Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mə

Botanika

  • Ana Səhifə
  • Vikipediya
  • Botanika

Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tarixini öyrənir), morfologiya (xarici görünüşü öyrənir), anatomiya (daxili quruluşunu öyrənir), embriologiya (mayalanma və toxum inkişafını öyrənir), biokimya (kimyəvi maddələr və kimyəvi prosesləri öyrənir) və s.

Mündəricat

Tarixi

Botanika bir elm kimi qədim dövrlərdə yaranmışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. E.ə 5–6-cı əsrlərdə yaşamış həkim Hippokrat 200-dən artıq dərman bitkisinə dair məlumat vermişdir. Qədim yunan alimləri Aristotel və Teofrast botanika elminin baniləri sayılır. E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir.

Bitkilərin təsviri və hesaba alınması, yəni bitki sistematikası ilə e.ə. 2-3-cü minilliklərdə Qədim Çin, Hindistan və Misir alimləri məşğul olmuşlar. Qədim yunan alimləri bitki aləminin ilk təsnifatını verməklə, bitki sistematikası elminin başlanğıcını qoymuşlar.

I əsrdə yaşamış Roma alimlərindən Pliniy "Təbiət tarixi" əsərində 1000-dən artıq bitkinin təsvirini vermiş və istifadə olunmasına dair yazılar dərc etdirmişdir. I əsrdə Romada yaşamış həkim Dioskrid əsərlərində 600-ə yaxın bitkinin, o cümlədən dərman bitkilərinin təsvirini vermiş və onların rast gəldiyi yerləri göstərmişdir. Pliniy və Dioskridin əsərlərində bir çox bitkilərə latınca ad verilmişdir ki, onlar indi də həmin adlarla tanınır.

Orta əsrlərdə yaşamış məşhur Orta Asiya alimi Əbu Əli İbn-Sina (980–1037) dərman bitkilərinə dair əsərlər yazmış və orada çoxlu dərman bitkilərinin təsvirini, müalicəvi əhəmiyyətini, yayıldığı sahələri göstərmişdir. Onun əsərləri bir sıra Avropa xalqlarının dillərinə tərcümə olunmuş və müəllif Avisenna kimi qeyd edilmişdi.

XVI əsrin ikinci yarısında İtaliya alimi A.Çezalpino (1519–1603) "Bitkilər haqqında" adlı əsərində (1583) bitkilərin təsnifatını çoxalma orqanlarının əlamətlərinə görə verməyi məsləhət görürdü. O bitkiləri ağac, kol, yarımkol, ot şöbələrinə, onları da 15 sinfə bölmüşdü. 14 sinif çiçəkli, 15-ci sinif isə çiçəksiz (göbələk, yosun, ali sporlu bitkilər) bitkiləri əhatə edirdi. Çiçəkli bitkilərin təsnifatında meyvə və toxumlarının, çiçəklərinin quruluşuna görə onun yeri müəyyənləşdirildi. A.Çezalpinodan sonra bir çox alimlər də bitkilərin süni sistemini yaratmağa səy göstərmişlər.

Elmin əsas sahələri

Bu elmin əsas sahələri aşağıdakılardır:

  • Bitki morfologiyası — bitkilərin xarici quruluşunu öyrənir (palinologiya (tozcuq haqqında elm), karpologiya (meyvələr haqqında elm) bura aid edilir);
  • Bitki anatomiyası — bitki orqanlarının daxili quruluşunu öyrənir;
  • Bitki fiziologiyası — bitkilərin həyat fəaliyyəti mexanizmlərini, yəni müxtəlif orqan, toxuma və bütövlüklə orqanizm funksiyalarını öyrənir;
  • Bitki biokimyası — bitkilərdə üzvi birləşmələrin kimyəvi tərkibini öyrənir;
  • Bitki endokrinologiyası — bitkilərin həyat fəaliyyətinin hormonal (humoral) tənzimi mexanizmlərini öyrənir;
  • Bitki ekologiyası — bitkilərin bir-biri ilə və onları əhatə edən mühitlə qarşılıqlı əlaqəsini öyrənir;
  • Bitki sistematikası — bitki aləminin müxtəlifliyini öyrənir;
  • Bitki genetikası — bitkilərdə irsiyyət və dəyişkənlik qanunauyğunluqlarını öyrənir;
  • Bitki seleksiyası — yeni sortların yaradılması və əvvəlki sortların təkmilləşdirilməsini öyrənir;
  • Bitki sitologiyası — bitkilərin hüceyrəvi quruluşunu öyrənir;
  • Bitki histologiyası — bitkilərin toxumalarını öyrənir;
  • Fitopatologiya — bitki xəstələklərini öyrənir;
  • Geobotanika — bitki qruplaşmalarının yayılmasını və onların xüsusiyyətlərini öyrənir;
  • Paleobotanika — bitkilərin mənşəyini öyrənir;
  • Bitki embriologiyası — bitkilərin fərdi inkişafını öyrənir;
  • Bitki coğrafiyası — yer kürəsi üzərində yayılmış bitki taksonlarını öyrənir;
  • Kənd təsərrüfatı bitkiləri — botanikanın bir bölməsi olaraq mədəni bitkiləri öyrənir.

Bu fundamental elm sahələrindən başqa, botanikaya aid edilən bir sıra tətbiqi elmlər də var. Onların əsasları bunlardır:

  • İqtisadi botanika — insan vasitəsilə bitkilərin istifadə aspektlərini öyrənir.
  • Mədəni bitkilərin mənşə mərkəzləri — qədim əkinçilik və ya mədəni bitkilərin mənşə mərkəzləri.

Həmçinin bax

  • Biologiya
  • Zoologiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Botanika haqqında məlumat. Botanika nədir? Botanika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Utu

  • Fevral 27, 2026

    Mtsxeta

  • Fevral 27, 2026

    Vanadium (II)sulfat

  • Fevral 27, 2026

    Videotelefoniya

  • Fevral 27, 2026

    Arxiv

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst