Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
| Kənd | |
| Aşağı Əskipara | |
|---|---|
| |
| 41°04′26″ şm. e. 45°04′49″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 9.1 |
| Mərkəzin hündürlüyü | 764 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 1,317 nəfər |
| Milli tərkibi | Azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Aşağı Əskipara | |

Tarixi
- Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
- 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib.
- 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Toponimikası
Mədəniyyəti
- Kənddə XVI əsrə aid dəyirman və VI–VII əsrə aid alban kilsəsi vardır.
Əhalisi
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşmışdırlar.
Görkəmli şəxsləri
- Aqil Musayev — (1974–1994) — Azərbaycanın Milli Qəhrəmanı. "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.
- Qaratel Hacımahmudova — (1948–1992) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Birinci Qarabağ müharibəsi şəhidi.
- Camal Əhmədov — (1928–1999) — Pedaqoji elmləri doktoru, professor.
- Tahir Məhərrəmov — (1916–2013) — filologiya elmləri doktoru, professor.
- Məhərrəm Əhmədov (1954) — Dövlət xadimi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Əskipara haqqında məlumat. Aşağı Əskipara nədir? Aşağı Əskipara nə deməkdir?
