
Simfonik əsərləri
  • 4 saylı Simfoniya (1997)
  • Simli orkestr üçün 5 saylı Simfoniya (1998);
Məqalə və kitablar
  • Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995.
  • "Musiqi" — I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • "Musiqi" — II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998.
  • Dahilik fenomeni haqqında nə bilirik?"Musiqi dünyası" jurnalı, № 1, 1999.

Filmoqrafiya

  1. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-bəstəkar, dirijor
  2. Azərbaycan SSR (film, 1973)
  3. Cavad Heyət varlığı (film, 2002)
  4. Göyçək Fatma (film, 1988)
  5. Hər şey yaxşılığa doğru
  6. Həsən Əbluc (film, 1999)
  7. Humayın yuxusu (film, 1985)
  8. Kəndimizin qəhrəmanı (film, 1971)
  9. Qız, oğlan və şir (film, 1974)
  10. Tərsinə çevrilən dünya (film, 2011)
  11. Sehrlənmiş küpə (film, 1979)
  12. Səndən xəbərsiz (film, 1985)
  13. Sonrakı peşmançılıq (film, 1978)
  14. Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
  15. Şah və xidmətçi (film, 1976)
  16. Şahzadə-qara qızıl (film, 1974)
  17. Toplan və kölgəsi (film, 1977)
  18. Üç görüş
  19. "Vüsal günləri" teleserialı (Tehran, 1998)

Videolar

  • "Şeytanın yubileyi" tamaşasını İZLƏ — sözləri: Aqşin Babayev
  • İlhamə Quliyeva — Anam mehribanım Azərbaycanım — sözləri: Aqşin Babayev
  • Zeynəb Xanlarova — Şirvan bayatıları — sözləri: xalq bayatıları
  • "Sevil" vokal ansamblı — Bayatılar — sözləri: xalq bayatıları
  • "Sevil" vokal ansamblı — Gözəlsən — sözləri: İbrahim Göyçaylı
  • Flora Kəriova — Gözlərini od bilmişəm — sözləri: İbrahim Göyçaylı
  • Flora Kərimova — Necə unudum səni? — sözləri: Zivər Ağayeva
  • Flora Kərimova — Buludlar — sözləri: Hafiz Baxış
  • Flora Kərimova — Ağla, qərənfil, ağla — sözləri: Məmməd Aslan
  • Flora Kərimova — Səndən xəbərsiz — sözləri: Məmməd İsmayıl
  • Flora Kərimova — Nə vaxta qədər
  • Mirzə Babayeva — Şollar suyu mahnısı və rəqsi — rəqsin quruluşçusu Tahir Eynullayev
  • Aynur İsgəndərli — Novruz gəldi — sözləri: Sevinc Nuriqızı
  • Abbas Bağırov "Mübarəkdir toyunuz" — sözləri Sevinc Nuruqızı.
  • Vüsalə Əsgər, Zaur Əmiraslanov "Sevgi valsı" — sözləri Sevinc Nuruqızı

Verilişlər

  • Bəstəkar Oqtay Rəcəbov haqqında film [ölü keçid]
  • Oqtay Rəcəbov və Əfsər Cavanşirov "Məktəblilərin musiqi klubu" verilişində (1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oqtay Rəcəbov haqqında məlumat. Oqtay Rəcəbov nədir? Oqtay Rəcəbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Telefoniya

  • Fevral 27, 2026

    Qasım Abdullayev

  • Fevral 27, 2026

    Qiyaslı (Ağdam)

  • Mart 01, 2026

    Mərkəzi Qazaxıstan

  • Fevral 27, 2026

    Linux nüvəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst