Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

VI Corc (ing. George VI, əsl adı Albert Frederik Artur Georq, 14 dekabr 1895[…], Norfolk qraflığı – 6 fevral 1952[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) —

VI Georq

  • Ana Səhifə
  • Vikipediya
  • VI Georq

VI Corc (ing. George VI, əsl adı Albert Frederik Artur Georq, 14 dekabr 1895[…], Norfolk qraflığı – 6 fevral 1952[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Böyük Britaniyanın və onun dominionları olan Kanada, Avstraliya və Cənubi Afrikanın 11 dekabr 1936-cı ildən vəfatına qədər kralı. Vindzorlar sülaləsindəndir.

VI Corc
ing. George VI
Böyük Britaniya kralı
11 dekabr 1936 – 6 fevral 1952
ƏvvəlkiVIII Eduard
SonrakıII Elizabet
Kanada kralı
11 dekabr 1936 – 6 fevral 1952
ƏvvəlkiVIII Eduard
SonrakıII Elizabet
Hindistan imperatoru
11 dekabr 1936 – iyun 1948
ƏvvəlkiVIII Eduard
Sonrakıvəzifə ləğv edilib
York hersoqu
3 iyun 1920 – 11 dekabr 1936
Şəxsi məlumatlar
Doğum adı Prince Albert Frederick Arthur George of York
Doğum tarixi 14 dekabr 1895(1895-12-14)[…]
Doğum yeri
  • Norfolk qraflığı, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 6 fevral 1952(1952-02-06)[…] (56 yaşında)
Vəfat yeri
  • Sandrinqem sarayı[d], Sandrinqem[d], Kinqs-Linn-end-Uest-Norfolk[d], Norfolk qraflığı, İngiltərə, Birləşmiş Krallıq
Vəfat səbəbi ağciyər xərçəngi
Təhsili
  • Triniti Kolleci (–1920)
Atası V Corc
Anası Mariya Tek
Həyat yoldaşı
  • Yelizaveta Bouz-Layon (1923–1952)[…]
Uşaqları
  • II Elizabet,
  • Şahzadə Marqaret
Hərbi xidmət
Qoşun növü Krallıq donanması, Kral Hərbi Hava Qüvvələri, Britaniya Ordusu
Rütbəsi
  • Ali Baş Komandan
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Yutlandiya döyüşü

Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Bant ordeni Order of the Thistle Order of St Patrick "Qüdrətli hamam" ordeni Order of the Star of India Distinguished Service Order Imperial Service Order "Ləyaqət legionu" ordeninin baş komandan dərəcəsi "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi "Ağ qartal" ordeninin böyük cəngavər xaçı "Karageorgi ulduzu" ordeni qılınclı 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni — 1917 I Leopold ordeni Order of Carol I "Xilaskar" ordeni "Müqəddəs Georgi və Konstantin" kral ailəsi ordeni "Feniks" ordeni "Efiopiya ulduzu" ordeni "Fəxri legion" ordeninin böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni boyünbağılı "Payızgülü" ordeni "Payızgülü" ordeninin böyük lenti War Cross Order of Saints Cyril and Methodius Equal-to-apostles — 1938 "Müqəddəs Karl" ordeni "Serafimlər" ordeni Knight Grand Commander of the Order of the Dannebrog Military Order of Italy Knight Grand Cross of the Military Order of William — 1946 Pəhləvi ordeni "Hüseyn ibn Əli" ordeni Order of the Supreme Sun Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni "Məhəmməd Əli" ordeni Order of the Two Rivers "Fil" ordeninin cəngavər dərəcəsi — 1920 Companion of Honour Knight of the Sovereign Military Order of Malta "Xidmət" ordeni Order of Ojaswi Rajanya Grand Cross of the Sash of the Three Orders "Qələbə" medalı Companion of the Liberation Royal Victorian Chain — 1927
Monoqram Monoqramın şəkli
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olmuşdur.

Mündəricat

Həyatı

Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci Dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir.

1923-cü ildə o Elizabet Bouz-Layonla evlənmiş, bu evlilikdən iki qızı dünyaya gəlmişdir – gələcək kraliça Elizabet və şahzadə Marqaret.

1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı. Bu halda Britaniya monarxiyasının böhranı başlaya bilərdi. Bu halda o, ya bu izdivacdan əl çəkməli, ya da krallıqdan imtina etməli idi. Eduard taxt-tacdan imtina etmək qərarına gəlir və kiçik qardaşı Corc VI Corc adı ilə kral elan edilir. Bununla da o, Vindzorlar sülaləsinin taxtda əyləşən üçüncü nümayəndəsi olur.

Kral fəaliyyəti

VI Corcun taxt-taca çıxması münasibətilə Böyük Britaniyada buraxılmış 1 kronluq sikkə.1937-ci il

Onun kral elan edilməsindən 24 saat sonra İrlandiya parlamenti xarici əlaqələr haqqında qanun qəbul etdi. Bu qanuna görə İrlandiya Azad Dövlətində kralın rolu əsaslı şəkildə azaldılırdı. Bundan başqa, Böyük Britaniyanın faşist Almaniyası ilə müharibə vəziyyətində olması, İtaliya və Yaponiya ilə müharibə etməsi də monarxiyanın vəziyyətini xeyli çətinləşdirirdi. Böyük Britaniya və onun müttəfiqlərinin İkinci dünya müharibəsində qələbəsinə baxmayaraq, ölkənin dünya proseslərinə təsiri xeyli azalmışdı. 1947-ci ildə Hindistan və Pakistanın müstəqillik qazanması və 1949-cu ildə İrlandiyanın respublika elan edilməsi ingilis imperiyasının dağılmasını sürətləndirdi və Millətlər Birliyi adlı yeni təsir formatı yaradıldı.

Həyatının son illəri

İkinci Dünya müharibəsinin gərginliyi VI Corcun sağlamlığına ciddi təsir edir. Həmçinin, ağır tütün növlərindən istifadə etməsi onda bir sıra xəstəliklərin, o cümlədən ağciyər xərçənginin yaranmasına səbəb olur. Qızı, vəliəhd Elizabet tez-tez onu monarx kimi əvəz etməli olur. Avstraliya və Yeni Zellandiyaya nəzərdə tutulan səfər onun 1949-cu ilin martında sağ ayağında aparılan cərrahi əməliyyata görə təxirə salınır.

Kralın və kraliçanın təxirə salınmış səfərinin yerinə şahzadə Elizabet və onun həyat yoldaşı hersoq Filipin səfəri təşkil edilir. 1951-ci ilin mayında kral yaxşı əhvali-ruhiyyə ilə Böyük Britaniya Festivalını açır, ancaq 23 sentyabr 1951-ci ildə onun ağciyərindən bədxassəli şiş götürülür. Noyabr ayında parlamentin ilk iclasında kralın yerinə təbrik məktubunu lord-kansler Gevin Simonds təqdim edir. 31 yanvar 1952-ci ildə yaxınlarının etirazına baxmayaraq o, qızı Elizabeti Keniyaya yola salmaq üçün hava limanına gəlir. 6 fevralda VI Corc Norfolkdakı evində 56 yaşında ürək damarında trombdan yuxuda ikən keçinir. Şahzadə Elizabet Keniyadan Böyük Britaniyaya kraliça II Elizabet kimi qayıdır.

O, 15 fevralda Vestminster-Hollda, tanınmış dövlət xadimlərinin dəfn edildiyi kilsə qəbiristanlığında dəfn edilmişdir. 2002-ci ildə vəfat etmiş həyat yoldaşı ana-kraliça Elizabet Bouz-Layon və qızı Marqaret onunla yanaşı dəfn edilmişlər.

Xatirəsi

VI Corc indiyədək ölkəsində hörmətlə yad edilir. Onun heykəli qoyulmuş və bir çox filmlərdə obrazı yaradılmışdır.

Həmçinin bax

  • Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
  • Millətlər Birliyi
  • II Elizabet

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VI Georq haqqında məlumat. VI Georq nədir? VI Georq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mürəbbə

  • Fevral 27, 2026

    Kolumb

  • Fevral 27, 2026

    Dunqanlar

  • Fevral 27, 2026

    Kiş

  • Fevral 27, 2026

    MiQ-29

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst