Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professor

Cövdət Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Cövdət Hacıyev

Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), 2 dəfə "Stalin" mükafatı laureatı (1946, 1952).

Cövdət Hacıyev
Azərbaycan Dövlət Konservatoriyasının rektoru
1956 – 1969
ƏvvəlkiƏşrəf Abbasov
SonrakıSoltan Hacıbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 18 iyun 1917(1917-06-18)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 yanvar 2002(2002-01-18) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1951–1991)
Təhsili Moskva Konservatoriyası, Azərbaycan Dövlət Konservatoriyası
Fəaliyyəti bəstəkar
Həyat yoldaşı
  • Əminə Dilbazi
Uşaqları
  • İsmayıl Hacıyev,
  • Pərvin Muradova-Dilbazi

Təltifləri "Şöhrət" ordeni — 19971997
"Lenin" ordeni — 19861986 "Oktyabr inqilabı" ordeni — 19771977 "Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Şərəf nişanı" ordeni — 19611961
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19601960 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1958 2-ci dərəcəli "Stalin" mükafatı — 19461946 3-cü dərəcəli "Stalin" mükafatı — 19521952
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.

Fəaliyyəti

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C. Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 may 1960
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 26 aprel 1958
  • "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Vətən" operasına (1945) görə)
  • "Stalin" mükafatı (3-cü dərəcə) — 1952 ("Sülh uğrunda" simfonik poemasına (1951) görə)
  • "Lenin" ordeni — 20 avqust 1986
  • "Oktyabr inqilabı" ordeni — 1977
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Şərəf nişanı" ordeni — 1961
  • "Şöhrət" ordeni — 17 iyun 1997

Xatirəsi

7 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Filmoqrafiya

  • Ordenli Azərbaycan (film, 1938)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cövdət Hacıyev haqqında məlumat. Cövdət Hacıyev nədir? Cövdət Hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Enn Heteuey

  • Fevral 27, 2026

    Camaat torpaqları

  • Fevral 23, 2026

    13 oktyabr

  • Fevral 27, 2026

    Anadır körfəzi

  • Fevral 27, 2026

    Qaradağ mahalı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst