Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd. 1990-cı il martın 23-d

Bağanıs Ayrım

  • Ana Səhifə
  • Vikipediya
  • Bağanıs Ayrım

Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilmişdi.

Kənd
Bağanıs Ayrım
41°05′47″ şm. e. 45°04′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi 40.0
Mərkəzin hündürlüyü 886 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 648 nəfər
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Bağanıs Ayrım xəritədə
Bağanıs Ayrım
Bağanıs Ayrım
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.

19 aprel 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Toponimikası

Bağanıs Ayrım oyk, mür. Coğazçayın sahilindədir. Keçmiş adı Seyid Ayrım olmuşdur. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanıs kəndi yaxınlığında saldığı üçün belə adlandırılmışdır. Kəndi 1990-cı ilin martında erməni işğalçıları zəbt edərək büsbütün yandırmış, əhali ətraf kəndlərdə məskunlaşmışdı. Etnotoponimdir. Türk dillərinin əksəriyyətində bağana "köhnə, keçmiş"; "sadəlövh" mənalarını ifadə edir. Qazaxıstandakı Bakanas (İli çayının qolu), Bakanas (Qara İrtıŞın qolu), Nann-Bakanas, OrtaBakanas, şet-Bakanas və s. çayların adı toponimiyada monqol dilindəki boqon və us sözlərinin birləşməsi kimi "qısa çay" mənasını verir. Lakin kəndin daxil olduğu i.ə.v.-in adı da (Əskipara — "köhnə kənd") onun "ayrımlar yaşayan köhnə kənd" kimi izah olunmasına imkan verir.

Əhalisi

2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 610 nəfər əhali yaşayır. Əhalinin 288 nəfəri kişilər, 322 nəfəri qadınlardan ibarətdir.

Tanınmışları

  • Tahir Musayev (1916–) — Azərbaycan aşığı.

Coğrafiyası və iqlimi

Xüsusi strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilib. Qeyd edək ki, 600 nəfər əhalisi olan Bağanıs Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. İndi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bağanıs Ayrım haqqında məlumat. Bağanıs Ayrım nədir? Bağanıs Ayrım nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nadir Balakişiyev

  • Fevral 27, 2026

    Miksotroflar

  • Fevral 14, 2026

    Santyaqo

  • Fevral 27, 2026

    Komo

  • Fevral 27, 2026

    Köçərli məhəlləsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst