Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi.

Corctaun (Malayziya)

  • Ana Səhifə
  • Vikipediya
  • Corctaun (Malayziya)
Bu məqalə Corctaun haqqındadır. Digər mənalar üçün Corctaun (dəqiqləşdirmə) səhifəsinə baxın.

Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi.

Corctaun
George Town
乔治市
ஜோர்ஜ் டவுன்
Bayraq Gerb
Bayraq Gerb
5°24′52″ şm. e. 100°19′45″ ş. u.HGYO
Ölkə
  •  Malayziya
Tarixi və coğrafiyası
Əsası qoyulub 11 avqust 1786
Sahəsi
  • 305,77 km²
  • 109,38 ha
  • 150,04 ha
Mərkəzin hündürlüyü 4 m
Saat qurşağı
  • UTC+08:00
Əhalisi
Əhalisi
  • 794.313 nəf. (2020)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 100xx hingga 108xx111xx hingga 118xx
Nəqliyyat kodu P
Digər
mbpp.gov.my
Xəritəni göstər/gizlə
Corctaun xəritədə
Corctaun
Corctaun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri).

Coğrafiyası

Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).

Tarixi

1820-ci ilədək İngiltərə kralı III Georqun şərəfinə Fort-Kornuollis adlanırdı. 1957-ci ilədək Britaniyanın Streyts-Setlments koloniyasının tərkibində idi; 20-ci əsrin ortalarınadək dəniz daşımalarının yük boşaltma bazası, kauçuk və qalay ixracatı məntəqəsi idi. Elektron sənayesinin inkişafı ilə əlaqədar 1980-ci illərdən şəhərin iqtisadi yüksəlişi başladı. 20-ci əsrin onlarınadək Corctaun dünyada ən böyük qalay əridilməsi mərkəzlərindən biri idi (Corctaunda iri qalayəritmə zavodu 1998-ci ildə bağlanmışdır).

Memarlığı

Pinanq adasının cənub qurtaracağında yerləşən Corctaunun mərkəzi hissəsində “Komtar” göydələni (232 m) və başqa çoxmərtəbəli ofis binaları var. Kornuollis Britaniya fortu (1793, 1810-ci ildə yenidən tikilmişdir), Müqəddəs Georgi kilsəsi (1818), Ali məhkəmənin binası (1903), həmçinin Kuan-İn Çin məbədi (1801), Kapitan Kelinq məscidi (19-cu əsrin əvvəli), 33 m-lik Budda heykəli olan Vat-Çayya-Manqkalaram Budda məbədi Corctaunun memarlıq abi dələrindəndir. Pinanq dövlət muzeyi (1963). Malayziya Elm Universiteti (1969, ölkənin ən iri ali məktəblərindən biri, Corctaunun Minden şəhərətrafındadır) var. Üç dəfə Malayziya çempionu (1982–2001) olmuş “Pinanq” futbol klubu “Pinanq” stadionunda (20 min yer) çıxış edir.

Sənayesi

Pinanq aqlomerasiyası əhəmiyyətinə görə Kuala-Lumpur aqlomerasiyasından sonra Malayziyanın ikinci iqtisadi mərkəzi, ölkənin ən mühüm regional inkişaf qütblərindən biridir. İşləyən əhalinin ½-indən çoxu sənayedə çalışır. Cənub-Şərqi Asiyanın elektron sənayesinin iri mərkəzi, “Silikon ada” adlanan azad iqtisadi zonanın və Qərbi Malayziyanın yüksək texnologiyaların inkişafı rayonunun təşkilati mərkəzidir.

Sənaye müəssisələri (Amerika TMK-ları – AMD, “Dell”, “Agilent”, “Osram”, “Motorola”, Yaponiya TMK-ları – “Matsushita Electric”, “Sony”, “Canon” və s.-ə məxsusdur), əsasən, Corctaunun şəhərətrafında yerləşir: yarımke çiricilər, müxtəlif növ elektron avadanlığı və aparatlar, o cümlədən kompyuterin periferiya qurğuları, video və audiotexnika, foto və videokameralar, həmçinin saat, kondisioner və s. istehsal edilir.

Qara metallurgiya “Malayawata Steel” (ildə 0,8 mln. t polad) və “Tata Steel” (ildə 1,3 mln. t polad) şirkətlərinin zavodları, boru prokatı zavodu   (ildə 36 min t) ilə təmsil olunur. “Malaysia Smelting” şirkətinin qalayəritmə zavodu (Batteruertdə, ildə təqribən 40 min t qalay) fəaliyyət göstərir. Avtomobil mühərrikləri (ildə 120 min) istehsal edilir. Sənayenin kauçuk, toxuculuq, yeyinti (yağ, meyvə-tərəvəz konservləri) sahələri inkişaf etmişdir. İES (450 MVt) var.

Turizm, istirahət və su idmanı növləri mərkəzidir (Corctaundan şimalda Ferringi-Biç dəniz çimərliyi). Hər il beynəlxalq qayıq yarışları keçirilir. Malayziyada ən böyük Budda məbədi Kek-Lok-Sı, ilanlar məbədi (Lacivərd bulud məbədi), Botanika bağı, dünyada kəpənək yetişdirən ən böyük fermalardan biri Corctaunun yaxınlığında yerləşir.

Qalereya

  • Pinanq şəhər ali məhkəməsi
    Pinanq şəhər ali məhkəməsi
  • Şəhərin taxiri hissəsi 2008-ci ildə Yunesko Dünya İrsi
    Şəhərin taxiri hissəsi 2008-ci ildə Yunesko Dünya İrsi
  • Pinanq adası
    Pinanq adası
  • Şəhər avtobusu
    Şəhər avtobusu
  • Pinanq şəhər zalı
    Pinanq şəhər zalı
  • Pinanq şəhər assambleya binası
    Pinanq şəhər assambleya binası

Şəhər landşaftı

Corctaun şəhərinin Yelutonqdan görünən şəhər mənzərəsi
Corctaun şəhərinin Yelutonqdan görünən panoraması

Həmçinin bax

  • Malayziya
  • Pinanq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Corctaun (Malayziya) haqqında məlumat. Corctaun (Malayziya) nədir? Corctaun (Malayziya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mətnşünaslıq

  • Fevral 27, 2026

    Malus

  • Fevral 27, 2026

    İnnovasiya

  • Fevral 27, 2026

    E.ə. 390

  • Fevral 27, 2026

    Livlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst