Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır.
| Azərbaycan əhalisi | |
|---|---|
2020-ci ildə Azərbaycanın əhali piramidası | |
| Sayı | 10,200,013 nəfər |
| Sıxlıq | 119 nəf/km² |
| Təbii artım | 0.43 ‰ |
| Doğum | 11.2 ‰ |
| Ölüm | 6.4 ‰ |
| Orta həyat uzunluğu | 75.9 il |
| • kişilərdə | 73.5 il |
| • qadınlarda | 78.6 il |
| Doğuş dərəcəsi | 1.69 ‰ |
| Uşaq ölümü | 10.9 ‰ |
| Miqrasiya dərəcəsi | −0.6 ‰ |
| Yaş quruluşu | |
| 14 yaşa qədər | 22.3 % |
| 15–64 yaş | 68.7 % |
| 65 yaşdan yuxarı | 9 % |
| Cinsi quruluş | |
| Ümumi | 1 kişi/qadın |
| Doğuş zamanı | 1.15 kişi/qadın |
| 15 yaşa qədər | 1.11 kişi/qadın |
| 15-64 yaş arası | 1 kişi/qadın |
| 65 yaşdan yuxarı | 0.72 kişi/qadın |
| Etnik qruplar | |
| Milliyət | Azərbaycanlı |
| Ən böyük etnik qrup | Azərbaycanlı (94.8%) |
| Milli azlıqlar | Ləzgi (1.7%) Talış (0.9%) Rus (0.7%) digər (1.9%) |
| Dil | |
| Rəsmi | Azərbaycanca |
| Evdə danışılan | Azərbaycan dilləri |
İlk sakinləri
Ümumi əhali
| İl | 1897 | 1908 | 1911 | 1917 | 1920 | 1923 | 1924 | 1930 | 1940 | 1941 | 1942 | 1943 | 1944 | 1945 | 1946 | 1947 | 1948 | 1949 | 1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2009 | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Şəhər Əhalisi | 305.1 | - | - | 560.2 | 405.8 | 486.0 | - | 750.9 | 1212.0 | 1239.8 | 1195.5 | 1138.1 | 1105.8 | 1118.5 | 1159.9 | 1163.1 | 1110.1 | 1149.1 | 1252.3 | 1835.2 | 2564.6 | 3247.5 | 3847.3 | 4116.4 | 4818.7 | |
| Kənd Əhalisi | 1501.6 | - | - | 1793.5 | 1546.4 | 1377.0 | - | 1818.6 | 2062.0 | 2092.0 | 1961.6 | 1780.0 | 1670.9 | 1587.1 | 1574.6 | 1577.4 | 1589.2 | 1583.5 | 1606.6 | 1980.5 | 2552.5 | 2866.8 | 3284.6 | 3916.4 | 4078.6 | |
| Ümumi Əhali | 1806.7 | 2014.3 | 2056.5 | 2353.7 | 1952.2 | 1863.0 | 2128.7 | 2569.5 | 3274.0 | 3331.8 | 3157.1 | 2918.1 | 2776.7 | 2705.6 | 2734.5 | 2740.5 | 2699.3 | 2732.6 | 2858.9 | 3815.7 | 5117.1 | 6114.3 | 7131.9 | 8032.8 | 8896.9 | |
Cədvəllə əlaqədar qeydlər
- - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir.
- Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir.
2010–2014 r.t.
| Rəsmi təxminlərə əsasən Azərbaycan Respublikası əhalisinin sayı | |
|---|---|
| Rəsmi təxmin tarixi | Əhalinin sayı |
| 1 yanvar, 2010-cu il | 8 997 600 |
| 1 aprel, 2010-cu il | 9 022 000 |
| 1 yanvar, 2011-ci il | 9 111 100 |
| 1 iyul, 2011-ci il | 9 165 000 |
| 1 oktyabr, 2011-ci il | 9 201 100 |
| 1 yanvar, 2012-ci il | 9 235 100 |
| 1 aprel, 2012-ci il | 9 264 200 |
| 1 iyul, 2012-ci il | 9 294 400 |
| 1 oktyabr, 2012-ci il | 9 327 000 |
| 1 yanvar, 2013-cü il | 9 356 500 |
| 1 aprel, 2013-cü il | 9 383 700 |
| 1 iyul, 2013-cü il | 9 411 800 |
| 1 yanvar, 2019-cü il | 1 000 000 |
| 1 mart, 2014-cü il | 9 494 600 |
| 1 aprel, 2014-cü il | 9 500 700 |
| 1 may, 2014-cü il | 9 511 100 |
| 1 sentyabr, 2014-cü il | 9 552 500 |
MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır.
Cinsi tərkibi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir.
Etnik tərkib
| Etnik qrup | Sayı | Ö.m.d.a.d.s. | Ö.m.d.s.d. | Az.d.s.d. | Ru.d.s.d. | İng.d.s.d. |
|---|---|---|---|---|---|---|
| cəmi | 8 922 447 | 98.40 % | 98.80 % | 98.60 % | 7.60 % | 0.80 % |
| Azərbaycanlı | 8 172 809 | 99.70 % | 99.90 % | 99.90 % | 6.70 % | 0.80 % |
| ləzgi | 180 300 | 90.10 % | 91.70 % | 96.30 % | 23.70 % | 0.70 % |
| erməni | 120 306 | 99.90 % | 99.90 % | 0.20 % | 0.10 % | 0.00 % |
| rus | 119 307 | 98.90 % | 99.20 % | 42.90 % | 99.20 % | 0.90 % |
| Talış | 110 934 | 42.50 % | 53.00 % | 99.80 % | 5.90 % | 0.20 % |
| avar | 49 838 | 93.30 % | 94.10 % | 99.40 % | 18.10 % | 0.20 % |
| Türkiyə türkü | 37 975 | 83.70 % | 85.50 % | 99.70 % | 11.00 % | 0.60 % |
| tatar | 25 911 | 93.20 % | 93.60 % | 22.70 % | 12.10 % | 0.50 % |
| tat | 25 218 | 75.40 % | 76.50 % | 99.80 % | 9.00 % | 0.20 % |
| ukraynalı | 21 509 | 97.60 % | 97.70 % | 5.60 % | 3.70 % | 0.10 % |
| saxur | 12 289 | 95.30 % | 96.20 % | 99.20 % | 9.90 % | 0.20 % |
| gürcü | 9 912 | 97.80 % | 98.00 % | 79.50 % | 21.40 % | 0.50 % |
| yəhudi | 9 084 | 93.50 % | 94.10 % | 45.60 % | 19.30 % | 0.60 % |
| kürd | 6 065 | 36.10 % | 51.90 % | 99.90 % | 6.40 % | 0.10 % |
| qrız | 4 400 | 28.50 % | 28.90 % | 100.00 % | 8.50 % | 0.30 % |
| udin | 3 821 | 99.30 % | 99.30 % | 99.60 % | 60.90 % | 0.60 % |
| xınalıq | 2 233 | 97.40 % | 97.50 % | 99.90 % | 0.90 % | 0.10 % |
| digər | 9 500 | 80.50 % | 82.90 % | 62.40 % | 20.00 % | 4.30 % |
Dil
| Dil | Kişilər | Qadınlar | Hər iki cins |
|---|---|---|---|
| toplam | 4 414 398 | 4 508 049 | 8 922 447 |
| azərbaycanca | 4 101 575 | 4 151 621 | 8 253 196 |
| rusca | 45 538 | 76 911 | 122 449 |
| ermənicə | 57 912 | 62 325 | 120 237 |
| talışca | 54 154 | 56 780 | 110 934 |
| avarca | 23 107 | 23 503 | 46 610 |
| türkcə | 16 465 | 15 599 | 32 064 |
| tatarca | 10 614 | 13 532 | 24 146 |
| tatca | 11 485 | 11 318 | 22 803 |
| ukraynaca | 9 456 | 11 532 | 20 988 |
| saxurca | 5 915 | 5 819 | 11 734 |
| gürcücə | 4 978 | 5 378 | 10 356 |
| yəhudicə | 4 046 | 4 447 | 8 493 |
| udincə | 1 839 | 1 956 | 3 795 |
| digər | 87 314 | 89 573 | 176 887 |
Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali
| No | Rayon/Şəhər ə.d. | Ərazisi (km²) | Ümumi əhali | Şəhər əhalisi | Kənd əhalisi |
|---|---|---|---|---|---|
| 1. | Bakı şəhər ə/d | 2 130 | 2 045 815 | 2 045 815 | … |
| 2. | Gəncə şəhər ə/d | 110 | 313 249 | 313 249 | … |
| 3. | Sumqayıt şəhər ə/d | 83 | 309 446 | 309 446 | … |
| 4. | Mingəçevir şəhər ə/d | 130 | 96 304 | 96 304 | … |
| 5. | Naxçıvan şəhər ə/d | 191,82 | 82 552 | 82 552* | … |
| 6. | Şirvan şəhər ə/d | 72,7 | 77 060 | 77 060 | … |
| 7. | Xankəndi şəhər ə/d | 8 | 55 053 | 55 053 | … |
| 8. | Naftalan şəhər ə/d | 3,57263 | 8 869 | 7 697 | 1 172 |
| 1. | Abşeron rayonu | 1 361,4 | 189 794 | 157 410 | 32 384 |
| 2. | Ağcabədi rayonu | 1 756 | 121 707 | 46 624 | 75 083 |
| 3. | Ağdam rayonu | 1 154 | 175 577. | 39 707 | 135 870 |
| 4. | Ağdaş rayonu | 1 048 | 98 599 | 32 804 | 65 795 |
| 5. | Ağstafa rayonu | 1 503,7 | 80 222 | 20 147 | 60 075 |
| 6. | Ağsu rayonu | 1 020,1 | 70 536 | 19 710 | 50 826 |
| 7. | Astara rayonu | 616,4 | 96 230 | 22 112 | 74 118 |
| 8. | Babək rayonu | 749,81 | 62 886 | * | ** |
| 9. | Balakən rayonu | 924 | 89 827 | 10 316 | 79 511 |
| 10. | Bərdə rayonu | 957 | 141 646 | 37 807 | 103 839 |
| 11. | Beyləqan rayonu | 1 131,13 | 86 192 | 36 340 | 49 852 |
| 12. | Biləsuvar rayonu | 1 397 | 20 119 | 87 508 | 67 389 |
| 13. | Cəbrayıl rayonu | 1 049,8 | 70 585 | 11 376 | 59 209 |
| 14. | Cəlilabad rayonu | 1 441,4 | 192 320 | 55 910 | 136 410 |
| 15. | Culfa rayonu | 1012,75 | 41 195 | * | ** |
| 16. | Daşkəsən rayonu | 1 046,9 | 32 694 | 14 213 | 18 481 |
| 17. | Füzuli rayonu | 1 386 | 115 495 | 27 601 | 87 894 |
| 18. | Gədəbəy rayonu | 1 290 | 93 719 | 10 146 | 83 573 |
| 19. | Goranboy rayonu | 1 760 | 94 244 | 20 160 | 74 084 |
| 20. | Göyçay rayonu | 736 | 109 018 | 35 746 | 73 272 |
| 21. | Göygöl rayonu | 1 030 | 57 191 | 23 241 | 33 950 |
| 22. | Hacıqabul rayonu | 1 641,1 | 65 837 | 33 890 | 31 947 |
| 23. | Xaçmaz rayonu | 1 046 | 159 245 | 62 622 | 96 623 |
| 24. | Xızı rayonu | 1 853 | 14 731 | 7 471 | 7 260 |
| 25. | Xocalı rayonu | 928 | 26 047 | 7 711 | 18 336 |
| 26. | Xocavənd rayonu | 1 458 | 41 599 | 9 437 | 32 162 |
| 27. | İmişli rayonu | 1 821 | 114 183 | 36 613 | 77 570 |
| 28. | İsmayıllı rayonu | 2 064 | 79 330 | 17 321 | 62 009 |
| 29. | Kəlbəcər rayonu | 3 036 | 80 769 | 10 947 | 69 822 |
| 30. | Kəngərli rayonu | 711,86 | 27 597 | * | ** |
| 31. | Kürdəmir rayonu | 1 631,51 | 103 860 | 21 037 | 82 823 |
| 32. | Qax rayonu | 1 493,8 | 53 259 | 12 328 | 40 931 |
| 33. | Qazax rayonu | 699 | 89 377 | 20 793 | 68 584 |
| 34. | Qəbələ rayonu | 1 548,6 | 93 652 | 32 064 | 61 588 |
| 35. | Qobustan rayonu | 1 369,4 | 40 112 | 8 086 | 32 026 |
| 36. | Quba rayonu | 2 574 | 152 452 | 37 952 | 114 500 |
| 37. | Qubadlı rayonu | 802 | 35 630 | 8 046 | 27 584 |
| 38. | Qusar rayonu | 1 542 | 87 857 | 18 520 | 69 337 |
| 39. | Laçın rayonu | 1 835 | 69 087 | 11 690 | 57 397 |
| 40. | Lerik rayonu | 1 083,6 | 74 522 | 7 301 | 67 221 |
| 41. | Lənkəran rayonu | 1 539,4 | 205 726 | 82 807 | 122 919 |
| 42. | Masallı rayonu | 721 | 197 147 | 30 969 | 166 178 |
| 43. | Neftçala rayonu | 1 451,7 | 79 525 | 37 849 | 41 676 |
| 44. | Oğuz rayonu | 1 220 | 40 284 | 6 891 | 33 393 |
| 45. | Ordubad rayonu | 994,88 | 45 049 | * | ** |
| 46. | Saatlı rayonu | 1 180,5 | 92 572 | 17 442 | 75 130 |
| 47. | Sabirabad rayonu | 1 469,35 | 151 713 | 28 281 | 123 432 |
| 48. | Salyan rayonu | 1 792 | 121 871 | 40 830 | 81 041 |
| 49. | Samux rayonu | 1 455 | 53 708 | 20 358 | 33 350 |
| 50. | Siyəzən rayonu | 703,4 | 37 654 | 24 703 | 12 951 |
| 51. | Sədərək rayonu | 153,49 | 14 016 | * | ** |
| 52. | Şabran rayonu | 1 088,2 | 51 533 | 22 308 | 29 225 |
| 53. | Şahbuz rayonu | 838,04 | 22 746 | * | ** |
| 54. | Şamaxı rayonu | 1 610 | 91 605 | 43 307 | 48 298 |
| 55. | Şəki rayonu | 2 432,8 | 170 733 | 65 285 | 105 448 |
| 56. | Şəmkir rayonu | 1 656,8 | 191 428 | 66 667 | 124 761 |
| 57. | Şərur rayonu | 847,35 | 102 282 | * | ** |
| 58. | Şuşa rayonu | 289 | 28 560 | 21 185 | 7 375 |
| 59. | Tərtər rayonu | 957 | 97 270 | 29 786 | 67 484 |
| 60. | Tovuz rayonu | 1 903 | 157 875 | 26 968 | 130 907 |
| 61. | Ucar rayonu | 853 | 78 135 | 16 826 | 61 309 |
| 62. | Yardımlı rayonu | 667,2 | 58 073 | 6 603 | 51 470 |
| 63. | Yevlax rayonu | 1 540 | 117 803 | 64 841 | 52 962 |
| 64. | Zaqatala rayonu | 1 348 | 118 228 | 31 038 | 87 190 |
| 65. | Zəngilan rayonu | 707 | 39 362 | 17 673 | 21 689 |
| 66. | Zərdab rayonu | 855,6 | 52 870 | 11 076 | 41 794 |
| No | Toplam | 86 512,0626 | 8 922 447 | 4 739 123 | 4 183 324 |
*Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur 2018-12-25 at the Wayback Machine.
Təhsil səviyyəsi
| İl | Ölkə əhalisi | Ali təhsilli | Orta ixtisas təhsilli | Tam orta təhsilli | Ümumi orta təhsilli | Ali və orta, cəmi |
|---|---|---|---|---|---|---|
| 1979 sa. | 6026,5 | 301 | 374 | 1277 | 1046 | 2998 |
| 1989 sa. | 7021,2 | 495 | 683 | 2061 | 905 | 4144 |
| 1999 sa. | 7953,4 | 574 | 681 | 3048 | 819 | 5122 |
| 2009 sa. | 8922,4 | 831 | 577 | 4262 | 906 | 6576 |
| 2010 r.t. | 8997,6 | 857 | 592 | 4361 | 920 | 6730 |
| 2011 r.t. | 9111,1 | 878 | 602 | 4445 | 927 | 6852 |
| 2012 r.t. | 9235,1 | 897 | 609 | 4514 | 933 | 6953 |
Miqrasiya
Əhalinin beynəlxalq miqrasiyası
| İllər | Ölkəyə daimi yaşamaq üçün gələnlər | Ölkədən daimi yaşamaq üçün gedənlər | Miqrasiya artımı (azalması) |
|---|---|---|---|
| 1990 | 84,3 | 137,9 | -53,6 |
| 1991 | 66,3 | 106,4 | -40,1 |
| 1992 | 35,7 | 49,9 | -14,2 |
| 1993 | 16,3 | 28,5 | -12,2 |
| 1994 | 8,6 | 19,6 | -11,0 |
| 1995 | 6,2 | 16,0 | -9,8 |
| 1996 | 5,8 | 13,2 | -7,4 |
| 1997 | 7,5 | 15,7 | -8,2 |
| 1998 | 5,4 | 10,5 | -5,1 |
| 1999 | 4,8 | 9,1 | -4,3 |
| 2000 | 4,4 | 9,9 | -5,5 |
| 2001 | 2,6 | 7,3 | -4,7 |
| 2002 | 1,2 | 4,3 | -3,1 |
| 2003 | 2,5 | 3,8 | -1,3 |
| 2004 | 2,4 | 2,8 | -0,4 |
| 2005 | 2,0 | 2,9 | -0,9 |
| 2006 | 2,2 | 2,6 | -0,4 |
| 2007 | 2,0 | 3,1 | -1,1 |
| 2008 | 3,6 | 2,5 | 1,1 |
| 2009 | 2,3 | 1,4 | 0,9 |
| 2010 | 2,2 | 0,8 | 1,4 |
| 2011 | 2,2 | 0,5 | 1,7 |
- Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər.
Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü
| Ölkələr | 1995 | 2000 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 |
|---|---|---|---|---|---|---|---|---|---|
| Cəmi | 6 222 | 4 361 | 2 013 | 2 232 | 1 954 | 3 597 | 2 292 | 2 228 | 2 181 |
| Ölkələr | 1995 | 2000 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 |
|---|---|---|---|---|---|---|---|---|---|
| Cəmi | 16 033 | 9 947 | 2 906 | 2 644 | 3 083 | 2 530 | 1 373 | 799 | 484 |
Azərbaycanda miqrantlar
| İmmiqrasiya | 1990 | 1995 / 1990–1995 | 2000 / 1995–2000 | 2005 / 2000–2005 | 2010 / 2005–2010 | |
|---|---|---|---|---|---|---|
| Ümumi (min nəfər) | 361 | 525 | 348 | 255 | 264 | |
| Kişilər (min nəfər) | 158 | 228 | 150 | 109 | 113 | |
| Qadınlar (min nəfər) | 203 | 296 | 198 | 145 | 151 | |
| Qadın immiqrantların faizi | 56. 2 | 56. 5 | 56. 9 | 57. 0 | 57. 1 | |
| Ümumi immiqrantların faizi | 0. 2 | 0. 3 | 0. 2 | 0. 1 | 0. 1 | |
| Ümumi əhali daxilində immiqrantların faizi | 5.0 | 6.7 | 4.3 | 3. 0 | 3. 0 | |
| İllik dəyişiklik, faizlə | - | 7. 5 | −8. 2 | −6. 2 | 0. 7 | |
| İllik dəyişiklik, faizlə (qaçqınlar istisna olmaqla) | - | −4. 2 | −4. 2 | 1. 0 | 1. 0 | |
| Xalis immiqrasiya (min nəfər) | - | 174 | −163 | −84 | 16 | |
- 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır. Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Arzu Rəhimovun sözlərinə əsasən: Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müvəqqəti və daimi qeydiyyatla bağlı daha çox müraciət edənlər Türkiyə vətəndaşlarıdır. Lakin ölkədə olan qeyri-leqal miqrantların arasında Türkiyə vətəndaşlarının sayı daha çoxdur. Azərbaycanda yaşayan 450 min miqrantın 80%-i Türkiyə, Rusiya, Gürcüstan və İran vətəndaşlarıdır.
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Rauf Tağıyevin verdiyi məlumata əsasən 1 iyul 2011-ci il tarixinə Azərbaycanda "əməkçi miqrant" statusu ilə işləyənlərin sayı 9 min 160 nəfər olmuşdur.
Qaçqın və məcburi köçkünlər
- Qaçqınlar: Ermənistan SSR-dan qovulmuş Azərbaycan türkləri və Özbəkistan SSR-dan qovulmuş Axısqa türkləridir.
- Azərbaycan türklərinin Ermənistan SSR-dan deportasiyası, 1987–1991-ci illər:
- 1987-ci ilin noyabr ayında etnik azərbaycanlıların deportasiyasının başlanılmasınadək azərbaycanlı əhali 194 kənddə, az sayda İrəvan şəhərində və digər şəhər və qəsəbələrdə yaşayırdılar. 194 kənddən 171-i monoetnik azərbaycanlı kəndi, 14-ü əksəriyyəti azərbaycanlı olan və 9-unda isə azərbaycanlıların yarıdan az olduğu kəndlər olmuşdur. 185 azərbaycanlı kəndi Ermənistan SSR-nın 37 rayonundan 22-sində yerləşirdi. Bu 22 rayondan 16-sında isə etnik azərbaycanlı əhali ya əksəriyyəti təşkil edir, ya da önəmli sayda kompakt şəkildə yaşayırdı. 1989-cu il siyahıyaalınması zamanı Ermənistan SSR-da 37 inzibati rayon, 27 şəhər və 31 şəhər tipli qəsəbə vardı. Bəzi qeyri-rəsmi hesablamalara əsasən 1988-ci ildə Ermənistanda 500 mindən artıq etnik azərbaycanlı yaşamışdır.
- Etnik azərbaycanlılar yaşayan rayonlarda əhalinin sayı (1979), bu rayonlarda azərbaycanlıların sayı (1979), monoetnik azərbaycanlı kəndləri (1988):
- Deportasiyanın başlanması: 1987-ci ilin noyabr ayının 2-ci və 3-cü ongünlüyündə öncə Qafan rayonundan bir neçə gün sonra isə Meğri rayonundan etnik azərbaycanlıların sıxışdırılaraq qovulmağa başlanması ilə Ermənistandan türklərin çıxarılmasının sonuncu mərhələsi başlandı.
- 25 yanvar, 18 fevral və 23 fevral 1988-ci il tarixlərində Azərbaycan SSR ərazisinə Ermənistan SSR ərazisindən qovularaq keçmiş qaçqınların ümumi sayı 4 min nəfəri keçdi. Azərbaycan hökuməti onları Sumqayıtda, Fatmayıda və Sarayda yerləşdirdi.
- 1986-cı ilə olan məlumata əsasən Qafan rayonunda yerləşən 51 kənddən 21-i azərbaycanlı kəndi idi. 1988-ci ilin yanvar ayının sonuna Qafan rayonunda bir nəfər belə azərbaycanlı qalmamışdı.
- 20 fevral 1988-c ildə Qarabağ münaqişəsinin başlanması və 26–28 fevral 1988-ci ildə Sumqayıt hadisələrinin başverməsi ilə köçün sürəti daha da artaraq kütləvi xarakter aldı.
- 1988-ci ilin iyul ayının ortalarında 4 min ailədən ibarət təxminən 20 min nəfər etnik azərbaycanlı Ermənistandan Azərbaycan SSR-na keçdi.
- 13 noyabr 1988-ci il tarixində erməni silahlı dəstələri Ermənistanda SSR-nın Spitak rayonunda rayon rəhbərliyinin bilavasitə iştirakı ilə azərbaycanlı əhalinin evlərinə basqınlar edərək 40-dan çox azərbaycanlını xüsusi vəhşiliklə qətlə yetirib, yüzlərlə ailəni ev-eşiyindən çölə ataraq rayonu tərk etməyə məcbur etmişdir.
- 2 dekabr 1988-ci il tarixinə Ermənistan SSR ərazisindən qovularaq Azərbaycan SSR ərazisinə keçmiş qaçqınların ümumi sayı 78 min nəfəri keçdi.
- 1988-сi ilin dekabr ayı ərzində daha 100 min nəfər azərbaycanlı Ermənistanı tərk edərək Azərbaycan ərazisinə keçdi.
- Ermənistan Respublikası Milli Statistika Xidmətinin (erm. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն) verdiyi məlumata əsasən: 1989-cu ildə reallaşdırılan Ümumsovet əhali siyahıyaalınması çərçivəsində 12 yanvar 1989-cu il tarixindən başlayaraq bir neçə gün ərzində Ermənistan SSR-nın əhalisi siyahıya alınmışdır. Siyahıyaalınmanın yekunlarına əsasən Ermənistanın de-yuri əhalisi 3,304,776 nəfər, de-fakto əhalisi isə 3,287,677 nəfər olmuşdur. Ancaq siyahıyaalınmanın ən böyük qüsuru onun başlanması tarixinədək ölkədən təəcili şəkildə çıxardılmış 160,000-dən artıq insan haqqında heç bir məlumatı ehtiva etməməsidir:
"The last census of the Soviet Union took place in January 1989, a month later after the disastrous earthquake in northern Armenia,and within an environment of political and economic unstablity caused by enormous population movements due to the conflict in Gharabagh, as well. For example, as a result of the earthquake, more than 160,000 people were evacuated outside Armenia via official channels, though others left of their own volition, so that an exact estimate of the number of displaced individuals due to the earthquake was impossible to ascertain. In addition, due to the conflict in Karabagh, ethnic Armenians were returning to Armenia from Azerbaijan, and ethnic Azerbaijanis resident in Armenia were returning to Azerbaijan. All of these factors negatively influenced the results of the census such that they did not reflect the real picture of Armenia. Though the census results were published in May 1990, they very quickly lost their relevance due to the problems outlined above. Nevertheless,
as of January 12, 1989, the de facto population was 3,287,677, and the de jure population was 3,304,776."
- Bu səbəbdən 1989-cu il siyahıyaalınması aktuallığını itirmişdir. Bütün çatışmamazlıqları ilə birlikdə 1989-cu il siyahıyaalınması de-yuri əhalinin 84,860 nəfərinin azərbaycanlı olduğunu ortaya çıxarmışdır. Ancaq siyahıyaalınmanın keçirildiyi tarixdə Ermənistanın rəsmi və faktiki etnik azərbaycanlı əhalisinin sayı arasında böyük fərq qeydə alınmışdı. Beləki siyahıyaalınma yekunları Ermənistan SSR-inin 3 milyon 287 min 700 nəfərlik de-fakto əhalisinin yalnız 7 min 900 nəfərinin etnik azərbaycanlı olduğunu ortaya çıxarmışdı.
- 1 fevral 1990-cı il tarixinə Azərbaycan Statistika Komitəsi Ermənistan SSR ərazisindən qovularaq Azərbaycan SSR ərazisinə keçmiş 186 mini etnik azərbaycanlı, 18 mini etnik kürd (müsəlman olanlar), 3 min 500 nəfəri isə rus (əsasən sektantlar və az sayda müsəlman əhali ilə qohumluq əlaqələri olanlar) olamqla cəmi 207 min 500 nəfər Ermənistan qaçqınını və sayı təxminən 48 min nəfər olan Özbəkistandan qovulmuş Axısqa türkünü rəsmən qeydə almışdır. Bir qədər sonra təxminən 3 mini rus 7 mini isə kürd olmaqla cəmi 10 min nəfər Ermənistan qaçqını və bir neçə min Özbəkistan qaçqını olan Axısqa türkü Rusiya FR-na köçərək əsasən Stavropol və Krasnodar diyarlarında məskunlaşdı.
- 11 iyul 1991-ci il tarixində Azərbaycan Respublikasının Zəngilan rayonu ilə sərhəddə yerləşən və Ermənistanda qalan son azərbaycanlı kəndi olan Meğri rayonunun Nüvədi kəndinə Ermənistan hüquq-mühafizə orqanlarının silahlı basqınları başladı, şiddətli basqınlara tab gətirməyən əhali avqustun 8-də kəndi tamamiylə tərk etdi və beləliklə Türklərin tarixi etnik Azərbaycanın şimal-qərbini əhatə edən hazırkı Ermənistan torpaqlarından sonuncu deportasiyası yekunlaşdı.
- Axısqa türklərinin ikinci deportasiyası, Özbəkistan SSR-da "Fərqanə hadisələri 1988–1990-cı illər":
- 1989-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən bütün SSRİ ərazisində 207,512 nəfər Axısqa türkü qeydə alınmışdı. Onlardan 106,302 nəfəri Özbəkistan SSR-da məskunlaşmışdı. 106,3 min nəfər Axısqa türkünün 43,2 min nəfəri Daşkənd vilayətində, 18,5 min nəfəri Səmərqənd vilayətində, 18,7 min nəfəri Sırdərya vilayətində, 13,6 min nəfəri Fərqanə vilayətində, 5 min nəfəri Əndican vilayətində, 3 min nəfəri Nəmənqan vilayətində, 1,5 min nəfəri Buxara vilayətində, 2,8 min nəfəri isə Özbəkistan SSR-nın digər ərazilərində yaşayırdı. 1989-cu il siyahıyaalınmasına əsasən o zaman 7,1 min kvadrat kilometr ərazisi olan Fərqanə vilayətində 2142 min əhali yaşayırdı və onun əksəriyyəti özbəklərdən ibarət idi. Vilayət əhalisinin 1735 min nəfərini özbəklər, 123,8 min nəfərini ruslar, 114,5 min nəfərini taciklər, 43,6 min nəfərini qırğızlar, 32,7 min nəfərini tatarlar, 22,8 min nəfərini krım tatarları, 13,6 min nəfərini axısqa türkləri təşkil edirdilər.
| İl | Qaçqınlar | Geri dönmüş qaçqınlar | Siyasi sığınacaq alanlar | Məcburi köçkünlər | V.o. | BMT-ın QüAK m.a.o.d. | Cəmi |
|---|---|---|---|---|---|---|---|
| 1993 | 228 840 | … | … | 778 000 | … | … | |
| 1994 | 231 635 | 29 000 | … | 663 102 | … | … | |
| 1995 | 233 682 | 39 000 | … | 622 101 | … | … | |
| 1996 | 233 692 | 11 | 145 | 549 030 | … | … | |
| 1997 | 233 715 | … | 218 | 551 077 | … | 785 010 | |
| 1998 | 221 635 | … | 293 | 576 321 | … | 798 249 | |
| 1999 | 221 643* | 38 | 348 | 569 550 | … | 791 579 | |
| 2000 | 287 | 27 | 3 376 | 572 451 | … | 51 649 | 627 790 |
| 2001 | 367 | 17 | 6 551 | 572 955 | … | 7 427 | 587 317 |
| 2002 | 458 | … | 8 116 | 577 179 | … | 2 461 | 588 214 |
| 2003 | 326 | … | 8 805 | 575 609 | … | 430 | 585 170 |
| 2004 | 8 606 | … | 1 231 | 578 545 | 30 000 | 430 | 618 812 |
| 2005 | 3 004 | 1 | 115 | 578 545 | 2 300 | 327 | 584 292 |
- Qeyd: V.o.-Vətəndaşlığı olmayanlar./BMT-ın QüAK m.a.o.d.-Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan digərləri./*188.427 nəfər etnik Ermənistan azərbaycanlıları və 33.216 nəfər Axısqa türkləri olmaqla cəmi 221.643 nəfər qaçqın qeydə alınmışdır. Bax: UNHCR Global Report 1999 — Azerbaijan.
- Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yayınladığı Azərbaycan Respublikası dövlətinin rəsmi məlumatalarına əsasən (1 yanvar 2012-ci il tarixinə):
- Məcburi köçkünlərin sayı: 599,417 nəfər
- Həmsərhəd yaşayış məntəqələrindən öz daimi yaşayış yerini tərk etmiş əhalinin sayı: 128,199 nəfər
- Qaçqınların sayı: 301767 nəfər (Ermənistandan-250 min nəfər, Orta Asiyadan-50 min nəfər, "qaçqın" statusu almaq niyyətində olanlar-1767 nəfər)
Vətəndaşlıq
1999-cu ildə aparılmış siyahıyaalınma zamanı ölkədə siyahıya alınan insanlardan hansı ölkə vətəndaşları olduqları soruşulmuşdur. Eyni sual 2009-cu ildə həyata keçirilmış əhalinin siyahıyaalınmasında da əhaliyə yönəldilmişdir.
2009-cu il əhali siyahıyaalınmasına əsasən Azərbaycanın qeydə alınmış 8.922.447 nəfər de-yuri əhalisinin 8.907.625 nəfərini Azərbaycan Respublikası vətəndaşları, 14.822 nəfərini isə əcnəbilər təşkil etmişdir.
| Ölkə | Hər iki cinsdən toplam sayı |
|---|---|
| Bütün əcnəbilər | 14 822 |
| Gürcüstan | 4 088 |
| Rusiya | 3 417 |
| Türkiyə | 1 484 |
| İran | 518 |
| Özbəkistan | 420 |
| Ukrayna | 252 |
| Qazaxıstan | 138 |
| Türkmənistan | 117 |
| Əfqanıstan | 113 |
| Digər ölkələrdən | 690 |
| Vətəndaşlığı olmayanlar | 3 585 |
Qeydlər
- Ö.m.d.a.d.s. — Öz millətinin dilini ana dili sayanlar.
- Ö.m.d.s.d. — Öz millətinin dilində sərbəst danışanlar.
- Az.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.
- Ru.d.s.d. — Rus dilində sərbəst danışanlar.
- İng.d.s.d. — İngilis dilində sərbəst danışanlar.
- AzStat–ın məlumatına görə: 1989-cü il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılan ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120086 nəfər (kişilər 57904, qadınlar 62182) təşkil edib. 2009-cu ildə keçirilən sonuncu əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 (kişilər 17, qadınlar 203) nəfər olub. (Bax Arxivləşdirilib 2015-07-02 at Archive.today)
- Əsasən ləzgicə, qismən kürdcə, qrızca, xınalıqca, az sayda isə digər dillərdə.
Həmçinin bax
- Tanınmış azərbaycanlılar
- Azərbaycanın dövlət-icma və icmalararası münasibətləri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan əhalisi haqqında məlumat. Azərbaycan əhalisi nədir? Azərbaycan əhalisi nə deməkdir?
