Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaş

Adelaida Məmmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Adelaida Məmmədova

Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası.

Adelaida Məmmədova
Adelaida İrza qızı Məmmədova
Digər adı Adelaida Qasımova
Doğum tarixi 22 avqust 1922
Doğum yeri Tiflis, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 25 aprel 2015 (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri xiyaban
Həyat yoldaşı Murtuza Məmmədov (Bülbül)
Uşaqları

Çingiz Məmmədov,

Polad Bülbüloğlu
Atası İrza Qasımov
Fəaliyyəti musiqiçi, hüquqşünas
Mükafatları "Şöhrət" ordeni — 20072007Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Mündəricat

Yaradıcılığı

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.

O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. Adelaida xanımın əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşdür. Adelaida Məmmədova 25 aprel 2015-ci ildə ömrünün 93-cü ilində vəfat etmişdir. Yas mərasimi Təzəpir məscidində keçirilmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.

Müəllifi olduğu kitablar

  • Бюлъ-Бюлъ -Баку, 1964
  • Bülbül -Bakı, 1967
  • Маэстро Бюлъ-Бюлъ; К 110-летию со дня рождения Бюлъ-Бюля.-Баку, 2007
  • Маэстро Бюлъ-Бюлъ -Баку, 2009
  • Бюлъ-Бюлъ вокалист мирового класса.-Баку, 2010
  • Bizim Bülbül -Dünyanın Bülbülü.-Bakı, 2011
  • Bülbül Bütün Zamanların Nəğməkarı. Бюлъ-Бюлъ Певец Всех Времен.-Баку, 2012

Həmçinin bax

  • Bülbül (müğənni)
  • Polad Bülbüloğlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adelaida Məmmədova haqqında məlumat. Adelaida Məmmədova nədir? Adelaida Məmmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sərdarabad (şəhər)

  • Fevral 27, 2026

    Acınohur gölü

  • Fevral 27, 2026

    İstvan Tatar

  • Fevral 27, 2026

    Sultan İbrahim

  • Fevral 23, 2026

    Pul

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst