Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaç

Bülbül (müğənni)

  • Ana Səhifə
  • Vikipediya
  • Bülbül (müğənni)

Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı.

Bülbül
Murtuza Məşədi Rza oğlu Məmmədov
Ümumi məlumatlar
Doğum adı Murtuza Məmmədov
Ləqəbi Bülbül
Doğum tarixi 22 iyun 1897(1897-06-22)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 sentyabr 1961(1961-09-26) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
  • Adelaida Məmmədova
Uşağı
  • Polad Bülbüloğlu
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1916–1961
Janr opera
Səs tembri lirik-dramatik tenor
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 19381938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1934 "Stalin" mükafatı — 19501950
"Lenin" ordeni — 19591959 "Lenin" ordeni — 19461946 "Qırmızı əmək bayrağı" ordeni — 19581958 "Qırmızı əmək bayrağı" ordeni — 19361936 "Şərəf nişanı" ordeni — 19381938 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 19451945 "Qafqazın müdafiəsinə görə" medalı — 19441944 "Moskvanın 800 illik xatirəsinə" medalı — 19491949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Professor Bülbül (solda) və Cabbar Qaryağdıoğlu (sağda)

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.

1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.

1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Elmi-Tədqiqat Musiqi Kabineti Azərbaycan musiqisinin toplanması, tədqiqi və işlənması ilə məşğul olmuşdu. Elmi-Tədqiqat Musiqi Kabinetinin bazasında Azərbaycan Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutu yaranmışdı. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.

1937-ci ildə Moskvada Bülbülün təşəbbüsü ilə Ümumittifaq vokal konfransı keçirildi. Burada o, ölkənin bütün musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuş geniş məruzə ilə çıxış etmişdir.

Bülbül aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkil edilməsinin təşkilatçısıdır. Bülbül 1938–1961-ci illərdə keçirilmiş aşıqlar qurultaylarının təşəbbüskarıdır. Həmçinin bu qurultaylarda məruzəçi və onların keçirilməsi layihələrinin müəllifidir. Bülbül Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbül parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.

Bülbül 1940-cı ildə Moskvada çağırılmış Ümumittifaq vokal konfrasında maraqlı məruzə ilə çıxış etmiş və bir sıra mühüm məsələlər irəli sürmüşdür: "Vokal kafedrasında elmi tədqiqat və elmi-metodiki iş aparmağın zəruriliyi, milli müğənnilərin hazırlanması, bütün qardaş respublikalarda Ümumittifaq Teatr Cəmiyyəti şöbələrinin təşkili, SSRİ xalqları yaradıcılığının öyrənilməsi üzrə Mərkəzi İnstitutun yaradılması".

1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.

1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.

Ailəsi

  • Birinci həyat yoldaşı — Zeynəbxanım (1917-ci ildən — 1936-cı ilə qədər)
  • İkinci həyat yoldaşı- Gülarə İskəndərova (1911–2010)
    • Oğlu Emin Məmmədov (1933–1999)
  • Üçüncü həyat yoldaşı — Adelaida Məmmədova (1922–2015) — Bakıda Bülbül Memorial Muzeyinin direktoru (2013-cü ilədək).
    • Oğlu — Çingiz (d. 1938)
    • Oğlu — Polad (d. 1945) Azərbaycan bəstəkarı, müğənnisi və aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006–h.h.)
      • Nəvəsi — Teymur Polad oğlu Bülbül (d. 1975) — musiqiçi, Rusiya Federasiyasının əməkdar artisti (2005), biznesmen.

Oynadığı əsas partiyalar

Bülbül (Əsgər), Sona Mustafayeva (Gülçöhrə). "Arşın mal alan" operettası
  • Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu",
  • Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan"
  • Qərib – R. M. Qlier, "Şahsənəm"
  • Əlyar – Müslüm Maqomayev, "Nərgiz"
  • Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami"
  • Fərhad – Niyazi, "Xosrov və Şirin"
  • Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən"
  • Mario – Cakomo Puççini, "Toska"

İfa etdiyi əsas romanslar, xalq mahnıları, təsniflər

  • "Sənsiz" – Üzeyir Hacıbəyov
  • "Sevgili canan" – Üzeyir Hacıbəyov
  • "Ölkəm" – Asəf Zeynallı
  • "Süsən sünbül" – xalq mahnısı
  • "Yaxan düymələ" – xalq mahnısı
  • "Qara gözlər" – xalq mahnısı
  • "Çal-oyna" – xalq mahnısı
  • "Segah təsnifləri"
  • "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində

Təltif və mükafatları

Bülbül xatirə muzeyində ekspozisiyada olan medallar
  • "SSRİ xalq artisti" fəxri adı — 17 aprel 1938
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 7 mart 1950
  • 2 dəfə "Lenin" ordeni — 25 fevral 1946; 9 iyun 1959
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 27 yanvar 1936; 25 yanvar 1958
  • "Şərəf nişanı" ordeni — 17 aprel 1938
  • "Moskvanın 800 illik xatirəsinə" medalı — 18 aprel 1949
  • "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 6 iyun 1945
  • "Qaribaldi" medalı (İtaliya)
  • 2 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir
  • Sumqayıtın fəxri vətəndaşı olmuşdur

Xatirəsinin əbədiləşdirilməsi

Müğənninin vətənində, Şuşada, Bülbülün bürünc büstü quraşdırılmışdır. 1992-ci ildə Şuşanın işğalından sonra büst (Natəvan və Üzeyir Hacıbəyovun büstləri ilə birlikdə) Gürcüstan ərazisinə çıxarılmışdır və sonralar Azərbaycan hakimiyyəti tərəfindən alınıb. Uzun illər büst Bakıda İncəsənət Muzeyində saxlanılmışdır. Şuşa 2020-ci ildə azad olunduqdan sonra prezident İlham Əliyev Şuşaya ilk səfəri zamanı büstün yenidən Şuşada açılışını etmişdir.

1976-cı ildən Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. Həmçinin Şuşa şəhərində 1992-ci ilə qədər yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Azərbaycan Dövlət Opera və Balet Teatrının foyesində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində büstlər quraşdırılıb. 1992-ci ildən Sumqayıt Uşaq İncəsənət Məktəbi Bülbülün adını daşıyır.

Hər iki ildən bir Bakıda Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqəsi keçirilir.

1998-ci ildə Bülbülün 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycan poçt markası və 2008-ci ildə 110 illik yubileyi münasibətilə xatirə sikkəsi buraxılıb.

2012-ci ildə Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində tuncdan hazırlanan abidə ucaldılmışdır. Abidənin müəllifi heykəltaraş Akif Əsgərovdur.

  • Bülbülün yaşadığı evin fasadına vurulmuş barelyef
    Bülbülün yaşadığı evin fasadına vurulmuş barelyef
  • Bülbülün Bakıdakı heykəli
    Bülbülün Bakıdakı heykəli
  • Poçt markası (1998)
    Poçt markası (1998)
  • Azərbaycan poçt markası (2014)
    Azərbaycan poçt markası (2014)
Bülbülün xatirəsinə həsr olunmuş qızıl sikkə

Haqqında çəkilən filmlər

1963-cü ildə Bülbül Məmmədovun həyat və yaradıcılığına Kamil Rüstəmbəyov tərəfindən Xalq nəğməkarı adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Əsərləri

  • Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı: EA-nın nəşriyyatı, 1968, 227 s.

Filmoqrafiya

  • Doğma xalqıma (film, 1954)
  • Asəf (film, 2021)
  • Bülbül və Asəf (film, 2021)

Həyat və yaradıcılığı haqqında kitablar

  • "Бюль-Бюль" — Мамедова Аделаида Рза кызы,Баку: Азернешр,1964
  • "Bülbül" — Adelaida Məmmədova, Bakı: Azərnəşr,1967
  • "SSRİ Xalq artisti Bülbülün həyat və yaradıcılığı"- İsazadə Əhməd, Bakı: Az. SSR EA,1967
  • "Cоловей из Шушы"- Заболотских Б, Москва:1987
  • "Parlament tribunası-Bülbülün səsi"- Musayev M, Bakı: Ağrıdağ,2000
  • "Bizim Bülbül- dünyanın Bülbülü"- Bakı: Nurlan,2004
  • "Бюль-Бюль-вершина вокального искусства"-Баку,2006
  • "Bülbül-vokal sənətinin zirvəsidir" — Bülbülün Memorial Muzeyinin kollektivi, Bakı: Çaşıoğlu,2006
  • "Маэстро Бюль-Бюль" — Мамедова Аделаида Рза кызы, Баку:2007
  • "Бюль-Бюль-вокалист мирового класса" — Мамедова Аделаида Рза кызы, Баку, 2010
  • "Bizim Bülbül-dünyanın Bülbülü"-Adelaida Məmmədova, Bakı:Nağıl evi, 2011
  • "Bülbül"- Çəmənli M, Bakı: Çağdaş, 2012
  • "Bülbül-bütün zamanların nəğməkarı"-Adelaida Məmmədova, Bakı:Nağıl evi,2012
  • "Bülbül sənəti (Искусство Бюль-Бюль)" — Bakı:Gilan Holdinq,2015

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bülbül (müğənni) haqqında məlumat. Bülbül (müğənni) nədir? Bülbül (müğənni) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Ruanda soyqırımı

  • Fevral 27, 2026

    Aşağı Bucaq

  • Fevral 27, 2026

    Orxan Zeynallı

  • Fevral 27, 2026

    Mədiha Sultan

  • Fevral 27, 2026

    Kaşrut

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst