Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dmitri İvanoviç Mendeleyev (27 yanvar (8 fevral) 1834[…], Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[…] – 20 yanvar (2 fevral) 1907[…], Sankt-Peterburq,

Dmitri Mendeleyev

  • Ana Səhifə
  • Vikipediya
  • Dmitri Mendeleyev

Dmitri İvanoviç Mendeleyev (27 yanvar (8 fevral) 1834[…], Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[…] – 20 yanvar (2 fevral) 1907[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[…]) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı.

Dmitri Mendeleyev
rus. Дмитрий Иванович Менделеев
Doğum adı Дмитрій Ивановичъ Менделѣевъ
Doğum tarixi 27 yanvar (8 fevral) 1834(1834-02-08)[…]
Doğum yeri
  • Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat tarixi 20 yanvar (2 fevral) 1907(1907-02-02)[…] (72 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Literatorski mostki[d]
Həyat yoldaşları
  • Anna İvanova Popova[d] (1882–?),
  • Feozva Nikitiçna Leçeva[d] (1862–1882)
Uşaqları
  • Vladimir Mendeleyev[d],
  • Lyubov Blok,
  • Vasili Mendeleyev[d]
Atası İvan Pavloviç Mendeleyev[d]
Elm sahələri kimya, fizika, iqtisadiyyat, geologiya, metrologiya, Kimyəvi element, kimyəvi elementlərin dövri cədvəli
Elmi dərəcələri
  • doktor (1865)
İş yerləri
  • Sankt-Peterburq İmperator Universiteti[d] (1857–1890),
  • Reşelev liseyi[d] (1855–1856),
  • Sankt-Peterburq Texnologiya İnstitutu[d] (1863–1872),
  • Sankt-Peterburq Dövlət Universiteti
Təhsili
  • Baş Pedoqoji İnstitutu[d] (1850–1855),
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d]
Elmi rəhbəri Aleksandr Abramoviç Voskresenski
Tanınmış yetirmələri Sergey Prokudin-Qorski
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1892),
  • Prussiya Elmlər Akademiyası[d] (1900),
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d] (1904),
  • İsveç Kral Elmlər Akademiyası (1905),
  • Göttingen Elmlər Akademiyası[d],
  • Peterburq Elmlər Akademiyası (1876),
  • Macarıstan Elmlər Akademiyası (1900),
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1889),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d],
  • ABŞ Milli Elmlər Akademiyası (1903),
  • Turin Elmlər Akademiyası[d] (1893),
  • Dei Linçei Akademiyası (1893)
Mükafatları 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni Knight of the Order of St. Alexander Nevsky Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
Demidov mükafatı — 1862 "Kopli" medalı — 1905
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dmitri Mendeleyev 1834-cü ildə Tobolskda anadan olmuşdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı:

" Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi. "

Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.

Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9%-i kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D. Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: "Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm".

D. Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta "Qolos" qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi.

Elmi fəaliyyəti

Məşhur kimyaçı M. Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir; birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868–1871) — Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".

D. Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.

Mendeleyev 1854–1856-cı illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf etmişdir.

1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir.

16 dekabr 1860-cı ildə o yazırdı: "…mənim fəaliyyətimin əsas predmeti fiziki kimyadır".

D. İ. Mendeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir.

1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsilə mayenin qatılığını müəyyənləşdirmək mümkün olur. 1865–1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayır. Həmçinin, dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürür.

Qaz mühitünü tədqiq edərək, Mendeleyev 1874-cü ildə ideal qazın ümumi tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı.

1877-ci ildə Mendeleyev neftin ağır led zeppelin yaranması nəzəriyyəsini irəli sürür. Ancaq bu ideya hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli sürür. O, Rusiyanın Sankt-Peterburq şəhərində 20 yanvar 1907-ci ildə 72 yaşında vəfat etmişdir. Vəfatından sonra da dövri cədvəl dəyişməz halda bu dövrə gəlib çatmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dmitri Mendeleyev haqqında məlumat. Dmitri Mendeleyev nədir? Dmitri Mendeleyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hind-ari dilləri

  • Fevral 24, 2026

    14 mart

  • Fevral 23, 2026

    Düz xətt

  • Fevral 23, 2026

    Şan

  • Fevral 17, 2026

    Frityof Nansen

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst