Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kondinsioner sabit otaq iqliminin yaradılması və saxlanması üçün qurulan məişət texnikasıdır. Onların aşağıdakı hallarda tətbiqi məqsədəuyğun sayılır:

Kondisioner

  • Ana Səhifə
  • Vikipediya
  • Kondisioner

Kondinsioner sabit otaq iqliminin yaradılması və saxlanması üçün qurulan məişət texnikasıdır. Onların aşağıdakı hallarda tətbiqi məqsədəuyğun sayılır:

  • verilmiş normativ əsasında ətraf mühitin əgər sadə yollarla yaradılması mümkün deyilsə,
  • bina daxilində hər hansı bir vaxt müddətində süni iqlimin yaradılması,
  • istehsalatda havada optimal higiena şəraitinin yaradılması,
  • ictimai və məişət binalarında optimal hava şəraitinin yaradılması.
Kondisioner
Kondinsionerlərdə tətbiq olunan soyuma sistemi:
1) Kondensator
2) Genişleme vannası
3) Buxarlandırıcı
4)Qaz kompressoru

İnsanlar üçün optimal hava 22 °C və təxminən 50 % rütubətlikdə mövcuddur. İnsanlar yaşayan binalarda kondinsionerlərin tətbiqi üçün maşın və avadanlıqların yerləşdirilməsi üçün şərait yaradılmalıdır.

Mündəricat

İşləmə prinsipi

Kondinsionerin işləmə prinsipi soyuducunun işləmə prinsipi ilə eynidir. Onun tsikli 4 mərhələdən ibarətdir:

  • 1. Soyuducu maddə qapalı kontur daxilində hərəkət edir. Birinci mərhələdə o kompressor tərəfindən sıxılır. Onun temperaturu və təzyiqi artır.
  • 2. Qızmış soyuducu maddə kondensatora daxil olur və orada o yüksək təzyiq altında mayeyə çevrilir. Ayrılan istilik kondinsionerin ventilyatoru vasitəsilə ətrafa ötürülür.
  • 3. Sonra soyumuş soyuducu maye genişləndirici klapana daxil olur və orada sıçrayışla genişlənir. Onun təzyiqi azalır və temperaturu artır. Soyuducy maddə buxarlandıcıya daxil olur.
  • 4.Buxarlandırıcıya daxil olan soyuducu maye qaynamağa başlayır və otaq daxilində olan havanı sorur. Bu zaman o qaz halına keçir. Qaz halında olan soyuducu maddə yenidən kondensatora ötürülür və proses təkrarlanır.

Tarixi haqqında

İlk kondinsioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞda ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə "Carrier" firmasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 12 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.

Kondinsionerlər ilk vaxtlarda yalnız istehsal müəssisələrində tətbiq olunurlar. Kondinsionerlərin getdikcə geniş tətbiqi onların şəxsi evlərdə tətbiqinə maraq yaratmışdır. Beləki, 1950-ci ildən başlayaraq kondinsionerlər ABŞ-də məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondinsionerlərin tətbiqi 1938-ci ildən başlamışdır.

Keçmiş SSRi-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda salınır. Bu zavod Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında məişət kondinsionerləri hazırlayır. 80-ci illərdə Bakı kondinsionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondinsionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondinsioner alırdılar. Başqa eksport ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondinsionerləri öz qabariti və səsi ilə başqa xarici kondinsionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məmul rəqabətə girə bilmirdi.

SSRi dağıldıqdan sonra Bakı kondinsionerləri zavodu da iqtisadi cəhtdən problemlərlə üzləşir. Alıcılarını itirən zavod tənəzzülə uğrayır. Beləki, onun 6000 işçisindən yalnız təxm. 500-ü qalaraq kondinsionerlərin təmiri ilə məşğul olurlar.

Həmçinin bax

  • Bakı kondisionerləri (film, 1975)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kondisioner haqqında məlumat. Kondisioner nədir? Kondisioner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nikah

  • Fevral 27, 2026

    Böyük Xorasan

  • Fevral 27, 2026

    Balet artisti

  • Fevral 27, 2026

    Bişkek protokolu

  • Fevral 27, 2026

    İkonoqrafiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst