Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubay əmirliyinin inzibati mərkəzi.

Dubay

  • Ana Səhifə
  • Vikipediya
  • Dubay

Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubay əmirliyinin inzibati mərkəzi.

Dubay
دبيّ
Bayraq Gerb
Bayraq Gerb
25°16′11″ şm. e. 55°18′34″ ş. u.HGYO
Ölkə
  •  BƏƏ
Başçı Məhəmməd ibn Rəşid əl-Məktum
Tarixi və coğrafiyası
Əsası qoyulub 9 iyun 1833
Sahəsi
  • 35 km²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.944.751 nəf. (2025)
Rəsmi dili
  • ərəb dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +971  04
Digər
dm.gov.ae
Dubay xəritədə
Dubay
Dubay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir.

Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.

Tarixi mənbələrdə qeyd olunur ki, 1940-cı ilə qədər Dubay çox da böyük olmayan bir yaşayış məntəqəsi olub. Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər, lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.

Bütün bu illər ərzində əmirliklər arasında sərhəd mübahisələri davam edirdi. Hətta Birləşmiş Ərəb Əmirlikləri yaranandan sonra belə, bu mübahisələr qalmaqda idi.

Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılmışdır. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968–73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdır.

1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (Şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.

Coğrafiya

Fars körfəzi sahillərində yerləşir.

İqlim

Dubay Yaxın-Şərqin ən isti şəhərlərindən biridir. Bu şəhərə nadir hallarda yağış və ya qar yağır. Bu şəhərdə demək olar ki, həmişə temperatur +20 dərəcədən çox olur.

Şəhər rayonları

Şəhərin əsas rayonları

  • Bur Dubay — tarix mərkəzi;
  • Qardens — yataq sahəsi;
  • Dountoun Dubay — inşa olunan biznes rayonu;
  • Cumeyra — dənizkənarı yaşayış sahəsi;
  • Dubay Marina — şəhərin qərbində süni Körfəz ətrafında perspektivli yeni yaşayış sahəsi.

İqtisadiyyat

Dubay — Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzidir. Şəhərin inkişaf tempi Şanxayla müqayisə edilir.

Bürc Xəlifə göydəlnindən görünütü

Nəqliyyat

Şəhərdə iki dəniz limanı, bir neçə avtobus terminalları, iki böyük beynəlxalq hava limanı və geniş avtobus şəbəkəsi var. 2009-cu ilin Sentyabrın 9 Dubay Metropoliteni açıldıb. 2012-ci ildən su tramvayı fəaliyyət göstərir.

Görməli yerləri

Dubayın panoraması
  • Bürc Xəlifə — stalaqmitə bənzər göydələn. 2008-ci ildən dünyada mövcud olan ən yüksək bina. Göydələn rəsmi olaraq 4 yanvar 2010-cu il tarixində açılıb. Onun hündürlüyü 828 metr, 163 mərtəbədir.
  • Bürc Əl Ərəb — yelkənlər formasında, dünyanın ən lüks mehmanxanalarından biri .
  • Dubay Fəvvarəsi[ing.] — Bürc Xəlifə yanında yerləşən musiqili fəvvarə. Dünyanın ən böyük və ən yüksək fəvvarələrindən biri. Hündürlüyü 150 metrə qədər çatır.
  • Dünya adaları — Birləşmiş Ərəb Əmirlikləri sahillərində tikilən Yer kürəsi qitələri şəklində arxipelaq.
  • "Dubayın gözü"[ing.] — Dünyanın ən böyük panorama çarxı.

Qardaş şəhərlər

Dubayla qardaşlaşan şəhərlər bunlardır:

  • İordaniya Amman
  • İraq Bağdad
  • İspaniya Barselona
  • Livan Beyrut
  • Avstraliya Brisben
  • Venesuela Karakas
  • ABŞ Detroyt
  • Şotlandiya Dandi
  • İsveçrə Cenevrə
  • Dominikan Respublikası Santo-Dominqo
  • İtaliya Milan
  • İspaniya Qranada
  • Çin Quançjou
  • Türkiyə İstanbul
  • Səudiyyə Ərəbistanı Ciddə
  • Əfqanıstan Kabul
  • Pakistan Kəraçi
  • Sudan Xartum
  • İran Kiş Adası
  • Küveyt Küveyt
  • ABŞ Los-Anceles
  • Fransa Lion
  • Rusiya Moskva
  • Kolumbiya Medellin
  • Yaponiya Osaka
  • Braziliya Rio de Janeyro
  • Hindistan Heydərabad
  • ABŞ Finiks
  • Puerto-Riko San Xuan (Puerto-Riko)
  • Çin Harbin
  • Rusiya Sankt-Peterburq
  • İran Tehran
  • Liviya Tripoli
  • Slovakiya Nove Mesto nad Vahom
  • Kolumbiya Boqota
  • Cənubi Koreya Busan

Həmçinin bax

  • Dubay Muzeyi
  • Dubay Möcüzə bağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dubay haqqında məlumat. Dubay nədir? Dubay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 15, 2026

    Kipr

  • Fevral 27, 2026

    Misfits

  • Fevral 27, 2026

    Karbon qazı

  • Fevral 27, 2026

    Gilançay

  • Fevral 14, 2026

    Dmitri Mendeleyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst