Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada

Qara Dərviş

  • Ana Səhifə
  • Vikipediya
  • Qara Dərviş

Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi.

Qara Dərviş
Ümumi məlumatlar
Doğum adı Hikmət
Ləqəbi Qara Dərviş
Doğum tarixi 11 oktyabr 1990(1990-10-11) (35 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, səs rejissoru
Fəaliyyət illəri 2008-ci ildən
Janrlar hevi-metal, treş-metal, caz, klassik musiqi, proqressiv metal[d], fank[d]
Musiqi aləti elektrogitara
Səs tembri bariton
Albom şirkətləri Sekiz Müzik Yapım, Darvisch Creative Sounds
Əlaqələri Flora Kərimova, Alim Qasımov, Əlixan Səmədov, Brilliant Dadaşova, Nisə Qasımova, Okaber, Rafiq Seidzadə, Mustafa Ceceli, Petek Dinçöz, Rasim Balayev, Brazzaville, Filligar, Pentagram, Kök, Kurban, Yuxu.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır.

Fəaliyyəti

"TEDx Baku" 2013-cü il, Bakı, Azərbaycan.

Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjiman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır. Yaşıl Teatrda Amerikanın "Filligar" qrupu ilə səhnə alaraq, Azərbaycan rokunu təmsil edən Qara Dərviş musiqidəki imkanlarının inkşafı üçün 2013-cü ildə Azərbaycandan köçür. SAE İstanbulda (Audio Engineering & Producing (2013)) təhsil aldıqdan sonra Bahçeşehir Universiteti – (Sound Technologies (magistr (2014))) fakültəsinə qəbul olaraq akademik təhsilinə davam etməkdə qərarlı olan Qara eyni zamanda Azərbaycanın korifey sənətkarları, xalq artistləri – Alim Qasımov və Əlixan Səmədovun (Çıx yaşıl düzə) da yer aldığı "National Pearls" adlı ilk albomunu da 2015-ci ildə təqdim edir. Səsyazmaları 3 il (Bakı, Tiflis, İstanbul) davam edən bu albomun təqdimatı Türkiyə və Azərbaycan olmaqla iki ölkədə baş tutur. Albomun səsyazmaları "Darvisch Creative Sounds", "SAE İstanbul", "BAU" Studios və Dodo Studioda həyata keçirlir. Albom "Sekiz Müzik Yapım" tərəfindən yayımlanır. Daha sonra Azərbaycana qayıdan Qara, Bakıda "Keçmiş", "Yağmur", "Yorğun", adlı bəstələrinə klip çəkir. 2017-ci ildə xalq artisti Nisə Qasımova ilə duet olan "Yalandır Dünya" adlı mahnının klipini təqdim edir. Azərbaycanın və Türkiyənin bir çox məşhur simalarıyla əməkdaşlıq edən Qara hal-hazırda İstanbulda yaşayır.

Diskoqrafiyası

Yaradıcılığının özünəməxsus fəlsəfəsi və ədəbiyyatı ilə diqqət çəkən Qara Dərvişin sabit musiqi tərzi yoxdur. Beləki, stabillik və özünütəkrar ölümə bərabərdir məntiqinə sadiq Qara müxtəlif tərzlərə müraciət etməyi sevir.

Sinqlları

  • Sığmazam - 2008
  • Saxtakar - 2008
  • Sabahım, yoxsa son gecəm - 2009
  • İnsan - 2009
  • Sərxoş - 2010
  • İstəmə - 2012
  • Yalan həqiqətlər - 2012
  • İncəbellim - 2013
  • Bağışla - 2014
  • Cəsəd Sevdası - 2014
  • Yenilməz Batalyon (Teymurun Mahnısı) - 2015
  • Sən Ey Uşaqlıq - 2015
  • Zibeydə - 2015
  • Çıx Yaşıl Düzə - 2015
  • Sarı Gəlin - 2015
  • Синяя Вечность - 2015
  • Qocalmısan - 2016
  • Sürgün - 2016
  • Keçmiş - 2016
  • Yorğun - 2017
  • Yağmur - 2017
  • Qafil Oyan - 2017
  • Üsyan - 2017
  • Yalandı Dünya - 2017
  • Yaşa mənim xalqım / Azərbaycan - 2018
  • Sən günəşsən - 2018
  • Əlvida - 2019
  • Oyun - 2024

Kliplər

Videonun adı Çıxış tarixi Rejissoru Ssenari Daxil olduğu albom
Keçmiş Yanvar, 2016 Araz Pourvatan Qara Dərviş Məktub
Yorğun Avqust, 2016 Qara Dərviş
Yağmur May, 2016 Ceyhun Şahverdiyev
Yalandı dünya Oktyabr, 2016 Qara Dərviş

Qalereya

  • "Darvisch Creative Sounds" 1 yaşı tamam olur, 2016-cı il.
    "Darvisch Creative Sounds" 1 yaşı tamam olur, 2016-cı il.
  • Nəsimi Parkı, Sumqayıt şəhəri. 25 avqust, 2010-cu il.
    Nəsimi Parkı, Sumqayıt şəhəri. 25 avqust, 2010-cu il.
  • Cəfər Cabbarlı adına mədəniyyət evi. 12 sentyabr, 2010-cu il.
    Cəfər Cabbarlı adına mədəniyyət evi. 12 sentyabr, 2010-cu il.

Həmçinin bax

  • National Pearls
  • Məktub

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara Dərviş haqqında məlumat. Qara Dərviş nədir? Qara Dərviş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kosmologiya

  • Fevral 27, 2026

    Cahan

  • Fevral 25, 2026

    Səfəvilər dövləti

  • Fevral 27, 2026

    Atatürk Muzeyi

  • Fevral 27, 2026

    Zəfərnamə (Mustovfi)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst