| Bu məqalə Zəngilan rayonu haqqındadır. Şəhər üçün Zəngilan səhifəsinə baxın. |
Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Zəngilan şəhəridir.
| Rayon | |
| Zəngilan rayonu | |
|---|---|
| 39°03′56″ şm. e. 46°41′48″ ş. u.HGYO | |
| Ölkə | |
| Daxildir | Şərqi Zəngəzur iqtisadi rayonu |
| İnzibati mərkəz | Zəngilan |
| Prezidentin xüsusi nümayəndəsi | Vahid Hacıyev |
| İcra başçısı | Ramiz Həsənov |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 30 avqust 1930 |
| Sahəsi | 730 km² |
| Əhalisi | |
| Əhalisi | 44 800 nəfər |
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | AZ-ZAN |
| Statistik kodu | 60400001 |
| İqtisadi rayon üzrə zona kodu | 604 |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ 6400 |
| Avtomobil nömrəsi | 64 |
| Rəsmi sayt (az.) | |
![]() | |
| Statistika kodu: 60400001 | |
İnzibati ərazi bölgüsü
| ZƏNGİLAN RAYONU - 60400001 İnzibati ərazi dairələrinin sayı: Ərazi vahidlərinin sayı: Şəhər . . 1 Şəhər . . . 1 Qəsəbə . . 1 Qəsəbə . . . 5 Kənd . . 20 Kənd . . . 79 |
| KODLAR | ADLAR | KODLAR | ADLAR |
| 60401005 60401014 60401026 60401038 60401048 60401058 60401068 60401078 60402005 60402018 60402028 60402038 60403005 60403018 60403048 60403028 60403038 60404005 60404028 60404016 60404038 60409005 60409018 60409028 60409058 60409038 60409048 60408005 60408018 60408058 60408078 60408038 60408068 60408028 60408048 60418005 60418018 60418038 60418028 60418048 60407005 60407018 60407048 60407038 60407078 60407068 60407028 60407058 60406005 60406018 60406066 60406058 60406048 60406038 | 1. Zəngilan şəhər iəd Ağ oyuq q. Beşdəli k. Genlik k. Keçikli k. Malatkeşin k. Sarıqışlaq k. 2. Ağalı kənd iəd B i r i n c i A ğ a l ı k. İkinci Ağalı k. Üçüncü Ağalı k. 3. Alıbəyli kənd iəd B i r i n c i A l ı b ə y l i k. Xumarlı k. İkinci Alıbəyli k. Sarıl k. 4. Bartaz kənd iəd B a r t a z k. Bartaz q. Qarqulu k. 5. Cahangirbəyli kənd iəd Tatar k. Tiri k. Turabad k. Vəliqulubəyli k. 6. Canbar kənd iəd C a n b a r k. Ağkənd k. Dərəli k. Günqışlaq k. Qazançı k. Pirveys k. Yuxarı Gəyəli k. 7. Çöpədərə kənd iəd Ç ö p ə d ə r ə k. Baharlı k. Dəlləkli k. Sobu k. 8. Gilətağ kənd iəd B ö y ü k G i l ə t a ğ k. Aladin k. Dərə Gilətağ k. Mirzəhəsənli k. Muğanlı k. Şamlı k. Vənədli k. 9. Hacallı kənd iəd H a c a l l ı k. Həkəri q. Xurama k. Muğanlı k. Şərifan k. | 60413005 60413018 60413038 60413028 60415005 60415018 60415028 60422005 60422016 60416005 60416018 60416038 60416028 60417005 60417018 60417028 60417038 60420005 60420018 60420058 60420028 60420048 60420068 60420038 60421005 60421018 60421028 60419005 60419018 60419028 60419038 60405005 60405018 60405036 60405028 60414005 60414018 60414038 60414058 60414048 60414028 60410005 60410018 60410028 60411005 60411018 60411058 60411028 60411048 60411038 60412005 60412018 60412028 | 10. İsgəndərbəyli kənd iəd İ s g ə n d ə r b ə y l i k. Ağakişilər k. Ağbiz k. 11. Məmmədbəyli kənd iəd M ə m m ə d b ə y l i k. Babaylı k. 12. Mincivan qəsəbə iəd M i n c i v a n q. 13. Ördəkli kənd iəd Ö r d ə k l i k. Qaradərə k. Qaragöz k. 14. Rəzdərə kənd iəd R ə z d ə r ə k. Kolluqışlaq k. Şatarız k. 15. Şayıflı kənd iəd Ş a y ı f l ı k. Aşağı Gəyəli k. Qaragöl k. Nəcəflər k. Tağlı k. Yusiflər k. 16. Şəfibəyli kənd iəd Ş ə f i b ə y l i k. Məşədiismayıllı k. 17. Şərikan kənd iəd Ş ə r i k a n k. Bürünlü k. Seyidlər k. 18. Vejnəli kənd iəd V e j n ə l i k. Ağbənd q. Əmirxanlı k. 19. Yeməzli kənd iəd O r t a Y e m ə z l i k. Aşağı Yeməzli k. Quyudərə Xəştab k. Sarılı Xəştab k. Yuxarı Yeməzli k. 20. Yenikənd kənd iəd Rəbənd k. 21. Zəngilan kənd iəd Z ə n g i l a n k. İçəri Müşlan k. Qıraq Müşlan k. Məlikli k. Üdgün k. 22. Zərnəli kənd iəd Z ə r n ə l i k. Havalı k. |
Tarixi
Orta əsrlər
Orta əsrlərdə Zəngilan rayonu Zəngəzurun bir hissəsi olub.
Birinci Qarabağ müharibəsi
1993-cü ilin oktyabr ayının ortalarında Birinci Qarabağ müharibəsi zamanı 12 tankın dəstəyi ilə erməni silahlı birləşmələri İranla sərhəddə yerləşən Horadiz qəsəbəsi ərazisində hücuma başladılar və hücumla onu ələ keçirə bildilər. Bu mühüm nəqliyyat qovşağını tutaraq, ermənilər Zəngilan rayonu da daxil olmaqla Azərbaycanın cənub-qərbini Respublikanın qalan hissəsindən ayırmağı bacardılar. Təxminən 60 min insan, o cümlədən dinc sakinlər və milislər mühasirəyə alındı.
Sonra Ermənistan ərazisindən zərbə endirməklə, erməni zirehli hissələri (40 ədədədək zirehli texnika) oktyabrın 28 — də Mincevan dəmiryol stansiyasını, noyabrın 1-də Zəngilan rayon mərkəzini və ətraf yaşayış məntəqələrini işğal etdilər.
Zəngilan alayının könüllüləri, habelə Zəngilanın dinc sakinləri Araz çayı üzərindən İrana doğru qaçmağa məcbur oldular.
İşğal edildiyi andan 2020-ci ilə qədər Zəngilan rayonu qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Kaşataq rayonunun tərkibinə daxil edildib.
Zəngilan rayonunun işğalı faktı BMT Təhlükəsizlik Şurasının 884 Noyabr 12-cü il tarixli 1993 saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 saylı 25 aprel 2008-ci il tarixli qətnamələri ilə tanınıb və pislənilib.
İkinci Qarabağ müharibəsi
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra İkinci Qabağ müharibəsi zamanı əks-hücum əməliyyatı nəticəsində:
- 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, Ağ oyuq, Həkəri qəsəbələri və Birinci Muğanlı, Havalı, Zərnəli, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri;
- 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri;
- 22 oktyabr 2020-ci ildə Zəngilan (kənd), Ağkənd, Kolluqışlaq, Malatkeşin, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi;
- 23 oktyabrda Mirzəhəsənli, Vənədli kəndləri;
- 25 oktyabr 2020-ci ildə Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
- 28 oktyabr 2020-ci ildə Birinci Ağalı, İkinci Ağalı kəndləri;
- 30 oktyabr 2020-ci ildə Aladin, Vejnəli kəndləri;
- 2 noyabr 2020-ci ildə Böyük Gilətağ, Dərə Gilətağ kəndləri;
- 4 noyabr 2020-ci ildə Məşədiismayıllı, Rəzdərə, Şəfibəyli kəndləri;
- 7 noyabr 2020-ci ildə Beşdəli kəndləri;
- 9 noyabr 2020-ci ildəa Bartaz və Üzümçülər qəsəbəsi, Ağakişilər, Aşağı Gəyəli, Aşağı Yeməzli, Bürünlü, Canbar, Dərəli, Günqışlaq, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Qarababa, Qaragöl, Qaragöz, Qazançı, Quyudərə Xəştab, Nəcəflər, Orta Yeməzli, Otuzuncu, Ördəkli, Pirveys, Sarıqışlaq, Sarılı Xəştab, Seyidlər, Sobu, Şamlı, Şatarız, Şayıflı, Şərikan, Tağlı, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Bərpa şləri
Hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
2020-ci il noyabrın 12-də rayonda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsi yaradılıb[9].
İkinci Qarabağ müharibəsi nəticəsində düşməndən azad olunan ərazidə ilk salınan yaşayış məntəqəsi Zəngilan rayonunun Ağalı qəsəbəsi olub.
Coğrfiyası
Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Əhalisi
- 1 yanvar, 2009-cu ilin məlumatları əsasında
| ərazi | ||||||
|---|---|---|---|---|---|---|
| cəmi | kişi | qadın | ||||
| nəfər | faiz | nəfər | faiz | nəfər | faiz | |
| Zəngilan rayonu | 39106 | 100,0 | 15764 | 100,0 | 23342 | 100,0 |
| Şəhər əhalisi | 17576 | 44,94 | 6937 | 44,01 | 10639 | 45,58 |
| Kənd əhalisi | 21530 | 55,06 | 8827 | 55,99 | 12703 | 54,42 |
Tanınmış sakinləri
- Müşfiq Orucov – Şəhid, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
- Rəhim Abasəliyev — Kikboksinq və Muay-Tay idman növləri üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Prezident mükafatçısı.
- Abbasova Adilə Ziyat qızı – fizika-riyaziyyat elmləri doktoru, professor
- Paşayev Rizvan Teymur oğlu – fizika-riyaziyyat elmləri doktoru, professor
- Bağırov Bayram Məhəmməd oğlu – texnika elmləri doktoru
- Məmmədov Mürşüd Cabbar oğlu – tibb elmləri doktoru, professor
- Mütəllim Həsənov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim.
- Əli bəy Azəri – Yazıçı-publisist, "Rəsmi Bakı" qəzetinin və "Xəzan" jurnalının baş redaktoru, müharibə veteranı
- Eyvaz Qocayev — jurnalist, "sumqayitxeber.com" xəbər portalının təsisçisi və baş redaktoru
- Məhəmməd Əsədov –Dövlət xadimi, general-mayor
- Qulu Məhərrəmli – jurnalist-professor
- Nəsiman Yaqublu – jurnalist, professor
- Ənvər Məmmədyarov — Dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı
- Almaz Orucova — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti
- Şəhriyar Məmmədyarov — Azərbaycan şahmat qrosmeysteri
- Qoşqar Təhməzli— Tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
- Dadaş Zeynalov
- Peçorin Kərimov — Kimya üzrə fəlsəfə doktoru, dosent.
- Babayeva Gülnarə Rafiq qızı, kimya üzrə fəlsəfə doktoru.
İdman
1980-ci illərə qədər rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb. Rayonun futbol komandasının adı isə "Süsən" idi.
Həmçinin bax
- "Zəngilanın azad olunmasına görə" medalı
- Zəngilan Beynəlxalq Hava Limanı
- Zəngilan rayonunun abidələri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəngilan rayonu haqqında məlumat. Zəngilan rayonu nədir? Zəngilan rayonu nə deməkdir?
