Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara metallurgiya — metallurgiya sənayesinin iki əsas sahəsindən biri olub, qara və əlvan metallurgiya istiqamətlərinə bölünür. Bu sahədə əsas rolu qara metallu

Qara metallurgiya

  • Ana Səhifə
  • Vikipediya
  • Qara metallurgiya

Qara metallurgiya — metallurgiya sənayesinin iki əsas sahəsindən biri olub, qara və əlvan metallurgiya istiqamətlərinə bölünür. Bu sahədə əsas rolu qara metallurgiya oynayır. Qara metallurgiya material tutumlu sahə olduğundan, adətən xammal və yanacaq mənbələrinə yaxın ərazilərdə yerləşdirilir.

Tam dövriyyəli qara metallurgiya sənayesində istehsal prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

Dəmir filizinin çıxarılması → onun saflaşdırılması → çuqunun əldə edilməsi → poladın istehsalı → prokat məhsullarının hazırlanması.

2013-cü ilin I rübündə Azərbaycanda metallurgiya sənayesinin istehsal həcmi 68 milyon manat təşkil etmiş, bu da əvvəlki dövrlə müqayisədə 1,3% artım deməkdir. Lakin hazır metal məmulatlarının istehsalında (18,1 milyon manat) 49,2% azalma qeydə alınmışdır.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda qara metallurgiya məhsullarının istehsalında vergidən yayınma halları mövcuddur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ilin yanvar-mart aylarında ölkədə tikinti armaturlarının istehsal həcmi 57,6 min ton təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,9% çoxdur.

Bəzi iqtisadçılar hesab edirlər ki, qara metallurgiya gizli iqtisadiyyatın “qaranlıq” proseslərinin cərəyan etdiyi sahələrdən biridir. İqtisadçı-sahibkar Nazim Məmmədov "Turan" agentliyə verdiyi açıqlamada bildirmişdir ki, hesabatdan kənar məhsulların satış bazası əsasən Dərnəgül ərazisində cəmlənmişdir və bu məhsullar yalançı müəssisələrin adı altında satılır. Hazırda armatur bazarına əsas nəzarət “Baku Steel Company”şirkətinə məxsusdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda polad istehsalının ən yüksək göstəricisi 2007-ci ildə qeydə alınmış və bu göstərici 468 min ton olmuşdur. 2009-cu ildə bu rəqəm 150 min tonadək azalmış, 2010-cu ildə isə ikiqat artaraq, 2011-ci ildə 380 min tona çatmışdır. “Baku Steel Company” bildirir ki, illik istehsal gücü 770 min ton təşkil edir. Şirkət praktik olaraq ölkədəki bütün qara metal qırıntılarını, batmış gəmiləri və sökülən sənaye müəssisələrini alaraq emal edir.

Bundan başqa, 2012-ci ildə Gömrük Komitəsinin məlumatına əsasən, ölkəyə 100 min ton qara metal qırıntısı idxal edilmişdir. 2011-ci ildə 48,3 milyon ABŞ dolları dəyərində 149 min ton armatur alınmış, bu da 2010-cu il ilə müqayisədə dörd dəfə çox olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara metallurgiya haqqında məlumat. Qara metallurgiya nədir? Qara metallurgiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qusar

  • Fevral 24, 2026

    Aristotel

  • Fevral 24, 2026

    Prusiya

  • Fevral 23, 2026

    Banqladeş

  • Fevral 23, 2026

    Berlin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst