Azərbaycan dilləri dörd dil ailəsinəndə təzahür edir:Hind-Avropa, Altay, Kartveli, Nax-Dağıstan. Azərbaycanda ən yayılmış dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə ümumi əhalinin 98,6 % bu dildə sərbəst danışa bilir. Xarici dillərdən isə Rus dili və İngilis dili ən geniş yayılmışlardı. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri tat dilindən istifadə etsələrdə son zamanlar miqrasiya və modernizasiya ilə əlaqəli olaraq unudulur.


Dillər
Azərbaycan Respublikasının Konstitusiyasına görə rəsmi dil Azərbaycan dilidir. Konstitutsiyasıyaya görə dövlət rəsmi dilə yanaşı digər dillərin inkişafını təmin edir.
Rəsmi dil
Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir. Dil haqqında qanuna görə Azərbaycan dili dövlət tərəfindən qorunur və inkişaf etdirilir.
Rus dili
Rus dili Azərbaycanda yayqın dildir. Bununla belə əsasən rus milli azlığı tərəfindən məişətdə istifadə edilir. Son on illiklər ərzində isə ingilis dili bu dili xarici dil olaraq böyük həcmdə sıxışdırmışdır.
Erməni dili
Hazırda Azərbaycan ərazisi daxilində erməni dili işğaldan azad olunmuş Qarabağ ərazilərində yaşayan ermənilər tərəfindən istifadə edilir. Üstəlik Ermənistandan deportasiya olunmuş azərbaycanlılarında bir qismi bu dili sərbəst şəkildə bilsədə günlük məişətdə istifadə edilmir.
Dağıstan dilləri
İran dilləri
- Dağ yəhudiləri dili
- Kürd dili
- Tat dili
- Talış dili
Azərbaycanda UNESCO tərəfindən təhlükə altında hesab edilən dillər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan dilləri haqqında məlumat. Azərbaycan dilləri nədir? Azərbaycan dilləri nə deməkdir?