| Bu məqalə Qusar rayonu haqqındadır. Qusar şəhəri üçün Qusar səhifəsinə baxın. |
Qusar rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Qusar şəhəridir.
| Rayon | |
| Qusar rayonu | |
|---|---|
| |
| 41°25′ şm. e. 48°26′ ş. u.HGYO | |
| Ölkə | |
| Daxildir | Quba-Xaçmaz |
| İnzibati mərkəz | Qusar |
| İcra başçısı | Sahir Məmmədxanov |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 avqust 1930 |
| Sahəsi | 1 542 km² |
| Hündürlük | 1.284 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 101 687 nəfər (2023) |
| Rəqəmsal identifikatorlar | |
| ISO kodu | AZ-QUS |
| Telefon kodu | +994 23 |
| Poçt indeksi | AZ 3800 |
| Avtomobil nömrəsi | 38 |
| Rəsmi sayt | |
![]() | |
Böyük Qafqaz dağlarının ətəyində yerləşir.
Ümumi ərazisi 1 542 km². Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 .
Bakı şəhərindən məsafəsi 180 km-dir.
Tarixi
Rusiya imperiyası ilə mübarizə
1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Məhəmməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.
Qusar bölgəsinin bütün sixilləri bu üsyanda iştirak etdi, ümumilə 12.000 insan var idi.
1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.
Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar.
Hazırkı Qusar rayonunun ərazisi 1840-cı ildə Quba qəzasının tərkibində Xəzər vilayətinə daxil edilmişdir. 1846-cı ildə onun ərazisi Dərbənd quberniyasının tərkibinə, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilir. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüşdür və 1938-ci ildən isə bura şəhər statusu verilmişdir. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963–1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir.
Etimologiya
Qusar toponiminin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur.
İndiki "Qusar" toponimi əvəllər "Ksar" (Ксар), daha sonra isə "Ktsar"(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.
Digər bir mülahizəyə görə isə Qusar sözü qus/quz (qədim türk tayfası) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və "quzlardan olan kişi" mənasında işlənmişdir.
Coğrafi mövqeyi
Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2 -dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Qusar rayonu sərhədlərinin uzunluğu 255 km-dir. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan) (95 km), şimal-şərqdən Xaçmaz rayonu (65 km), cənub-şərqdən isə Quba rayonu (70 km), cənub-qərbdən isə Qəbələ rayonu (25 km) ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur–Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.
Relyefi
Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.
Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.
İqlimi
Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda −14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350–1500 mm-dir.
Təbii ehtiyatlar – gil yataqları, palıd, fıstıq, vələs və s. meşələr
Əhalisi
| Rayon | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 2010 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | |
| Əhali | 89,3 | 95,1 | 96,2 | 97,2 | 98,1 | 99,8 | 100,4 | 100,9 | 101,7 |
| Artım | 972 | 1128 | 1031 | 910 | 784 | 835 | 601 | 378 | 745 |
| Təbii artım | |||||||||
| Doğum | 1706 | 1808 | 1644 | 1583 | 1391 | 1465 | 1380 | 1182 | 1319 |
| Ölüm | 734 | 680 | 613 | 673 | 607 | 630 | 779 | 804 | 574 |
| Həmçinin | |||||||||
| Evlilik | 887 | 622 | 655 | 599 | 594 | 525 | 331 | 519 | 509 |
| Boşanma | 112 | 112 | 121 | 144 | 138 | 156 | 145 | 121 | 136 |
Bu statistikadan Qusar rayonunda başqa rayonlarla müqayisədə nisbətən az uşaq doğulduğunu görmək olar. Məsələn, 2015-ci ildən 2019-cu ilədək Qusarda cəmi 7 891 uşaq doğulub, amma eyni müddətdə Xaçmazda təqribən 2 dəfə çox (14 558) uşaq, Cəlilabadda isə təxminən 3 dəfə çox (21 726) uşaq doğulub.
Rayonun əsas problemi; uşaqların az doğulması və gənc əhalinin rayondan başqa yerlərə köçməsi, əsasən Bakı və Rusiyanın şəhərlərinə. Bu da Qusar rayonun inkişafı üçün ciddi bir problem yaradır və rayon əhalisinin azalmağına gətirib çıxardır.
Milli tərkib
| Qusar rayonu əhalisinin milli tərkibi | |||
|---|---|---|---|
| Etnik qrup | 1999 | 2009 | 2019 |
| Ləzgi | 77 278 (94,67%) | 81 629 (94,63 %) | 86 021 (86,45%) |
| Azərbaycanlı | 5 162 (5,86 %) | 4 956 (6,06 %) | 13 105 (13,17%) |
| Rus | 189 (0,23 %) | 87 (0,10 %) | 101 (0,10%) |
| Türk | 82 (0,10 %) | 102 (0,12 %) | 70 (0,07%) |
| başqa | 63 (0,07 %) | 37 (0,01 %) | 211 (0,22%) |
| hamısı | 80 816 (100 %) | 87 857 (100 %) | 99 508 (100,0%) |
Dil
Rayon ərazisi Ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.
| 2000 | 2005 | 2010 | 2015 | 2020 |
|---|---|---|---|---|
| 98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Son 10 ildə (2009–2019) Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
| Etnik qrup | Ləzgi dili ana dili saymayan | Ləzgi dili sərbəst danışan | Azərbaycan dili sərbəst danışan | Rus dili sərbəst danışan |
|---|---|---|---|---|
| ləzgi | 9.10% | 91.70% | 96.30% | 23.70% |
| Etnik qrup | Ləzgi dili ana dili saymayan | Ləzgi dili sərbəst danışan | Azərbaycan dili sərbəst danışan | Rus dili sərbəst danışan |
|---|---|---|---|---|
| ləzgi | 24.90% | 85.20% | 96.10% | 38.90% |
Qusarın kəndləri
| Say | Kəndlər | Əhali (2009) |
|---|---|---|
| 1 | Aşağı Ləgər | 1725 |
| 2 | Avaran | 1341 |
| 3 | Xürəl | 1061 |
| 4 | Bala Qusar | 1446 |
| 5 | Bədirqala | 765 |
| 6 | Həsənqala | 1200 |
| 7 | Köhnə Xudat qazmalar | 663 |
| 8 | Düztahir | 1635 |
| 9 | Gican | 517 |
| 10 | Böyük Muruq | 564 |
| 11 | Əcəxur | 786 |
| 12 | Əcəxuroba | 221 |
| 13 | Əniq (Ünüğ) | 2129 |
| 14 | Gədəzeyxur | 2225 |
| 15 | Gilahoba | 504 |
| 16 | Haçatala | 271 |
| 17 | Nəcəfkəndoba | 109 |
| 18 | Bədişqala | 1071 |
| 19 | Gündüzqala | 976 |
| 20 | Girik | 1196 |
| 21 | Həzrə (Yargun) | 1356 |
| 22 | Həzrəoba (Yargunoba) | 15 |
| 23 | Ləcət | 650 |
| 24 | Hil | 5022 |
| 25 | Aşağı Qələnxur | 94 |
| 26 | Gilah | 98 |
| 27 | Xuluq | 369 |
| 28 | Nəcəfkənd | 341 |
| 29 | Xuray | 676 |
| 30 | Suvacal | 670 |
| 31 | Yuxarı Ləgər | 533 |
| 32 | Aşağı İmamqulukənd (Maqudoba) | 498 |
| 33 | İmamqulukənd (Maqudxür) | 2798 |
| 34 | Mucuqoba | 331 |
| 35 | Suduroba | 308 |
| 36 | Əvəcük (Əvəcuq) | 863 |
| 37 | Köhnə Xudat | 1766 |
| 38 | Caqar | 417 |
| 39 | Çətgün | 149 |
| 40 | Kuzun | 847 |
| 41 | Laza | 318 |
| 42 | Zindanmuruq | 705 |
| 43 | Atlıxan | 664 |
| 44 | Avaranqışlaq | 490 |
| 45 | Caqarqışlaq | 641 |
| 46 | Kuzunqışlaq | 1052 |
| 47 | Zindanmuruqqışlaq | 434 |
| 48 | Qalacıq | 1313 |
| 49 | Langi | 347 |
| 50 | Minaxür | 242 |
| 51 | Yeni Həyat (Muqrağ) | 711 |
| 52 | Quxuroba | 1980 |
| 53 | Yasaboba | 488 |
| 54 | Gicanoba | 142 |
| 55 | Əniqoba (Ünüğoba) | 737 |
| 56 | Hiloba | 460 |
| 57 | Xuluqoba | 109 |
| 58 | Ləgərqışlaq (Lakar) | 536 |
| 59 | Çubuqlu | 459 |
| 60 | Qayakənd | 460 |
| 61 | Mucuq | 1243 |
| 62 | Ukur | 611 |
| 63 | Piral | 1944 |
| 64 | Cibir | 1091 |
| 65 | Samur | 2388 |
| 66 | Yeni Tahircal | 483 |
| 67 | Sudur | 568 |
| 68 | Əlix | 86 |
| 69 | Kənarçay (Genervaç) | 357 |
| 70 | Quxur | 52 |
| 71 | Arçan | 101 |
| 72 | Quturğan | 757 |
| 73 | Yerği kek | 75 |
| 74 | Kufoba | 413 |
| 75 | Qaratoba | 637 |
| 76 | Qullar (Lukar) | 303 |
| 77 | Salahoba | 261 |
| 78 | Şirvanlı (Şirvanovka) | 1210 |
| 79 | Torpaqkörpü | 247 |
| 80 | Üzdənoba | 614 |
| 81 | Zuxuloba | 121 |
| 82 | Urva (Vurvar) | 2472 |
| 83 | Çiləgir | 928 |
| 84 | Urvaoba (Vurvar oba) | 278 |
| 85 | Yasab | 1838 |
| 86 | Yuxarı Qələnxur | 531 |
| 87 | Yuxarı Tahircal | 486 |
| 88 | Zuxul | 372 |
| 89 | Yuxarı Zeyxur | 1020 |
İqtisadi xarakteristikası
2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.
Tanınmış şəxsiyyətləri
Tarixi şəxsiyyətlər
- Qazi Məhəmməd Xuluqvi (1795–1832) — İmam, Quba üsyanın rəhbəri.
- Abrek Yar-Əli Hilivi — Abrek, Quba üsyanın rəhbərindən biri.
- Mushab-Əli Kuzunvi — İmam və bolşevik rejiminə qarşı müqavimətinin liderlərindən biri.
Hərbiçilər
- Şair Ramaldanov (1957) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki.
- Tehran Mənsimov (1972) — Azərbaycan Silahlı Qüvvələrinin (XTQ) polkovniki.
- Çingiz Qurbanov (1994–2016) — Azərbaycanın Milli Qəhrəmanı.
- Mahmud Əbilov (1898–1972) — Hərbi xadim, general-mayor.
Alimlər
- Kamil Aydazadə (1950) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar müəllim.
Şairlər
- Sədaqət Kərimova (1953) — Şairə, bəstəkar, dramaturq.
- Kələntər Kələntərli (1933–2012) — Şair, publisist, dramaturq, "Tərəqqi" medalı təltifçisi.
- Asəf Mehman (1930–2015) — Bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın xalq artisti.
- Əkbər Fərzəliyev (1932–1999) — Azərbaycanın kino aktyoru.
İdmançılar
- Nazim Hüseynov (1969) — Cüdoçu, qızıl medalla Azərbaycanın ilk Olimpiya çempionu, "Şöhrət" ordeni təltifçisi.
Digər
- Mirzə Vəliyev (1923–1944) — Sovet İttifaqı Qəhrəmanı.
Mədəniyyət və təhsil müəssisələri
Özunə məxsus çalarları və cazibədar məlahətlə daima seçilən Azərbaycan musiqisi özunün dinamik inkşaf sürətinə regionlardada musiqi mədəniyyətinin formalaşıb genişlənməsinə münbit şərait yatarmışdır.
Bu baxımdan Qusarda da yaşam üçün ruhi qida sayılan musiqinin elmi əsaslar üzərində öyrənilməsinin və yerli kadrların hazırlanmasının təməli ötən əsrin 60-cı illərindən qurulmuşdur.
Musiqi insanları yaşamları boyunca daima müşayiət etməkdədir. Bu baxımdan Qusar rayonunda musiqi ocağı yaradılanadək həvəskar musiqiçilər mənəvi xidməti istedad ve bacarıq çərçivəsi daxilində yerinə yetirmiş mədəniyyətin belə vacib qolunu yaşatmışdır.
Qusar şəhərində 7 illik musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 596 nömrəli 3 avqust 1960-cı il tarixli əmrilə yaradılmışdır. Həmin əmrlə Oqtay Məmməd oğlu Allahverdiyev məktəbin ilk direktoru həm də Tar ixtisası üzrə müəllim təyin olunmuşdur. Nazirliyin 03.09.1960-cı il tarixli 714 nömrəli əmri ilə "Fortepiano" ixtisasının tədrisi Boçkova Lidiya İvanovnaya həvalə edilmişdir. Beləliklə əsasında "Tar" və "Fortepiano" ixtisasları üzrə musiqi məktəbi yaradılmışdır. İlk illərdə məktəb üçün indiki Fəxrəddin Musayev küçəsində bir vaxtlar mədəniyyət evi olaraq fəaliyyət göstərmiş bir mərtəbəli, ağac tirlərdən tikilmiş binada iki otaq ayrılmişdır. Sonralar sənət ocagı Heydər Əliyev prospektində indi yaşayış mənzili kimi istifadə edilən və əvəllərin şəhər mehmanxanası olmuş binaya köçürülmüşdür.
Musiqi məktəbinin ilk illərində onun fəaliyyətini xüsusilə xarakterizə edən cəhət yerli kadrların yoxluğu, kənardan gələnlərin isə daimi olmaması ilə səciyyələnirdi. Ona görə də 1967-ci ildən etibarən tədris ocağının rəhbərliyi ilk məzun kadrlarından yararlanmaği qarşiya məqsəd qoydu və Liza Akimova, Abdulkərim Seyidov, Bəxtiyar Babayev, Tanya Sırıseva, Xanlar Vəlimətov və Vidadi Məmmədov "Fortepiano" və "Tar" ixtisasları üzrə bir il müddətinə tədris məşğələlərinə cəlb olundular. Musiqi təhsililə yanaşı orta məktəbidə bitirən şagirdlərin əksəriyyəti qeyri-musiqi istiqaməti üzrə ali ve orta ixtisas məktəblərində oxumağı üstün tuturdular. Bununla yanaşı ömürlərini yalnız musiqiyə bağlayan kadrlar da az olmadı.
Musiqini öyrənməyə meyilli kontingentin artması bu sənət ocağı üçün ayrıca binanın inşasını gündəmə gətirdi. Mədəniyyət nazirliyi və rayon rəhbərliyinin bilavasitə dəstəyi sayəsində layihə tipli musiqi məktəbinin tikilməsi üçün Məhəmməd Əmin Rəsulzadə küçəsində 6300 km² ərazi ayrılaraq iki mərtəbəli binanın bünövrəsi qoyuldu.
Yeni bina və gücləndirilmiş maddi-texniki baza musiqi məktəbində "Qarmon", Nağara, Klarnet, Kamança, Balaban kimi ixtisasları tədris etmək və şagird kontingentini artırmaq üçün şərait yaratdı. Eyni zamanda müəllim kadrlarını ixtisas hazırlıq səviyyəsini də gündəmə gətirmişdir. Buna görə də müəllimlər üçün qiyabi təhsil almaq zərurətə çevrilmişdir. Musiqi məktəbinin müəllimləri və məzunları Sumqayıt, Dərbənd orta ixtisas məktəblərində qiyabi və əyani təhsil alirdılar.
Bakıda müntəzəm olaraq keçirilən musiqi məktəbləri şagirdlərinin Respublika baxışında Qusar musiqi məktəbinin müəllim və şagird heyətidə uğurla çixiş edirdi. Musiqi fənlərilə yanaşı tədris dairəsinin incəsənətin digər ixtisasları (xoreoqrafiya, rəssamlıq) hesabına genişlənməsi sayəsində 1984-cü ilin sentyabrından etibarən bu sənət ocağı "İncəsənət məktəbi" adlanmışdır.
Musiqiyə həvəs göstərən şagirdlərin mövcudluğu, valideynlərin xahiş ərizələri alınaraq Respublika Mədəniyyət Nazirliyinin göstərişi ilə 1988-ci ilin sentyabrında Quxur oba kəndində Qusar İncəsənət məktəbinin filialının axşam şöbəsi açılmışdır.
Sonrakı illərdə məktəbdə tədris olunan fənlərin sayı artmiş, yeni şöbələr yaranmışdır. 1998-ci ildə məktəbdə tədris edilən ixtisasların siyahısına "Skripka" sinfi əlavə edilmiş, 2008-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə "Xanəndəlik" şöbəsi açılmışdır.
Hazırda Qusar rayon uşaq İncəsənət məktəbində 10 ixtisas üzrə 373 nəfər şagird təhsil alır və onlara 95 nəfər orta və ali ixtisas təhsilli müəllim dərs keçir.
Musiqi həyatımızın ayrılmaz və tərkib hissəsi olub, insanların mənəvi ehtiyaclarını ödəməklə özünün tarixi missiyasını yerinə yetirməkdədir. Qusar İncəsənət məktəbidə belə şərəfli yolun yolcusudur.
Maddi-mədəni irsi
Rayon ərazisində bir sıra tarixi abidələr mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.
Qalereya
Həmçinin bax
- Azərbaycanın inzibati bölgüsü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qusar rayonu haqqında məlumat. Qusar rayonu nədir? Qusar rayonu nə deməkdir?




