Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesabl

Xartum

  • Ana Səhifə
  • Vikipediya
  • Xartum

Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir.

Paytaxt
Xartum
الخرطوم
Gerb
Gerb
15°36′11″ şm. e. 32°31′35″ ş. u.HGYO
Ölkə
  •  Sudan
Tarixi və coğrafiyası
Sahəsi
  • 30.000 km²
Mərkəzin hündürlüyü 382 m
Saat qurşağı
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 5.345.000 nəf. (2018)
Rəsmi dili
  • ərəb dili,
  • ingilis dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 11110–11119
Xəritəni göstər/gizlə
Xartum xəritədə
Xartum
Xartum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur.

Mündəricat

Ümumi məlumat

Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür. Omdurman — Sudan paytaxtının ən qaynar hissəsisidir. Burada ərəb üslubunda — dar küçələr və çoxlu kiçik mağazalar və sənətkar emalatxanaları ilə əhatə olunmuş yaşayış və inzibati binalar tikilmişdir. Xartum şəhərində bir neçə ali məktəb — universitet, texniki və pedaqoji institutlar, Qahirə Universitetinin filialı yerləşir.

Etimologiya

Şəhərin adının mənası ilə bağlı 2 versiya mövcuddur. Bunlardan birinə görə "xartum" sözü fil xortumunun adından yaranmışdır və Mavi və Ağ Nil çayları arasındakı dar, uzun quru sahəsini ifadə etmək üçün işlənmişdir. 1863-cü ildə Xartuma gələn kapitan C.A.Qrantın fikrincə isə bu ad əsasən Misirdə yetişdirilən və zəfəran bitkisinin bir növü olan gartun (lat. Carthamus tinctorius) bitkisinin adından götürülmüşdür.

Qardaşlaşmış şəhərlər

  • İordaniya İordaniya, Amman
  • Misir Misir, Qahirə
  • Türkiyə Türkiyə, İstanbul
  • Türkiyə Türkiyə, Ankara
  • Rusiya Rusiya, Sankt-Peterburq (2002)
  • Çin ÇXR, Vuhan
  • Eritreya Eritreya, Əsməra
  • Efiopiya Efiopiya, Əddis-Əbəbə
  • Sudan Sudan, Omdurman
  • Braziliya Braziliya, Brazilia
  • Somali Somali, Hargiza
  • Birləşmiş Ərəb Əmirlikləri BƏƏ, Dubay (2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xartum haqqında məlumat. Xartum nədir? Xartum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Vikipediya

  • Fevral 23, 2026

    Ana səhifə

  • Fevral 23, 2026

    Çiçək

  • Fevral 23, 2026

    Nəzəri fizika

  • Fevral 23, 2026

    26 oktyabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst