Professor (lat. profiteri – özünü ictimaiyyətə müəllim kimi təqdim etmək) — elmi ad.
İlk dəfə "professor" termini eradan əvvəl I əsrin ortalarında Roma imperiyasında işlədilib. XVI əsrdən rəsmi statusdur (ilk dəfə Oksford universitetində). Bir sıra ölkələrdə (Avstriya, Belçika və s.) yalnız ali məktəblərin deyil, həm də orta məktəblərin, ABŞ-də isə kolleclərin müəllimləri də professor adlanır.
Azərbaycan Respublikasında professor adı yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla) nail olan təcrübəli elmi və elmi-pedaqоji kadrlara verilir.
Həmçinin bax
- Dosent
- Akademik
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Professor haqqında məlumat. Professor nədir? Professor nə deməkdir?