Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkin

İngilis dili

  • Ana Səhifə
  • Vikipediya
  • İngilis dili

İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022).[96]

İngilis dili
Orijinal adı English[1]
Ölkələr
  •  Amerika Samoası[2]
  •  Angilya[3]
  •  Antiqua və Barbuda[4]
  •  Aruba[5]
  •  Avstraliya[6]
  •  Baham adaları[7]
  •  Bəhreyn[8]
  •  Barbados[9]
  •  Beliz[10]
  •  Bermud adaları[11]
  •  Butan[12]
  •  Botsvana[13]
  •  Britaniya Hind okeanı əraziləri[14]
  •  Britaniya Virgin adaları[15]
  •  Bruney[16]
  •  Kamboca[17]
  •  Kamerun[18]
  •  Kanada[19]
  •  Kayman adaları[20]
  •  Kuk adaları[21]
  •  Dominika[22]
  •  Eritreya[23]
  •  Efiopiya[24]
  •  Folklend adaları[25]
  •  Fici[26]
  •  Qambiya[27]
  •  Qana[28]
  •  Cəbəllüttariq[29]
  •  Qrenada[30]
  •  ABŞ[31]
  •  Gernsi[32]
  •  Qayana[33]
  •  Hindistan[34]
  •  İrlandiya[35]
  •  Men adası[36]
  •  İsrail[37]
  •  Yamayka[38]
  •  Cersi[39]
  •  Keniya[40]
  •  Kiribati[41]
  •  Livan[42]
  •  Lesoto[43]
  •  Liberiya[44]
  •  Madaqaskar[45]
  •  Malavi[46]
  •  Malayziya[47]
  •  Maldiv adaları[48]
  •  Malta[49]
  •  Marşall adaları[50]
  •  Mavriki[51]
  •  Mikroneziya[52]
  •  Montserrat[53]
  •  Namibiya[54]
  •  Nauru[55]
  •  Yeni Zelandiya[56]
  •  Nigeriya[57]
  •  Niue[58]
  •  Oman[59]
  •  Pakistan[60]
  •  Palau[61]
  •  Papua-Yeni Qvineya[62]
  •  Filippin[63]
  •  Pitkern adaları[64]
  •  Ruanda[65]
  •  Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları
  •  Sent-Kits və Nevis[66]
  •  Sent-Lüsiya[67]
  •  Sent Martin[68]
  •  Sent-Vinsent və Qrenadina[69]
  •  Samoa[70]
  •  Seyşel adaları[71]
  •  Syerra-Leone[72]
  •  Sinqapur[73]
  •  Sint-Marten[74]
  •  Solomon adaları[75]
  •  CAR[76]
  •  Cənubi Sudan[77]
  •  Şri-Lanka[78]
  •  Sudan[79]
  •  Esvatini[80]
  •  Tanzaniya[81]
  •  Tokelau[82]
  •  Tonqa[83]
  •  Trinidad və Tobaqo[84]
  •  Törks və Kaykos[85]
  •  Tuvalu[86]
  •  Amerika Virgin adaları[87]
  •  Uqanda[88]
  •  BƏƏ[89]
  •  Birləşmiş Krallıq[90]
  •  Vanuatu[91]
  •  Zambiya[92]
  •  Zimbabve[93]
  •  İndoneziya[94]
Danışanların ümumi sayı
  • 753.359.540 nəf. (2019)[95]
Təsnifatı
Avrasiya dilləri
Hind-Avropa dilləri
German dilləri
Qərbi german dilləri[vd]
Anqlo-friz dilləri
İngilis dilləri[vd]
ingilis dili
Dil kodları
QOST 7.75–97 анг 045
ISO 639-1 en
ISO 639-2 eng
ISO 639-3 eng
Dilin strukturlarının dünya atlası eng
Ethnologue eng
Linguasphere 52-ABA
ABS ASCL 1201, 12
IETF en
Glottolog stan1293
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvəllərində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur[97]. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

Mündəricat

Əlifba

İngilis əlifbasında 26 hərf, 44 səs var.

HərfHərfin adının tələffüzü (IPA)Hərfin adının tələffüzü (azərbaycanca)
Aa[eɪ]ey
Bb[biː]bi
Cc[siː]si
Dd[diː]di
Ee[iː]i
Ff[ɛf]ef
Gg[dʒiː]ci
Hh[eɪtʃ]eyç
Ii[aɪ]ay
Jj[dʒeɪ]cey
Kk[keɪ]key
Ll[ɛl]el
Mm[ɛm]em
Nn[ɛn]en
Oo[əʊ]ou
Pp[piː]pi
Qq[kjuː]kyu
Rr[ɑː] və ya [ɑɹ]ar
Ss[ɛs]es
Tt[tiː]ti
Uu[juː]yu
Vv[viː]vi
Ww[ˈdʌb(ə)l juː]dabl-yu
Xx[ɛks]eks
Yy[waɪ]uay (təxminən)
Zz[zɛd] və ya [ziː]zed (zee)

Sözlərin uzunluğu

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.

Dil tarixi[98]

Kökləri, 5-ci əsrdə yaşayan alman tayfalarına qədər uzanan ingilis dili dinamik təkamül yaşayıb.

Eramızın 450-ci ildən 1150-ci ilinə qədər danışılan köhnə ingilis dili, dilin linqvistik bazasını təşkil etmişdir. Vikinq işğalları zamanı qədim skandinav dilinən təsirlənib, həmçinin 1066-cı ildə Normanların fəthi dilə fransız lüğətini aşılayıb və orta ingilis dilinin yaranmasına səbəb olub. 15–17-ci əsrlərdəki İntibah Dövrü və Böyük Saitlərin Dəyişməsi prosesi bir çox dəyişikliklər gətirib. Müasir ingilis dili isə 18-ci əsrdə yaranıb, Sənaye inqilabı və Britaniya İmperiyasının genişlənməsi amillərilə formalaşmışdır.

Bu gün ingilis dili regional nüansları əks etdirən variasiyaları ilə qlobal bir dildir. Köhnə ingilis dilinin müasir ingilis dilinə təkamülü, sosial və mədəni dəyişiklikləri özündə əks etdirir.

Dialektləri

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-də dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

Dünyada yayılması

 İngilis dili və ya İngilis kreolu dili ana dili olduğu yerlər İngilis dili ana dili olmadığı halda ən çox danışılan ölkələr
Ölkə İngilis dili ana dili olanların sayı
ABŞ ABŞ214.809.000[99]
 Böyük Britaniya58.200.000[100]
Kanada Kanada17.694.830[101]
Avstraliya Avstraliya15.581.334[102]
İrlandiya İrlandiya4.200.000+[100]
Cənubi Afrika Respublikası CAR3.673.203[103]
Yeni Zelandiya Yeni Zelandiya3.500.000+[104]
Sinqapur Sinqapur665.087[105]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İngilis dili haqqında məlumat. İngilis dili nədir? İngilis dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Fayl:Caucasus.A2001306.0815.250m.jpg

  • Fevral 10, 2026

    Unitar dövlət

  • Fevral 11, 2026

    İngilis dili

  • Fevral 10, 2026

    Kola yarımadası

  • Fevral 12, 2026

    Valyuta işarələri

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst