Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və

Amman

  • Ana Səhifə
  • Vikipediya
  • Amman

Amman (ərəb. عمان‎) — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi.

Şəhər
Amman
عَمَّان
Bayraq[d]
Bayraq[d]
31°57′ şm. e. 35°56′ ş. u.HGYO
Ölkə
  •  İordaniya
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.680 km²
Mərkəzin hündürlüyü 776 m
Saat qurşağı
  • Şərqi Avropa vaxtı[d]
Əhalisi
Əhalisi
  • 4.007.526 nəf. (2015)
Rəsmi dili
  • ərəb dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 11110–17198
Digər
ammancity.gov.jo
Xəritəni göstər/gizlə
Amman xəritədə
Amman
Amman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amman adı eramızdan əvvəl X əsrdə İordan çayının şərq sahilində yaşayan Əmmun xalqından gəlir.

Mündəricat

Tarixi

Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur. Müasir şəhər Roma tikililərinin qalıqlarını (teatr, forum, odeon, nimfeya) əhatə edən təpələrdə yerləşir. Qala yerləşən təpədə bir neçə sərdaba, divar fraqmenti (e.ə. 9-cu və ya 8-ci əsr), Herkules məbədinin (2-ci əsr), Bizans bazilikasının, Basman və Raqdan saraylarının (19-cu əsr) xarabalıqları, həmçinin əl-Hüseyn məscidi (1924), Kral Abdullahın mavzoleyi (1952) saxlanılmışdır.

Ümumi məlumat

Beynəlxalq aeroportu, nəqliyyat qovşağı var. Şəhər ölkənin mühüm ticarət, sənaye, elm və mədəniyyət mərkəzidir. Neft emalı, yeyinti sənayesi, toxuculuq, tütün, elektronika, gön-dəri, sement, metal emalı, inşaat materialları istehsalı müəssisələri, istilik-elektrik stansiyaları, İslam Sivilizasiyası Tədqiqatı Kral Akademiyası (1980), İslam EA (1986), İordaniya Universiteti (1962), Açıq Universitet (1985), Britaniya Şurası kitabxanası (1950), kütləvi (1958) və universitet kitabxanaları, arxeologiya muzeyi (1951), İslam muzeyi, Xalq sənəti və geyim (1972) muzeyi, mozaika qalereyası (1972) var. Turizm inkişaf etmişdir.

Qardaş şəhərlər

  • Oman Maskat, Oman (1986)
  • Azərbaycan Bakı, Azərbaycan
  • Səudiyyə Ərəbistanı Ciddə, Səudiyyə Ərəbistanı (1988)
  • Misir Qahirə, Misir (1988)
  • Mərakeş Rabat, Mərakeş (1988)
  • Pakistan İslamabad, Pakistan (1989)
  • İraq Bağdad, İraq (1989)
  • Yəmən Sana, Yəmən (1989)
  • Çin Pekin, Çin (1990)
  • Türkiyə Ankara, Türkiyə (1992)
  • Sudan Xartum, Sudan (1993)
  • Rusiya Nalçik, Rusiya (1994)
  • ABŞ Mayami, ABŞ (1995)
  • Qətər Doxa, Qətər (1995)
  • Türkiyə Ankara, Türkiyə (1997)
  • Braziliya San-Paulo, Braziliya, (1997)
  • Əlcəzair Əlcəzair, Əlcəzair (1998)
  • Rumıniya Buxarest, Rumıniya (1999)
  • Mavritaniya Nuakşot, Mavritaniya (1999)
  • Tunis Tunis, Tunis (1999)
  • Bolqarıstan Sofiya, Bolqarıstan (2000)
  • Livan Beyrut, Livan (2000)
  • Cənubi Afrika Respublikası Pretoriya, Cənubi Afrika Respublikası (2002)
  • Honduras Tequsiqalpa, Honduras (2002)
  • ABŞ Çikaqo, ABŞ (2004)
  • İsveçrə Cenevrə, İsveçrə (2005)
  • İtaliya Milan, İtaliya (2005)
  • İtaliya Kaıabriya, İtaliya (2005)
  • Bosniya və Herseqovina Sarayevo, Bosniya və Herseqovina (2005)
  • Rusiya Moskva, Rusiya (2005)
  • Bəhreyn , Bəhreyn (2006)
  • Qırğızıstan Bişkek, Qırğızıstan (2006)

Həmçinin bax

  • İordaniya
  • İordaniya Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amman haqqında məlumat. Amman nədir? Amman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Vərəm

  • Fevral 23, 2026

    UTC−06:00

  • Fevral 10, 2026

    Qum

  • Fevral 23, 2026

    Madjenta (rəng)

  • Fevral 23, 2026

    6 fevral

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst