Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. M

Toponimika

  • Ana Səhifə
  • Vikipediya
  • Toponimika

Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir

Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan Respublikasının toponimik fondu əsas Azərbaycan (türk) mənşəli coğrafi adlardan ibarətdir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol tayfalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır.

Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir.

Toponimlərin növləri

  • Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə).
  • Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan).
  • Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
  • Drinonim — meşə adları (qədim yunanca δρῦς — ağac).
  • Dromonim — nəqliyyat yollarının adları (qədim yunanca δρόμος — qaçış, hərəkət, yol).
  • Hidronim — çay adları (qədim yunanca ὕδωρ — su).
  • Qodonim — küçə adları (qədim yunanca ὁδός — yol, küçə, məcra).
  • Oykonim — yaşayış yeri adları (qədim yunanca οἶκος — ev, yaşayış yeri).
  • Oronim — dağ adları (qədim yunanca ὄρος — dağ).
  • Urbanonim — şəhəriçi obyekt adları (latınca urbanus — şəhərli).
  • Makrotoponim — böyük coğrafi adlar (qədim yunanca μακρός — böyük).
  • Mikrotoponim — kiçik coğrafi adlar (qədim yunanca μικρός — kiçik).

Kitablar

  • Bəndəliyev Nurəddin, Dağlıq Şirvanın toponimləri Bakı: "Elm", 2009.-352 s.
  • Bəndəliyev Nurəddin, Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası-Bakı, Elm, 1993.-s.196.
  • Tofiq Əhmədov (filoloq).Azərbaycan toponimiyasının əsasları. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1991, s. 312.
  • Tofiq Əhmədov (filoloq).Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
  • Əliyeva Rübabə. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: I cild, II cild.
  • Qiyasəddin Geybullayev. Azərbaycan toponimiyası
  • Qabıssanlı Şakir. Toponimlərin açılmayan sirləri. Bakı: "Təknur", 2013.
  • Budaq Budaqov, Qiyasəddin Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti: I hissə 2012-05-26 at the Wayback Machine, II hissə 2014-09-01 at the Wayback Machine, III hissə 2014-09-01 at the Wayback Machine, IV hissə 2015-06-10 at the Wayback Machine. — 1998.
  • Budaq Budaqov, Novruzəli Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti, 2007, 140 səh. Kitabxana.net E-nəşr, 2012.
  • Budaq Budaqov, Qiyasəddin Qeybullayev. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti 2012-05-26 at the Wayback Machine. — 2008.
  • Müşviq Borçalı. Borçalı ensiklopediyası 4 cilddə. "Azərbaycan" nəşriyyatı, 2002-ci il.
  • Bayramov İ. M. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: “Elm” nəşriyyatı. 2002. səh. 696. ISBN 5806614522.
  • Rübabə Əliyeva, Qara Meşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva, İsmayıl Məmmədov, Fikrət Xalıqov. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cilddə: I cild 2012-05-06 at the Wayback Machine, II cild. — Bakı: "Şərq-Qərb", 2007.
  • Nazim Tapdıqoğlu. Laçın rayonu və onun toponomiyası: qısa ensiklopedik lüğət. Bakı: "Araz", 2005.
  • Nazim Tapdıqoğlu. Şəmkir rayonu və onun toponimiyası: qısa ensiklopedik dərgi. Bakı: "Adiloğlu", 2005.
  • Nazim Tapdıqoğlu. Zərdab ensiklopediyası. Bakı: "Gənclik", 2009.
  • Qarabağlı Aydın. Qarabağ, onun qədim tayfaları və toponimləri.- Bakı: "Mütərcim", 2008.
Vikianbarda Toponimika ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toponimika haqqında məlumat. Toponimika nədir? Toponimika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 714

  • Fevral 27, 2026

    Elevsin misteriyaları

  • Fevral 27, 2026

    Kərgədan (komiks)

  • Fevral 26, 2026

    Nəcmi Sani

  • Fevral 27, 2026

    Zəlzələ ocağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst