Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kənd inzibati ərazi dairəsində kənd.
| Kənd | |
| Quşçu Ayrım | |
|---|---|
![]() | |
| 41°05′38″ şm. e. 45°06′07″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 6.80 |
| Mərkəzin hündürlüyü | 806 m |
| Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
| Əhalisi | |
| Əhalisi | 1,136 nəfər |
| Milli tərkibi | Azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Quşçu Ayrım | |
Tarixi
27 iyun 1990-cu ildə Ermənistan SSR ərazisindən erməni silahlıları Quşçu Ayrım kəndini atəşə tutmuşdur. Kənd təsərrüfatı işləri dayandırılmışdır.
1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər.
Toponimikası
Quşçu Ayrım oyk., miir. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır. Yaşayış məntəqəsi ayrım tayfasının saldığı kəndlərdəndir.
Əhalisi
Kəndin əsasını Gədəbəylilər qoyublar.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Gəncə quberniyası, Yelizavetpol qəzası, Əskipara şöbəsinin Quşçu Ayrım kəndində 59 evdə şiə inanclı müsəlman azərbaycanlılardan ibarət 326 nəfər əhali yaşayırdı.
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1069 nəfər əhali yaşayır. Əhalinin 522 nəfəri kişilər, 547 nəfəri qadınlardan ibarətdir. Kənd əhalisinin soyu Türk kökənli Ayrımlardan gəlməkdədir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quşçu Ayrım haqqında məlumat. Quşçu Ayrım nədir? Quşçu Ayrım nə deməkdir?

