Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Ə

Səfərəli Babayev

  • Ana Səhifə
  • Vikipediya
  • Səfərəli Babayev

Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü (2003).

Səfərəli Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1923(1923-03-15)
Doğum yeri
  • Naxçıvan rayonu, Naxçıvan MSSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2003(2003) (79–80 yaşında)
Uşaqları
  • Elçin Babayev,
  • Nazim Bababəyli
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni — 20032003

Mündəricat

Həyatı

Səfərəli Babayev 1923-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur.

  • 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmişdir.
  • 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir.
  • 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur.
  • 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir.
  • 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Əmək fəaliyyəti

  • 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir.
  • 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi seçilmişdir.
  • 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur.
  • 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri təyin olunub
  • 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini
  • 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
  • 1960–1963-cü illərdə Azərbaycan KP Naxçıvan rayon komitəsinin birinci katibi olmuşdur.
  • 1963–1965-ci illərdə Naxçıvan MR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsinin sədri olmuşdur.
  • 1965–1970-ci illərdə Naxçıvan MR Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdir.
  • 1970–1972-ci ildə Azərbaycan Pedqoji İnstitutu Naxçıvan filialının direktoru vəzifəsində çalışmışdı.
  • 1972-ci ildən başlayaraq Naxçıvan Pedaqoji İnstitutunda Coğrafiya kafedrasının müdiri, dekan və dosent vəzifələrində işləmişdir.
  • 1996-cı ildən ömrünün sonuna qədər Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Uniıversitetin Coğrafia kafedrasının müdiri olmuşdur.
  • 1959–2003-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olmuşdur.
  • 1959-cu ildən 3 çağırışda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmişdir. S. Y. Babayev uzun illər Naxçıvan MR-sı Ağsaqqallar Şurasının sədr müavini və sədri olmuşdur.

Elmi əsərləri

Elmdə məşğul olduğu əsas sahə fiziki coğrafiya, landşaftların tədqiqi olmuşdur. Elmi tədqiqatları əsasən Naxçıvan MR-nın fiziki coğrafiyası, təbii sərvətləri, təbiətin mühafizəsi, toponimikası və s. öyrənilməsinə həsr olunmuşdur. Onlarla elmi əsərin müəllifidir. Onun bir çox əsərləri daha çox elmi əhəmiyyətə malikdir.Onun 8-i xaricdə çap olunmaqla, ümumilikdə 85 elmi əsəri işıq üzü görmüşdür.

  • "Qədim diyarın təbiəti" (1970)
  • "Əfsanələr diyarı" (2001)
  • "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri". 1999
  • "Naxçıvan MR-nin coğrafiyası" (1999), və s.

“Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə sübut olunmuşdur. Bu əsərə görə ona "Əməkdar elm xadimi fəxri" adı verilmişdir. Alimin bir çox elmi-praktik təklifləri həyata keçirilmişdir. Onun rəhbərliyi ilə ilk dəfə muxtar respublikanın təbii şəraiti toplum halında öyrənilmiş, landşaftının təsnifatı, səciyyəsi, xəritəsi verilmişdir.

Mükafatı

  • Xidmətlərinə görə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin 2 Fəxri fərmanı
  • SSRİ Coğrafiya Cəmiyyətinin 1 Fəxri fərmanı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səfərəli Babayev haqqında məlumat. Səfərəli Babayev nədir? Səfərəli Babayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsmayıllı bələdiyyəsi

  • Fevral 27, 2026

    Sabun opera

  • Fevral 27, 2026

    Aviceda leuphotes

  • Fevral 27, 2026

    Şorəbil gölü

  • Fevral 27, 2026

    Viktor Çernomırdin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst