Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan

Anar

  • Ana Səhifə
  • Vikipediya
  • Anar

Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının xalq yazıçısı

Anar
Anar Rəsul oğlu Rzayev
Azərbaycan Yazıçılar Birliyinin sədri
Vəzifədədir
1991-ci ildən
    Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi
    18 iyun 1987 – 1991
    Əvvəlkiİsmayıl Şıxlı
    Şəxsi məlumatlar
    Doğum tarixi 14 mart 1938(1938-03-14) (87 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Sovet İttifaqı Kommunist Partiyası (1967–1991)
    Təhsili
    • Azərbaycan Dövlət Universiteti (1955–1960)
    Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist, rejissor, siyasətçi, şair, dramaturq, tərcüməçi, hekayə yazıçısı[d]
    Atası Rəsul Rza
    Anası Nigar Rəfibəyli
    Həyat yoldaşı
    • Zemfira Səfərova
    Uşaqları Günel Anarqızı
    Tural Rzayev

    Təltifləri "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1976 Azərbaycan SSR Dövlət mükafatı — 19801980
    "İstiqlal" ordeni — 19981998 "Şərəf" ordeni — 20132013 "Şöhrət" ordeni — 20132013 1-ci dərəcəli "Əmək" ordeni — 20232023"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Dostluq" ordeni "Heydər Əliyev" mükafatı — 20112011
    Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 20102010 "Humay" mükafatı
    anar.az
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Ailəsi

    Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

    1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.

    Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

    1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

    Həyatı

    Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.

    Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.

    1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.

    Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

    Fəaliyyəti

    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

    Anar və Ziya Bünyadov

    1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikasının Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.

    1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.

    Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

    Mükafatları

    • Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR əməkdar incəsənət xadimi —
    • Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Dövlət mükafatı —
    • Azərbaycan Azərbaycan Respublikasının Xalq yazıçısı
    • Azərbaycan"İstiqlal" ordeni
    • Azərbaycan"Şöhrət" ordeni
    • Azərbaycan"Şərəf" ordeni
    • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
    • Azərbaycan "Heydər Əliyev Mükafatı"
    • Azərbaycan "Humay" mükafatı
    • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
    • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı
    • "Üzeyir Hacıbəyli" medalı
    • "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı
    • Azərbaycan "Əmək" ordeni
    • Özbəkistan "Dostluq" ordeni (2023)
    • Azərbaycan "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

    Əsərləri

    Povestləri

    • Ağ liman (1965)
    • Dantenin yubileyi
    • Macal
    • Dədə Qorqud
    • Əlaqə
    • Ömür yolu. Yaradıcılığı
    • Otel otağı

    Romanları

    • Beşmərtəbəli evin altıncı mərtəbəsi
    • Kərəm kimi (sənədli roman)
    • Söz dünyası (5 cilddə)

    Hekayələr və pyesləri

    • Sənin nəğmən yaxşıdır (pyes) (1952)
    • Keçən ilin son gecəsi (1960)
    • Bayram həsrətində (1958)
    • Asqılıqda işləyən qadının söhbəti (1959)
    • Sabah ayıq olacayıq (1959)
    • Yağışlı gecə (1960)
    • Taksi və vaxt (1961)
    • Vahimə
    • Əlifba (1967)
    • Yaxşı padşahın nağılı (1970)
    • Yağış kəsdi
    • Otel otağı
    • O gecənin səhəri
    • Mütləq görüşərik
    • Qırmızı "Limuzin"
    • Gürcü familyası (1967)
    • Sizi deyib gəlmişəm
    • Şəhərin yay günləri
    • Mən, sən, o və telefon (1967)
    • Sizsiz
    • Muhakkak görüşürüz — mütləq görüşərik
    • Ağ qoç, Qara qoç (2003)
    • Səhra yuxuları
    • Yaşamaq haqqı
    • Unudulmaz görüşlər
    • Qaragilə
    • Ləyaqət
    • Təhminənin son sirri (2021)

    Molla Nəsrəddin — 66

    • Zarafatsız
    • Məlumat
    • Gülməşəkər kəndinin sabahı
    • Zəncir
    • Rəng
    • Başımızın ağası
    • Əl əli yuyar və yaxud bozbaş dəstgahı
    • Sayların sərgüzəşti
    • Bir stəkan su
    • Maraqlı tədqiqat
    • Marallarım
    • Molla Nəsrəddin — 86

    "Molla Nəsrəddin" yüz on il sonra

    • "Molla Nəsrəddin" yüz on il sonra (2016)
    • Heç məni demirsən… (2015)
    • Futbol reportajı (2013)
    • Bir güllə bahar olmaz (2013)
    • Sürüş Suruş
    • Naqqal Nağı və Əzizənin ərizəsi
    • Burda… Orda… Burda…

    Tərcümələri

    Filmoqrafiya


    Filmin adı İl Ssenari müəllifi Əsər müəllifi Quruluşçu rejissor Aktyor İştirakçı Haqqında Filmin növü
    Dəniz 1965 ✅Y Qısametrajlı sənədli film
    Torpaq. Dəniz. Od. Səma 1967 ✅Y Tammetrajlı bədii film
    Qobustan 1967 ✅Y Qısametrajlı sənədli film
    Hər axşam on birdə 1968 ✅Y Tammetrajlı bədii film
    Bu, Səttar Bəhlulzadədir 1969 ✅Y Qısametrajlı sənədli televiziya filmi
    Gün keçdi 1971 ✅Y Tammetrajlı bədii film
    Nəsimi 1971 ✅Y Qısametrajlı sənədli film
    Gecə işıqları 1972 ✅Y ✅Y İki hissəli bədii film
    Yığıncaq 1972 ✅Y
    --> Xatirələr sahili 1972 ✅Y Tammetrajlı bədii film
    --> Var olun, qızlar… 1972 ✅Y Tammetrajlı bədii film
    --> Dədə Qorqud 1975 ✅Y Tammetrajlı bədii film
    Daş saat 1975 ✅Y qısametrajlı sənədli film
    Daşlar danışanda 1976 ✅Y Qısametrajlı sənədli film
    İşgüzar adamlar (film, 1977) 1977 ✅Y "Mozalan" süjeti
    Dantenin yubileyi 1978 ✅Y Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi 1978 ✅Y Tammetrajlı televiziya tamaşası
    Üzeyir ömrü 1981 ✅Y ✅Y Tammetrajlı bədii film
    Yeni Qədim Gəncə 1981 ✅Y Qısametrajlı sənədli film
    Evləri köndələn yar 1982 ✅Y Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi 1983 ✅Y Tammetrajlı bədii film
    Aşıqlar 1983 ✅Y Tammetrajlı sənədli film
    Daş saatın səsi 1985 ✅Y Qısametrajlı sənədli film
    Qəm pəncərəsi 1986 ✅Y ✅Y Tammetrajlı bədii film
    Bu, Mircavaddır 1987 ✅Y Qısametrajlı bədii televiziya filmi
    Gün keçdi 1971 ✅Y Tammetrajlı bədii film
    Nəsimi 1971 ✅Y Qısametrajlı sənədli film
    Gecə işıqları 1972 ✅Y ✅Y İki hissəli bədii film
    Yığıncaq 1972 ✅Y
    Xatirələr sahili 1972 ✅Y Tammetrajlı bədii film
    Var olun, qızlar… 1972 ✅Y Tammetrajlı bədii film
    Dədə Qorqud 1975 ✅Y Tammetrajlı bədii film
    Daşlar danışanda 1976 ✅Y Qısametrajlı sənədli film
    İşgüzar adamlar (film, 1977) 1977 ✅Y "Mozalan" süjeti
    1978 ✅Y Tammetrajlı bədii film
    1978 ✅Y Tammetrajlı televiziya tamaşası
    Üzeyir ömrü 1981 ✅Y ✅Y Tammetrajlı bədii film
    Ötən ilin son gecəsi 1983 ✅Y Tammetrajlı bədii film
    Qəm pəncərəsi 1986 ✅Y ✅Y Tammetrajlı bədii film

    Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər

    1. Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
    2. Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
    3. İmtahan (film, 1987) (ssenari müəllifi);
    4. Əlaqə (film, 1989) (ssenari müəllifi);
    5. Təhminə (film, 1993) (ssenari müəllifi);
    6. Otel otağı (film, 1998) (ssenari müəllifi);
    7. Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
    8. Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
    9. Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

    Əsərləri əsasında çəkilmiş bədii filmlər

    1. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
    2. Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
    3. Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);
    4. Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında).
    5. "Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren.
    6. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)

    Ssenariləri əsasında çəkilmiş sənədli filmlər

    1. Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
    2. Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).

    Ssenariləri əsasında çəkilmiş televiziya filmləri

    1. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
    2. Salur Qazanın evi talandığı boy (film, 2001)

    Ssenariləri əsasında çəkilmiş cizgi filmləri

    1. Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).

    İdeyası əsasında çəkilmiş filmlər

    1. Evləri göydələn yar (film, 2010) (ideya və süjet)

    Haqqında çəkilmiş sənədli filmlər

    1. Anarla üz-üzə (film, 1988) — (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
    2. Anarın anları (film, 2008) — Azərbaycan televiziyasında istehsal edilmiş tammetrajlı sənədli televiziya filmi. Rejissor: Ramiz Həsənoğlu.

    Maraqlı faktlar

    • Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
    • Kinoşünas Ayaz Salayevin iddiasına görə, rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anar haqqında məlumat. Anar nədir? Anar nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Şəkixanovların evi

    • Fevral 27, 2026

      Dərnəgül deposu

    • Fevral 24, 2026

      Din tarixi

    • Fevral 27, 2026

      Fəthilər

    • Fevral 27, 2026

      Ağamirzə Əhmədov

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst