Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qızılbalıqlar (lat. Salmonidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nəsli kəsilmək ü

Qızılbalıqlar

  • Ana Səhifə
  • Vikipediya
  • Qızılbalıqlar

Qızılbalıqlar (lat. Salmonidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Qızılbalıqlar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Klad:
Euteleostei
Dəstəüstü:
Protacanthopterygii
Dəstə:
Qızılbalıqkimilər
Fəsilə:
Qızılbalıqlar
Beynəlxalq elmi adı
  • Salmonidae Cuvier, 1816[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161931
NCBI  8015
EOL  5158
FW  

Qızılbalıqlar soyuq su sevirlər. Buna görə də planetin şimal zonasında geniş yayılmış və balıqlar sinfinin ən qiymətli növlərini özündə birləşdirən qrupdur. Qızılbalıqları çəki kimi balıqlardan fərqləndirən ən xarakterik əlamət onların quyruq hissəsinin üstündə xırda piy üzgəcinin olmasıdır. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi — xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Xəzər qızılbalığı, xüsusilə onun Kür populyasiyası ətinin keyfiyyətinə, sürətlə böyüməsinə ve ölçüsünə görə qızılbalıqlar arasında birinci yerdə durur, lakin az saylı olduğu üçün balıq ovunda ikinci dərəcəli əhəmiyyət kəsb edir. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir. Bütün həyatı boyu bədənlərinin rəngi bir neçə dəfə dəyişir. Xüsusilə çoxalma qabağı onların rəngi daha gözəl və parlaq olur. Qızılbalıqlar keçici balıq olduğundan çoxalmaq üçün dənizdən çaylara girərkən uzun məsafə (10 min km-dək) qət edirlər. Onlar kürülərini ancaq təmiz, oksigenlə zəngin və soyuq suyu olan çayların mənbəyinə tökür. Bu qədər məsafəni qət etmək üçün balıqlar dənizdə olarkən intensiv qidalanır, əzələ və daxili orqanlarında çoxlu piy qatı toplayırlar. Çayın axarı əksinə 9–10 ay müddətində hərəkət edən balıqlar 3–4 m hündürlüyündə maneələri aşır, çoxlu enerji sərf edirlər. Bu vaxt onlar qidalanmır. Onlar bütün bunları nəsi artırmaq üçün edirlər. Qızılbalıqlar çox sürətlə üzən balıqlardır. Qızıl balıqlar çayın sürətli axarında qumlu, çınqıllı yerlərdə 0,5 m-dək dərinlikdə kürülərini tökür. Kürü tökdükdən sonra bu balıqlar, o cümlədən Xəzər qızılbalığı, Uzaq Şərq qızılbalığı və b. məhv olurlar. Kürüdən çıxmış körpələr 2, bəzən 3 il çayda qaldıqdan sonra dənizə qayıdırlar. Bu zaman körpələr boz-kül rəngində olur və sonradan gümüşü rəng alırlar. Dənizdə cinsi yetişkənliyə çatdıqdan sonra qızılbalıqlar yenidən dünyaya gəldiyi çaya miqrasiya edirlər.

Yarımfəsilələri

  • Coregoninae
  • Salmoninae
  • Thymallinae

Həmçinin bax

  • Alabalıq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qızılbalıqlar haqqında məlumat. Qızılbalıqlar nədir? Qızılbalıqlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fyodor Tyutçev

  • Fevral 27, 2026

    Dəhnamə (Xətai)

  • Fevral 27, 2026

    Aleksandr Vasilevski

  • Fevral 28, 2026

    Nineva

  • Fevral 26, 2026

    Riqa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst