Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ) — Küveyt dövlətinin paytaxtı.
| Küveyt | |||
|---|---|---|---|
| الكويت | |||
| |||
| |||
| 29°22′30″ şm. e. 47°58′48″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1752 | ||
| Mərkəzin hündürlüyü | 16 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
![]() Küveyt | |||
Tarixi
Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.
Əhalisi
Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur.
Coğrafiyası
Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır.
Sənayesi
Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır. Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.
Nəqliyyat
Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat qovşağıdır. Şəhərdə Beynəlxalq Küveyt aeroportu yerləşir.
İctimai və mədəni həyat
Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi, KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.
Həmçinin bax
- Küveyt iqtisadiyyatı
- Küveytdə təhsil
- Küveyt coğrafiyası
- Küveytdə nəqliyyat
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Küveyt (şəhər) haqqında məlumat. Küveyt (şəhər) nədir? Küveyt (şəhər) nə deməkdir?


