Mirfaiq Miri oğlu Sücəddinov (14 iyun 1947, Kirovabad) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən).
| Faiq Sücəddinov | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum adı | Mirfaiq Miri oğlu Sücəddinov |
| Doğum tarixi | 14 iyun 1947 (78 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | bəstəkar |
| Musiqi aləti | piano |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır.
1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.
1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur.
1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.
Faiq Sücəddinov İkinci Qarabağ müharibəsi və Zəfər Günü mövzusunda "Zəfər" simfonik poeması, "Şuşa" oratoriyası və "Qarabağnamə" simfonik balladasının (2024) müəllifidir.
Mükafatları
2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Filmoqrafiya
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Bir anın həqiqəti (film, 2003)
- Bahar oğlu (film, 2004)
- Balqabaq (film, 2007)
- Qovğalı kəndinin gecələri (film, 2008)
- Dalan (film, 2012)
- Ömür payı. Səməndər Rzayev (film, 2015)
- Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Faiq Sücəddinov haqqında məlumat. Faiq Sücəddinov nədir? Faiq Sücəddinov nə deməkdir?