Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cuzeppe Anselmi (it. Giuseppe Anselmi; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor).

Cüzeppe Anselmi

  • Ana Səhifə
  • Vikipediya
  • Cüzeppe Anselmi

Cuzeppe Anselmi (it. Giuseppe Anselmi; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor).

Cuzeppe Anselmi
Ümumi məlumatlar
Doğum tarixi 16 noyabr 1876
Doğum yeri İtaliya, Kataniya
Vəfat tarixi 27 may 1929 (52 yaşında)
Vəfat yeri İtaliya, Zoali
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Səs tembri tenor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Anselmi bədii karyerasına skripkaçı kimi başlayır, Angelo Ferninin yanında Neapol (it. Conservatorio di San Pietro a Majella)-da təhsil alır və 13 yaşında ilk çıxışını edir. O, eyni zamanda vokal sənətinə həvəs göstərir. 1894-cü ildən etibarən (it. Luigi Mancinelli)-nin rəhbərliyi altında ifasını mükəmməlləşdirir.

1896-cı ildə Afinadakı Turiddu pariyasında ilk çıxışını etir (it. Pietro Mascagninin "Kəndli namusu"). Elə həmin il Qahirə və İskəndəriyyədəki opera teatrlarında çıxış edir. Milandakı La Skala teatrında hersoq performansı (1904) Anselmini aparıcı (it. bel canto — «gözəl ifa») müğənnilərindən biri edir. Ancaq, onun ən böyük zəfərləri Sankt-Peterburq, Varşava və xüsusilə Madrid şəhərlərində baş verir, burada o hətta məşhur tenor Enriko Karuzonun populyarlığını kölgədə qoyur.

Anselmi İngiltərə, Rusiya, Portuqaliya, İspaniya, Argentinada qastrollarda olur. Anselminin səsi lirik istiliyi, tembrin gözəlliyi, düşüncəliliyi ilə qəlbləri fəth edirdi; ifası isə sərbəstliyi və səsləndirmənin tamlığı ilə seçilirdi.

Anselmi tez-tez dramatik rollara da üz tuturdu ki, bu da vaxtından əvvəl səsini itirməsinə səbəb olur. Anselminin opera karyerası Birinci Dünya müharibəsinin sonunda başa çatır; onun son məşhur çıxışları 1918-ci ildə olmuşdur.

O, orkestr üçün simfonik poema və bir neçə fortepiano pyesi yazmışdır. Anselmi 1929-cu ildə İtaliyanın Liquriya əyalətindəki Zoali şəhərində sətəlcəmdən dünyasını dəyişir. O, Madrid şəhərinə dərin bağlılığını saxlamış və ürəyini bu şəhərə vəsiyyət etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cüzeppe Anselmi haqqında məlumat. Cüzeppe Anselmi nədir? Cüzeppe Anselmi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Eon

  • Fevral 27, 2026

    Adidas

  • Fevral 27, 2026

    Elmi jurnal

  • Fevral 27, 2026

    Xenacoelomorpha

  • Fevral 27, 2026

    Xizək

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst