Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri.

Köçərli məhəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Köçərli məhəlləsi

Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri.

Köçərli məhəlləsi
1906-cı ildə ermənilər tərəfindən yandırılmış Köçərli məscidi
1906-cı ildə ermənilər tərəfindən yandırılmış Köçərli məscidi
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa
Aidiyyəti Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəlləri

Mündəricat

Haqqında

Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb. Firudin bəy Köçərlinin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Bəhmən mirzə Qovanlı-Qacarın saray kompleksi bu məhəllədə yerləşir.

Məhəllənin tarixi

Çar hökumətinin himayədarlığı ilə Şuşada say üstünlüyünə nail olan ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlılar üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı daha böyük vəhşiliklər törətdilər. Bu dəfə onlara ruslar da köməklik göstərirdilər.M. S. Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də "bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində 1905-ci il avqustun 16-da Şuşada ermənilərin hücumu başlandı. Erməni saqqallıları (döyüşçüləri) 3 istiqamətdə hücuma keçdilər. Birinci dəstə Köçərli məhəlləsinə, ikinci dəstə Yuxarı Xəlfəli qapısına, üçüncü dəstə isə Mərkəzi meydana doğru irəlilədilər. Vəzirovlar da bu məhəllədə yaşayırdılar

Həmçinin bax

  • Saatlı məhəlləsi
  • Mərdinli məhəlləsi
  • Köçərli məscidi
  • Köçərli bulağı
  • Köçərlinskilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Köçərli məhəlləsi haqqında məlumat. Köçərli məhəlləsi nədir? Köçərli məhəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuli Qusman

  • Fevral 27, 2026

    VIII Eduard

  • Fevral 27, 2026

    Şon Konneri

  • Fevral 23, 2026

    Rutenium

  • Fevral 27, 2026

    Neoliberalizm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst