Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma, təkmilləşmə deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa söz

İnnovasiya

  • Ana Səhifə
  • Vikipediya
  • İnnovasiya

İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma, təkmilləşmə deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi.

Mündəricat

İnnovasiyanın növləri

Müasir dövrdə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris"i əsasında həyata keçirilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir.

İqtisadiyyatda innovasiya

İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası" anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir.

Elmdə innovasiya

İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883–1950) 1912-ci ildə yazdığı "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnovasiya anlayışı ixtira və kəşf terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır. Kəşf və ixtira əvvəllər mövcud və ictimaiyyət üçün aşkar olmayan, kardinal və inqilabi mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə əsaslanır.

Texnologiyada innovasiya

Geniş mənada innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək, səmərəliliyi və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeniliyi ifadə edən latın mənşəli isim kimi innovasiya yeniləşmə mənasında şərh olunur. Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir, iqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anayışı daha məzmunlu əhəmiyyət kəsb edir. İnnovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir zamanda o, istehsal idarəetməsinin təşkilati metodlarını da əhatə dairəsinə qatmışdır.

İnnovasiya prosesi

Mərhələləri

Müvəffəqiyyətli innovasiyanın 5 əsas mərhələsi aşağıdakılardır:

  1. İdeyanın formalaşdırılması və mobilizasiyası
  2. İdeyanın mühakiməsi
  3. İdeyanın təcrübədən keçirilməsi
  4. İdeyanın kommersiyalaşdırılması
  5. İdeyanın tətbiqi

Prosesə təsir edən amillər

Amillər qrupuİnnovasiya fəaliyyətinə mane olan amillərİnnovasiya fəaliyyətinə rəvac

verən amillər

İqtisadi, texnolojiİnnovasiya layihələrinin m aliyyələşdirilm əsi üçün vəsaitin kifayət etməməsi, maddi və elmi-texniki bazanın zəifliyi, ehtiyat güclərin olmaması, cari istehsal maraqlarının dom inantlığıMaliyyə və maddi-texniki vasitələr ehtiyatı, mütərəqqi texnologiyalar, vacib təsərrüfat və elmi-texniki infrastrukturun mövcudluğu
Siyasi, hüquqiAntiinhisar, vergi, amortizasiya, patent-lisenziya qanunvericiliyi tərəfindən məhdudiyyətlərİnnovasiya fəaliyyətini dəstəkləyən qanunvericilik tədbirləri (xüsusən, güzəştlər), innovasiyaya dövlət dəstəyi
Sosial psixoloji, mədəniƏməkdaşların statusunun dəyişilməsi, yeni iş yerlərinin axtarılmasının vacibliyi, işin yenidənqurulması, köhnəlmiş fəaliyyət üsullarının yenidənqurulması, mövcud stereotiplərin dəyişdirilməsi, qeyri-müəyyənlik qorxusu, uğursuzluğa görə cəzadan qorxma kimi dəyişikliklərə müqavimətİnnovasiya prosesinin iştirakçılarının mənəvi dəstəklənməsi, ictimai məşhurluq, özünü reallaşdırma imkanlarının yaradılması, əmək kollektivində normal psixoloji mühit
Təşkilati idarəetməŞirkətin köhnə idarəetmə strukturu, həddən artıq mərkəzləşdirmə, avtoritar idarəetmə üsulu, şaquli informasiya axınının üstünlüyü, təşkilati qapalılıq, sahələrarası və təşkilatlararası əlaqələrin çətinliyi, sərt planlaşdırma, mövcud bazarlara istiqamətlənmə, innovasiya prosesi iştirakçılarının maraqlarının əlaqələndirilməsində çətinlikTəşkilati strukturların çevikliyi, demokratik idarəetmə üsulu, üfüqi informasiya axınının üstünlüyü, özünü idarəetmə, əks mərkəzləşdirmə, muxtariyyət, məqsədli işçi qruplarının yaradılması

Həmçinin bax

  • Elm
  • İqtisadiyyat
  • Texnologiya
  • Kasıb innovasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnnovasiya haqqında məlumat. İnnovasiya nədir? İnnovasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    SSRİ medalları

  • Fevral 27, 2026

    Hərəkət

  • Fevral 27, 2026

    Sarkel

  • Fevral 27, 2026

    Bredli Kuper

  • Fevral 27, 2026

    Ukrayna Respublikası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst