Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan – 18 noyabr 2023, Bakı) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018).

Akif Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Akif Əsgərov

Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan – 18 noyabr 2023, Bakı) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018).

Akif Əsgərov
Doğum tarixi 1 may 1940(1940-05-01)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 noyabr 2023(2023-11-18) (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası[d],
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janr heykəltaraşlıq
Tanınmış işləri
  • Berlində Xocalı abidəsi heykəli,
  • Nizami Gəncəvinin Kişinyovdakı heykəli
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20182018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20022002
2-ci dərəcəli "Əmək" ordeni — 20202020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Onun 1978-ci ildə tuncdan tökülmüş "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edir.

Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olmuşdur.

Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, PAris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (2005, Sloveniya), Frideş Podmanskinin xatirə lövhəsi (2010, Budapeşt), Ulu Öndər Heydər Əliyevin Abidələri (Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala, Misir, Bakı, Türkiyə, Tbilisi, Qusar 2004–2012-ci illər) və s. heykəllərinin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir. Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur.

1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülmüşdür.

Heykəltaraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan "Mənim qızım" və Moskvada Tretyakov qalereyasında saxlanılan "Hüseyn Cavid" heykəllərinin adını çəkmək olar.

Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.

Müxtəlif sərgilərdə iştirak edən heykəltaraşın şəxsi sərgisi 1997-ci ildə Bakıda keçirilmişdir. Ekspozisiyada rəssamın "Balerina", "Bahar" əsərləri nümayiş etdirilir.

Akif Əsgərov 18 noyabr 2023-cü ildə 83 yaşında vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — (30 may 2002)
  • Azərbaycan Respublikasının xalq rəssamı — (27 may 2018)
  • Azərbaycan Respublikasının 2-ci dərəcəli Əmək ordeni — (30 aprel 2020)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akif Əsgərov haqqında məlumat. Akif Əsgərov nədir? Akif Əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ülufə divanı

  • Fevral 27, 2026

    Vənəndçay

  • Fevral 27, 2026

    Münke xaqan

  • Fevral 27, 2026

    Achnatherum

  • Fevral 27, 2026

    Fransisko Qoyya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst