Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əl

Erməni

  • Ana Səhifə
  • Vikipediya
  • Erməni

Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə xalq. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Gürcüstan, Türkiyə, Livan və Suriyada da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır. İran və Türkiyədəki ermənilər özlərini diaspora saymırlar. Dindarları əsasən Erməni Qriqorian kilsəsinə etiqad edir.

Ermənilər
Հայ (hay)
Moisey Xorenli
V Leo
Narekatsi
III Trdat
Xaçatur Abovyan
İvan Ayvazovski
Komitas
Tumanyan
Xaçaturyan
Saroyan
Şarl Aznavur
Şer
Qareqin Njde
Andranik Ozanyan
Şaumyan
Kim Kardaşyan
Ümumi sayı
8 000 000 - 10 000 000
Yaşadığı ərazilər
Ermənistan Ermənistan 2 945 354
 Rusiya
2 582 000
ABŞ ABŞ 1 000 000
Fransa Fransa 800 000
İran İran 340 415
Polşa Polşa 50 000
Gürcüstan Gürcüstan 209 929
Suriya Suriya 100 000
Livan Livan 256 214
Argentina Argentina 230 000
Ukrayna Ukrayna 99 900
Şablon:İndia 60 000
İordaniya İordaniya 4 300
Dili

Erməni dili

Dini

Xristianlıq
Qriqorian • Katolik • Protestantlıq
Etanizm

Qohum xalqlar

Hemşinlilər

Mündəricat

Məskunlaşma arealları

DövlətErmənistan Ermənistan
Krallığa namizədKipr kralı Yanusun (1398–1432) törəmələri:
  • Şahzadə Çarlz-Antoin
  • Şahzadə Viktor Emmanuel
Yaşadığı ərazilərAbxaziya və Samtsxe-Cavaxeti (Gürcüstan)
Parlamentdə və
hökumətdə iştirak
Livan Livan (hal-hazırda Daşnaksütun)
Hərbi
təşkilat
Şəhid Nubar Ozanyan dəstəsi (Suriya)
Erməni dilinin
statusu

Rəsmi status:

  • Kipr Kipr, Macarıstan Macarıstan,
    İraq İraq, Polşa Polşa,
    Rumıniya Rumıniya, Ukrayna Ukrayna

Qeyi-rəsmi status:

  • Gürcüstan Gürcüstan (təhsil dili),
    Livan Livan, ABŞ ABŞ (Kaliforniya)
Əsasən tərk
etdikləri ərazilər
  • Türkiyə Türkiyə
  • Azərbaycan Azərbaycan
    • Naxçıvan
    • Dağlıq Qarabağ
Tarixi dini
fəaliyyət
  • Kilikiya katolikosluğu (Livan)
  • İstanbul patriarxatlığı (Türkiyə)
  • Qüds patriarxatlığı (İsrail)
Digər böyük topluluq
və ya diaspora ölkələri

Rusiya Rusiya, ABŞ ABŞ, Fransa Fransa,
İran İran, Almaniya Almaniya, Braziliya Braziliya

Əlaqəli
etnik qruplar

Hemşinlilər, Çərkəz erməniləri,
Hayhurum, Erməni-tatlar

20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşmasından sonra, ermənilər Dağlıq Qarabağı sentyabrın sonunda və oktyabrın əvvəllərində tərk edib. Hesablamalara görə, Dağlıq Qarabağda təxminən 50 erməni qalıb.

Azərbaycan

Azərbaycanın faktiki nəzarətində olan ərazilərdə 1999-cu il siyahıyaalınması zamanı 659 nəfər, 2009-cu il siyahıyaalınması zamanı isə 220 nəfər öz etnik mənsubiyyəti erməni olaraq göstərmişdir.

Ermənilərin
Yaşayış məntəqəsi 1999 sa. 2009 sa.
Bakı şəhəri ə/d00
Sumqayıt şəhəri ə/d00
Şirvan şəhəri ə/d00
Gəncə şəhəri ə/d00
Mingəçevir şəhəri ə/d00
Naxçıvan MR00
Abşeron rayonu00
Ağcabədi rayonu00
Ağsu rayonu…0
Ağstafa rayonu00
Balakən rayonu00
Bərdə rayonu00
Beyləqan rayonu00
Cəlilabad rayonu00
Daşkəsən rayonu00
Şabran rayonu00
Gədəbəy rayonu00
Goranboy rayonu00
Göyçay rayonu00
İmişli rayonu00
İsmayıllı rayonu00
Kürdəmir rayonu00
Lənkəran rayonu00
Masallı rayonu00
Neftçala rayonu00
Oğuz rayonu00
Qax rayonu00
Qazax rayonu00
Qəbələ rayonu00
Quba rayonu00
Qusar rayonu00
Saatlı rayonu00
Sabirabad rayonu00
Salyan rayonu00
Şamaxı rayonu00
Samux rayonu00
Şəki rayonu00
Şəmkir rayonu00
Siyəzən rayonu00
Tovuz rayonu00
Ucar rayonu00
Xaçmaz rayonu00
Göygöl rayonu00
Yevlax rayonu00
Zaqatala rayonu00
Ağdam rayonu00
Bütün ölkə üzrə00

Gürcüstan

Rusiya

Tacikistan

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.

Fransa

Türkiyə

2008-ci ilə olan məlumata əsasən Türkiyənin təxminən 60.000 erməni kökənli vətəndaşı vardır. Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.

İran

  • 1966-cı ildə aparılmış siyahıya almaya əsasən 25.078.923 nəfər İran əhalisinin 108.421 nəfəri və ya əhalinin 0,43%-i ermənilərdən ibarət idi. Onların 72.121 nəfəri Tehran şəhərində məskunlaşmışdı.
  • 1996-cı ildə aparılmış siyahıya almaya əsasən 60.055.488 nəfər İran əhalisinin 59.788.791 nəfəri (və ya əhalinin 99,55%-i) müsəlman, 78.745(qadın: 39.267 nəfər, kişi: 39.478 nəfər) nəfəri (və ya əhalinin 0,13%-i) xristian (əsasən erməni və assuriyalı), 27.920 nəfəri (və ya əhalinin 0,05%-i) zərdüşti, 12.737 nəfəri (və ya əhalinin 0,02%-i) musəvi, 147.295 nəfəri (və ya əhalinin 0,25%-i) isə digər dinlərə etiqad edənlər olmuşdur .
  • 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən 70.495.782 nəfərlik İran əhalisinin 99,43%-ni müsəlmanlar, 0,16%-ni (109.415 nəfər — qadın: 54.664 nəfər, kişi: 54.751 nəfər) xristianlar, 0,03%-ni zərdüştilər, 0,01%-ni musəvilər, 0,37%-ni isə digər dinlərə etiqad edənlər təşkil edir.

Suriya

2012-ci ilə olan təxminə əsasən Suriyada 70.000–80.000 nəfər dolayında erməni diasporu yaşamaqdadır. Onların yarıya qədəri Hələb şəhərində məskunlaşıbdır. 2010-cu ildə onların bir hissəsi Zəngilan rayonuna gətirilmişdir.

İraq

2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da, müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri digər ölkələrə köç etmişdir. 2012-ci il üçün İraqda ermənilərin sayı 15.000–16.000 nəfər dolayında qiymətləndirilir.

Livan

2007-ci ilin sonuna olan rəsmi təxminə əsasən Livan əhalisi 3.759.136 nəfərdir . 2005-ci ilə olan məlumata əsasən ölkədə 116.214 nəfər erməni yaşayır. Onların 88.601 nəfəri qreqoryan, 20.259 nəfəri katolik, 7.354 nəfəri isə protestantdır . Erməni toplumu Livan parlamentində 6 qriqoryan millət vəkili ilə təmsil olunur . Siyasi-hərbi münaqişələr və sosial vəziyyətin pisləşməsi Livandakı erməni diasporasının ABŞ başda olmaqla Şimali Amerikaya, Avropa Birliyi ölkələrinə və Avstraliyaya köçünü sürətləndirmişdir, bu səbəbdən erməni əsilli əhalinin sayı artım göstərməyərək ildən ilə azalmaqdadır.

Misir

Bəzi məlumatlara əsasən Misirdə 2010-cu ilə olan təxminlərə əsasən 6.000–11.000 nəfər arası erməni əsilli əhali yaşamaqdadır.

Efiopiya

Sudan

Məxəzlərdə ermənilər Sudan ərazisində ilk dəfə XVII–XVIII əsrlərdə xatırlanırlar. Bununla belə bu ölkədə erməni cəmiyyəti XIX əsrin ikinci yarısında formalaşmağa başlamışdır. Ənənəvi olaraq erməni cəmiyyəti Sudanın Xartum, Omdurman və Qadarif şəhərlərində cəmləşmişdir. Sudanda ilk erməni məktəbi 1930-cu ildə əsasən məsihi etiqadlı əhaliyə sahib Qadarif şəhərində yaradılmışdır. 1956-cı ildə paytaxt Xartumda "Erməni gimnaziyası" yaradılsa da 1977-c ildə mərkəzi hökumət tərəfindən bağlanıldı. 1957-ci ildə Sudanda Müqəddəs Qriqori erməni kilsəsi açıldı. 1965-ci ildə Sudanda erməni diasporasının sayı 2.3 min nəfərdən çox idi. Sudanda mövcud olan erməni cəmiyyətinin önəmli hissəsini Türkiyədən, həmçinin Misir və Efiopiyadan bura köçmüş əhalinin varisləri təşkil edirdi. Efiopiya və Misirdə olduğu kimi Sudanda da ermənilər müəyyən dərəcədə yerli məsihi etiqadlı həbəş və kopt kökənli əhali ilə qaynayıb-qarışmışdı. 2003-cü ildə baş vermiş Darfur hadisələri zamanı 300 nəfər erməni əsilli əhali də ödürüldü. Hələ bu hadisəyə qədər ölkədə milliləşdirmə haqqında qanunun qəbulu ilə ermənilər ABŞ, Kanada, Böyük Britaniya, Misir və Fransaya köç etməyə başlamışdılar. Ancaq Darfur hadisələri ilə bu köç kütləvi xarakter almış və beləliklə 2011-ci ilə olan məlumata əsasən ölkədə 50 nəfər erməni əsilli əhali qalmışdır. Qalan əhali isə 60 % yaşlılardan ibarətdir.

Braziliya

Braziliyanın statistika xidmətinin məlumatına əsasən 1885-ci ildə ölkədəki ermənilərin sayı 100 nəfərdən çox deyildi.

Erməni dili

Erməni dili Hind-Avropa dilləri ailəsində xüsusi bir qol təşkil edən dildir. Yuxarı Fərat hövzəsində e.ə. 5-ci əsrdən varlığı haqqında mənbələrdə məlumat verilən bu dil b.e. V əsrindən Erməni əlifbası ilə yazıya köçürülmüşdür. Din adamı Mesrop Maştos (361–441) tərəfindən 405-ci ildə yaradılan 38 hərfli bu əlifba inkişaf etdirilərək günümüzə qədər istifadə olunmaqdadır. Mesrop Maştosun bu 38 hərfi yuxusunda gördüyü rəvayət edilir.

Müasir erməni dili mərkəzi İstanbul olmaqla Qərb ermənicəsi və mərkəzi İsfahan olmaqla Şərq ermənicəsinə bölünür. Ermənistanın rəsmi dili Şərq ermənicəsidir. Qərb ölkələrindəki diasporalarda yaşayan ermənilərin dili Qərb ermənicəsidir. Buna baxmayaraq Ermənistanın təsiri ilə son dövrlərdə Qərb erməniləri arasında da Şərq ermənicəsi yayılmaqdadır.

Dini mənsubiyyət

Erməni topluluğu rəvayətlərə görə b.e. 301-ci ilndə "Aydınladıcı" ləqəbiylə anılan Aziz Qriqorun rəhbərliyi ilə xristian dinini qəbul etmişdir. Xristianlar arasında yayılan rəvayətə görə ermənilər xristianlığı bütünlüklə qəbul edən ilk xalqdır. Lakin mərkəzi İstanbul olan Bizans kilsəsi ilə erməni kilsəsi arasında çıxan narazılıqlar və çəkişmələrə görə 452-ci ildə Erməni kilsəsi kotoloik-ortodoks dünyası ilə yolunu ayıraraq beynəlxalq bir məzhəb olaraq fəaliyyət göstərməyə başlayıb. Erməni Apostoloik (Qriqoqyan) Kilsəsi adını daşıyan bu kilsə Qərb mənbələrində (erməni kilsəsinin qurucusu Aziz Qriqoryana ithafən) Qriqoryan Kilsəsi kimi qeyd olunur.

Diyər bir mənbəyə görə də ermənilər xristianlığı 583-cü ildə qəbul ediblər Bununla bağlı Ziya Bünyadovun Gevorq Eminə yazdığı məktubda deyilir: "İlk dəfə olaraq 313-cü ildə albanlar, onlardan sonra isə gürcülər və bizanslılar xristianlığı qəbul ediblər. Ermənilər isə albanlardan 270 il sonra xristian olublar. 313 üstəgəl 270 neçə eləyir? Bəli – 583. Məhz həmin ildə ermənilər xristianlığı qəbul ediblər və deməli, erməni kilsəsinin yaradılmasının 1700 illiyinin qeyd olunması tədbirlərini hələ sonraya saxlamaq lazım gələcək. Belə ki, bu yalnız XXIII əsrdə olacaq!… Hamıya məlimdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Heç olmasa katalikos Avraamın albanlara ünvanlanan məktubunu oxu: bizim erməni taxt-tacından əvvəl olan alban taxt-tacı və s. və i. Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər. Bax, məsələ bundadır!"

Deməli, ermənilərin əksəriyyətinin apostolik kilsəsinə məsub olmağına baxmayaraq burada tarixi saxtakarlıq göz qabağındadır. Bununla bərabər 17-ci əsrdə meydana çıxan az miqdarda katolik və protestant ermənilər də mövcuddur.

V əsrdə Qədim Erməni Çarlığının süqutu ilə erməni apostol kilsəsinə məsub olmaq erməniliyin əsas ünsürü kimi dəyərlədirilməyə başlandı. Beləliklə, erməni apostol kilsəsinə yox, katolik kilsəsinə mənsub olan ermənilər yunan, eləcə də Malazgird döyüşündən əvvəl və sonra İslamı qəbul etmiş ermənilər isə milli kimliklərini itirərək ərəb və türk kimi bilinməyə başlayıb. Osmanlı dövlətində də erməilərin etnik deyil, dini bir toplum olduğu vurğulanmaqdadır.

Tarix

Soyqırımı iddiaları

1914-cü ildə I. Dünya Müharibəsindən öncə Osmanlı İmperiyasında siyahıya almaya görə bütün imperiya əhalisi 18.520.016 nəfər, İstanbul daxil bütün imperiya ərazisində yaşayan qriqoryan və katolik ermənilərin sayı 1,23 milyon olmuşdur (Qeyd: Qriqoryan ermənilər 1.162.169 nəfər olmaqla). Erməni kilsəsinin vergi qeydlərinin 1913-cü il statistikasına görə bu rəqəm 1.916.000-dir. Qərb mənbələrində isə bu rəqəm 1.600.000 ilə 1.800.000 arasında dəyişir. Cümhuriyyət dövrünün ilk siyahıya almasında (1927) Türkiyədəki ermənilərin sayı 100.000 olaraq göstərilib. Birinci Dünya müharibəsi dövründə həyata keçən bu böyük say dəyişikliyi erməni mənbələrində adətən Mezu Yeğern (Böyük fəlakət) və ya Çart (Qırım) olaraq adlandırılır və müasir erməni tarixinin dönüş nöqtəsi olaraq qiymətləndirilir. 1965-ci ildən sonra müxtəlif ölkələrdəki erməni diasporaları təbliğat işi apararaq bu hadisəni Erməni soyqırımı kimi tanıtmağa çalışırlar. Lakin tarixi sənədlərdən bəllidir ki, Osmanlıdakı ermənilərin sayının azalmasının səbəbi onların öldürülməsi deyil, Livan, Suriya və digər ərazilərə köçürülməsidir. Hazırda da bu ərazilərdə ermənilər kütləvi şəkildə yaşamaqdadır.

Məşhur ermənilər

  • Kim Kardaşyan — ABŞ-li fotomodel
  • Levon Aronyan — şahmatçı
  • Tiqran Petrosyan — şahmatçı, dünya çempionu
  • Andre Aqassi — tennisçi
  • Artur Abraham — boksçu
  • Martiros Saryan — rəssam
  • Aram Xaçaturyan — bəstəkar
  • Arno Babacanyan — bəstəkar
  • Komitas Vardapet — bəstəkar
  • Avetik İsakyan — yazıçı
  • Qrant Matevosyan — yazıçı
  • Uilyam Saroyan — yazıçı
  • İvan Ayvazovski — rəssam
  • Arşil Qorki — rəssam
  • Sayat Nova — azərbaycan, erməni və gürcü dillərində yazan aşıq
  • Avraam Russo — müğənni
  • İrina Alleqrova — müğənni, aktrisa
  • Şer — müğənni, aktrisa
  • Amazasp Ambarsumyan — Sovet astronomu
  • Eduar Balladyur — siyasətçi, dövlət xadimi
  • Ara Darzi — lord, dövlət xadimi
  • Stepan Şaumyan — inqilabçı, Bakı Kommunası hökumətinin başçısı
  • Monte Melkonyan — terrorçu
  • Andranik Ozanyan — Türk ordusundan fərari, terrorçu
  • Anastas Mikoyan — Sovet partiya və hökumət xadimi
  • Hovannes Baqramyan — Sovet İttifaqı marşalı
  • Sergey Xudyakov — Sovet İttifaqı marşalı
  • İvan İsakov — Sovet İttifaqı admiralı
  • Kirk Kirkoryan — milyarder
  • Aleksandr Mantaşev — neft maqnatı, milyarder
  • Qalust Gülbenkyan — milyarder

Qeydlər

  1. AzStat–ın məlumatına görə: 1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılan ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120086 nəfər (kişilər 57904, qadınlar 62182) təşkil edib. 2009-cu ildə keçirilən sonuncu əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 (kişilər 17, qadınlar 203) nəfər olub. (Bax Arxivləşdirilib 2015-07-02 at Archive.today)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Erməni haqqında məlumat. Erməni nədir? Erməni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Erməni dili

  • Fevral 14, 2026

    Dmitri Mendeleyev

  • Fevral 23, 2026

    Səhabə

  • Fevral 12, 2026

    Bermud adaları

  • Fevral 17, 2026

    Portuqal dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst