Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının x

Emin Sabitoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Emin Sabitoğlu

Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.

Emin Sabitoğlu
Ümumi məlumatlar
Doğum adı Emin Sabit oğlu Mahmudov
Doğum tarixi 2 noyabr 1937
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 noyabr 2000 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Xədicə Abbasova
Uşağı
  • Ceyran Mahmudova
Atası Sabit Rəhman
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
  • Moskva Dövlət Konservatoriyası,
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19861986 Ümumittifaq Lenin komsomolu mükafatı — 1968
"Şöhrət" ordeni — 19971997

Mündəricat

Həyatı

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961).

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Fəaliyyəti

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 iyun 1978[⇨]
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin bəstəkarlığına görə)[⇨]
  • Lenin komsomolu mükafatı — 1968
  • "Şöhrət" ordeni — 12 dekabr 1997
  • Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı — 2001

Xatirəsi

Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı)

5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

2022-ci ildə bəstəkarın 85 illik yubileyi Vyanada qeyd olunmuşdur.

Filmoqrafiya

Səs operatoru kimi

  • Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film)

Musiqi tərtibatçısı kimi

  • 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
  • Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film)
  • Paltar fabriki (film, 1962) (qısametrajlı sənədli film)
  • Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
  • Sabahın xeyir, Bakı! (film, 1964) (qısametrajlı sənədli film)
  • Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film)
  • Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film)
  • Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film)

Bəstəkar kimi

  • Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film)
  • Kür (film, 1963) (qısametrajlı sənədli film)
  • Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film)
  • Dağ meşəsindən keçərkən… (film, 1964) (qısametrajlı bədii film)
  • Dəniz (film, 1965) (qısametrajlı sənədli film)
  • Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
  • Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
  • Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film)
  • O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film)
  • Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film)
  • Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film)
  • Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film)
  • Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film)
  • Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film)
  • Sahil bağı (film, 1967) (qısametrajlı bədii film)
  • Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film)
  • Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film)
  • Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
  • Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film)
  • Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film)
  • Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
  • Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film)
  • Ad günü (film, 1977) (tammetrajlı bədii film)
  • Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
  • Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
  • Od içində (film, 1978) (tammetrajlı bədii film)
  • Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
  • İstintaq (film, 1979) (tammetrajlı bədii film)
  • Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
  • Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film)
  • Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası)
  • Park (film, 1983) (tammetrajlı bədii film)
  • Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
  • Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
  • Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
  • Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
  • Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası)
  • Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
  • Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
  • Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film)
  • Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
  • Təhminə (film, 1993) (tammetrajlı bədii film)
  • Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
  • Otel otağı (film, 1998) (tammetrajlı bədii film)

Əsərlərindən istifadə olunan filmlər

  • Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
  • Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti)
  • Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
  • De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film)
  • Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film)
  • Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
  • Dairə (film, 1989) (qısametrajlı bədii film)
  • Qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
  • Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
  • Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film)
  • Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
  • Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film)

İştirak etdiyi filmlər

  • Aktrisanın təbəssümü (film, 1974) (tammetrajlı bədii-sənədli film)
  • Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)

Aktyor kimi

  • Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
  • Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
  • Təhminə (film, 1993) (tammetrajlı bədii film)

Haqqında çəkilən film

  • Gün keçdi (film, 2012) (qısametrajlı sənədli film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emin Sabitoğlu haqqında məlumat. Emin Sabitoğlu nədir? Emin Sabitoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Quran

  • Fevral 23, 2026

    Termin

  • Fevral 23, 2026

    Moldova

  • Fevral 23, 2026

    Ameriqo Vespuççi

  • Fevral 23, 2026

    24 may

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst